» » Məhəlləmizi necə abadlaşdırdıq?

Məhəlləmizi necə abadlaşdırdıq?



Bu il Ərkivandan 30-40 nəfər Məkkə və Kərbəlanı ziyarət edib. Onlardan biri, qardaşım Məzahir Həcc ziyarətindən qayıdandan sonra mənə müraciət etdi ki, ziyarətdən gəldiyim üçün mütləq ehsan verməliyəm, ya başqa xeyirxahlıqlar da edə bilərəm? Bizim təklifimizlə o, Həcc ziyarətindən sonra 20 imkansız ailənin hər birinə 20 manatlıq ərzaq payı hazırlayıb payladı.

Qonağımız Söhbət Sultanovdur
Məhəlləmizi necə abadlaşdırdıq?

Adı Söhbət olsa da, söhbət etməklə arası çox olmasa da, gördüyü xeyirxah işləri ilə xeyli söhbətçil adamın ehtiramın qazanıb. İndi, necə deyərlər, “meydanı” Ərkivan qəsəbəsinin Göllü məhəlləsinin sakini kiçik bizneslə məşğul olan Söhbər Sultanova veririk. O, sizə məhəllədə apadığı xeyriyyəçilik işlərindən danışacaq:
Məhəlləmizi necə abadlaşdırdıq?

S. Sulatovun dediklərindən:
-Yaşadığım ərazi qəsəbənin ən kiçik məhəllələrindən sayılır. Nə alimimiz, nə böyük şöhrət sahibi olan adamımız var. 110-a yaxın evi, 500-ə yaxın sakini olan bir məhəlləyik. Son 10-15 ildə bir sıra xeyirxah işlər görmüşük.
Bir çoxları soruşur ki, bu xeyirxahlıq hissi səndə haradan yarandı? Düzü, özüm də dəqiq bilmirəm. Amma o yadımdadır ki, rəhmətlik atam Qardaşxan kişi həmişə deyərdi ki, insanlara əl tut, imkansıza kömək et və s.. Məlum olduğu kimi müstəqilliyimizin ilk illləri, keçid deyilən dövr çox çətinliklərlə bağlı idi. İşıq, qaz, yol... nəyə əl vururdun, bərbad gündə idi. İndi Şükürlər olsun ki, bunların çoxu arxada qalıb.

“Nədən başladım?” sualından öncə “Necə başladım?” sualına cavab vermək istəyirəm. Təvazökarlıqdan kənar olsa da bildirim ki, hansı problemin həllinə girişdimsə, öncə vəsaiti özüm qoydum və imkanı olan məhəllə sakinlərini də təkidlə bu işə cəlb etdim ki, mən kömək edirəm, sən də et. Yadımdadır, 15-20 il öncə məhəllənin transformatoru bərbad gündə idi. 2500 manat pul lazım idi. Bu vaxt da 2500 pul idi ha. Tərəddüd etmədən məhəllə sakini Novruz müəllimlə mən həmin pulu verib, transformatoru gətizdirdik, qurdurduq. Heç kimə- imkanlıya da, imkansıza da demədik pul ver. Bu xeyirxahlığım məhəllə sakinləri tərəfindən çox razılıqla qarşılandı və imkanı olan 25 nəfər adam 100 manatdan yığıb o pulu ödədilər.
Məhəlləmizi necə abadlaşdırdıq?

Bir dəfə yenə də Novruz Bayramı ərəfəsində transformatorda ciddi problem yaranmışdı. Az qalmışdı ki, məhəllə Novruz bayramını zülmətdə keçirə. Məhəlləmizin çox xeyiraxah insanlarından sayılan rəhmətlik Əli müəllimə dedim ki, hərəmizin müəyyən qədər imkanı var, bir az mal-qara saxlayırıq. Gəl ikimiz köməkləşib bayramqabağı məhəllənin işıq məsələsini həll edək. O da razılaşdı. Adama 400 manat qoyub transformatoru təmir etdirdik.
Heç vaxt deməmişəm ki, “xalxın dərd-səri mənə qalmayıb ki”, yaxud, bu işi görüm mükafat alım, nə bilim bələdiyyəyə üzv seçilim. Tam səmimiyyətlə deyirəm, xeyriyyə işi görəndə elə həzz alıram, elə bil gedib Məkkəni ziyarət etdim.
Ən böyük mükafatım isə odur ki, məhəllə sakinlərinin möhkəm inamını qazanmışam. İstər qəsəbədə, istər Rusiyada və digər yerlərdə imkanı olan məhəllə sakininə desəm ki, filan xeyirxah iş üçün pul lazımdır, imkanı olan heç kim əsirgəmir.
Xüsusi ilə vurğulamaq istəyirəm ki, məhəllədə səsimə səs verən onlarla ağsaqqal və gənclər var. Yuxarıda qeyd etdiyim kimi, rəhmətlik Əli müəllim, rəhmətlik Fərhad müəllim bu xeyirxah işlərin önündə gediblər. Elə bu günümüzdə də Novruz müəllim, qardaşı Nizami, eləcə də Firdovsi Nəsirov, Əlniyaz Rəcəbov, həkim Əsgər Şirəliyev, Rusiyada yaşayan Minhal Məmmədov, Hüseyn Hüseynov və başqaları köməyini bizdən əsirgəməyib.
Ən yaxşı haldır ki, məhəllədə ağıllı təklifi qəbul edənlər çoxalıb. Bu il Ərkivandan 30-40 nəfər Məkkə və Kərbəlanı ziyarət edib. Onlardan biri, qardaşım Məzahir Həcc ziyarətindən qayıdandan sonra mənə müraciət etdi ki, ziyarətdən gəldiyim üçün mütləq ehsan verməliyəm, ya başqa xeyirxahlıqlar da edə bilərəm? Bizim təklifimizlə Həcc ziyarətindən sonra 20 imkansız ailənin hər birinə 20 manatlıq ərzaq payı hazırlayıb payladı.
Yuxarıda qeyd etdiyim ki, məhəlləmizdə ziyalı azdır. Məhəlləmizin ən öncülü Xeyrulla müəllim və övladlarıdır. Bir də riyaziyyat müəllimi Hüseynova Ülkərlə ürəkdən fəxr edirik. Çalışcağıq ki, gələcəkdə ziyalı adını uca tutanlara, əlaçı şagirdlərə, tələbələrə daha çox diqqət yetirək.
Açığın desəm, bizdən də narazı olanlar, yaxşı işimizə mız qoyan, hətta əngəllər törədənlər, imkanı ola-ola xeyriyyə işlərinə pul xərcləməyə ürəyi gəlməyən hacılar, kərbəlayılar da var. Amma bunlar bizi ruhdan salmır. Çünki, bilirik ki, haqq yoldayıq.

Sonda isə, son vaxtlar gördüyümz işlərdən danışaraq bildirim ki, qəsəbə rəhbərliyi ilə birgə səyimiz nəticəsində məhəllə yolu tam asfaltlanıb, işıqlanma sistemi qurulub, hazırda isə kanalizasiya xəttini işə salmaq üçün çalışırıq. İmkansızlar, xəstələr, qəfil bədbəxt hadisələrlə qarşılaşanlar daim diqqət mərkəzindədir.
Sevinirik ki, qəsəbimizdə xeyirxah insanlar az deyil. Xüsusən, Fidan Abbaslı başda olmaqla “Ümidi sənsən” xeyriyyə icmasında birləşən xanımların fəaliyyəti qürur doğurur. Onlarla birgə bəzi imkanlıların evinə qaz çəkdirir, digər xeyriyyə işləri görmüşük.

Siz də sağ olun ki, “arkivan.az” saytını yaradıbsınız ki, biz burada fəaliyyətimizi işıqlandıra bilirik. Çox istərdim ki, digər Ərkivanlı xeyriyyəçilər də burada öz sözünü desin.

Hazirladi : Arzu Çinarlı. BDU-nun Jurnalistika Fakültəsinin 1 kurs tələbəsi
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Xəbərlər