Arkivan.az » Xəbərlər » Ərkivanlı məzunlar yenə uğura imza atdı Belə ki, onlardan 39 nəfəri tələbə adını qazandı

Ərkivanlı məzunlar yenə uğura imza atdı Belə ki, onlardan 39 nəfəri tələbə adını qazandı


Ərkivandakı “Ağsaqqallar evi”ndə bu il tələbə adını qazanmış ərkivanlı gənclərlə görüş keçirilib.

Xatırladaq ki,ərkivanlı tələbələrlə ilk belə görüş Masallı ilk dəfə ötən il, Masallı şəhərindəki “Əriştə” kafesində keçirilmişdi. Bu ilki tədbir isə elə Ərkivandakı “Ağsaqqallar evi”ndə baş tutdu.


Məlumat üçün bildirək ki, Ərkivan qəsəbəsində 6 məktəb var ki, onun da 4-ü tam orta məktəbdir. Bu il həmin tam orta məktəbləri 106 şagird bitirib. Onlardan 77-i ali məktəblərə sənəd verib, 39-u tələbə adını qazanıb. Bu məzunlar arasında 3 nəfər600-dən yuxarı bal toplayıb.(Cavid Ağayev, Əsəd Cəbiyev,Süleyman Əsgərov)

Həmin məzunların hər 3-üƏrkivan2 saylı-Bədirli məktəbinin şagirdləridir. Xatırladaq ki, bu il adı çəkilən məktəbin məzunlar olduqca yaxşı nəticələr göstəriblər. Belə ki,3 nəfər 600-dən yuxarı, 1 nəfər 500-dən, 3 nəfər 400-dən yuxarı nəticə göstərib. Ümumiyyətlə Ərkivanlı məzunlardan 20 nəfərdən çox 300-620 bal arası nəticə göstərib.

Həmin məzunlar ölkənin nüfuzlu ali məktəblərinə daxil olub.


Ərkivandakı tədbir Qəsəbə Ərazi Nümayəndəliyinin,”cenubxeberleri.com” saytının, “Ümidim sənsən” İctimai Birliyininbirgə təşkilatçılığı ilə keçirilib.


Hər 3 təşkilatın rəhbəri İsrail Tağıyev, Zahir Əmənov, Fidan Abbaslı,o cümlədən məktəb direktorları, müəllimlər, valideynlər tələbə adı qazanmış məzunları salamlayıblar. Tələbələri sualları cavablandırılıb.


Tədbirin sonunda“Regional Hüquq və İqtisadi maarifləndirmə”İctimai Birliyinin hazırladığı hədiyyə paketi- kitab, çanta, qələm, bloknot tələbələrə, müəllimlərə və valideynlərə təqdim olunub.


Bütün tədbir iştirakçıları adından Birliyin sədir, xeyriyyəçixanım Arzu Bağırovaya minnətdarlığımızı bildiririk.


Fidan Abbaslı


Ərkivanlı məzunlar yenə uğura imza atdı Belə ki, onlardan 39 nəfəri tələbə adını qazandı
Ərkivanlı məzunlar yenə uğura imza atdı Belə ki, onlardan 39 nəfəri tələbə adını qazandı
Ərkivanlı məzunlar yenə uğura imza atdı Belə ki, onlardan 39 nəfəri tələbə adını qazandı
Ərkivanlı məzunlar yenə uğura imza atdı Belə ki, onlardan 39 nəfəri tələbə adını qazandı
Ərkivanlı məzunlar yenə uğura imza atdı Belə ki, onlardan 39 nəfəri tələbə adını qazandı
Ərkivanlı məzunlar yenə uğura imza atdı Belə ki, onlardan 39 nəfəri tələbə adını qazandı
  • Tarix: 09.08.2019, 04:52
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər