Arkivan.az » Lətifələr və Rəvayətlər » Heybətdən Zarafatlar

Heybətdən Zarafatlar


Heybətin zarafatları Heybət Məmmədov Ərkivan qəsəbəsinin İsoba məhəlləsində boya-başa çatıb. Ərkivanda sovxoz direktoru, Masallıda mehmanxana müdiri işləmişdir.
 
İçək kəllərin sağlığınaHeybət uzaqdan gəlmiş qonaqların da iştirak etdiyi bir ziyafət məclisində olarkən birdən qapı açılır, briqadirlərdən biri başını içəri salaraq hövlənk deyir: - Yoldaş Mamedov çaydan keçərkən sel taxıl dolu arabanı apardı. Heybət briqadirin sözünü kəsib soruşur - Kəllər necə salamatdırmı? - Bəlli, yoldaş Mamedov, kəlləri arabadan aça bildik. Heybət üzünü məclisdəkilərə tutaraq deyir: - Hə, yoldaşlar, içək kəllərin sağlığına.
 
Sakit,-deyir,-muğam oxunanda danışmazlar. Yağışlı payız günlərinin birində raykomun üçüncü katibi Ərkivana gəlir, birbaşa kolxoz sədri Heybətin kabinetinə girib və başlayır onu danlamağa: -Yoldaş Mamedov, bu nədir, kolxozçular taxıl əkini ilə məşğuldur, sən isə kabinətdə oturub muğamata qulaq asırsan? Heybət iki barmağını dodaqlarına qoyub: -Sakit,-deyir,-muğam oxunanda danışmazlar. Katib daha bərkdən danışmağa başlayır: - Mən bu dəqiqə kolxozçuların yanından gəlirəm. Onlar səndən bərk narazılıq edirdilər. Deyirdilər ki, sən əkinlə qətiyyən maraqlanmırsan. Heybət katibin çəkmələrinı baxıb görür ki, tərtəmizdir, güzgü kimi parıldayır. Başını qaldırıb katibdən soruşur: -Bağışlayın, yoldaş katib, bu çəkmələri harada və kimə tikdirmisiniz?
 
-Niçevo, pavarotun pis deyil.Heybət Ərkivanda kolxoz sədri işləyərkən təsərrüfata "Pobeda” markalı yeni minik maşını verirlər. Bir müddət sonra o, "Pobeda” ilə Bakıya getməli olur. Kəskin döngələrin birində sürücü Ağakğrim sürəti azaltmadığı üçün maşın çevrilib yolun kənarına düşür. Heybət və Ağakərim maşından çıxıb bir-birinə baxırlar. Az keçməmiş Heybət üzünü Ağakərimə tutub deyir: -Niçevo, pavarotun pis deyil.
 
Amma neyləyəsən ki, bədbəxtin vidi yoxdur.Heybət kolxoz sədri, Kamil Mirzəyev isə kənd sovetinin sədri imiş. Raykomun birosunda vergi planının kəsirdə olması məsləsi müzakirə edilirmiş,
Kamil Mirzəyev söz alıb deyir: - Yoldaşlar, vergi planımız kəsirdədir. Bunun əsas səbəbi kənddə işləyən bəzi vəzifəli adamlardır, onlar vergi verməkdən imtina edirlər. Raykomun birinci katibi
Məmməd Məmmədov soruşur:
- Siz kimi nəzərdə tutursunuz?
Kamil Mirzəyev deyir:
- Məsələn, Heybət Mamedov, o vergi vermir Heybət söz alıb deyir:
-Yoldaşlar, Bizim rayonda 21 sovetlik var. Onların sədrlərinin hamısı ibtidai təhsillidir, bu Kamil Mirzəyev onlara nisbətən bir az savadlıdır. Amma neyləyəsən ki, bədbəxtin vidi yoxdur.
 
- Öz üzərində işləsən,bəlkə səndən xanəndə çıxar. Dərin muğam bilicisi olan Heybət saatlarla muğama qulaq asmaqdan yorulmazmış. Bir gün kəndə bir xanəndə gəlir. Heybət buna sifariş verir ki, bir Şur oxusun. Xanəndə birtəhər, "Şur”un qabırğasını sındıra-sındıra oxuyub başa çatdırır. Qurtarandan sonra üzünü tutub Heybətə
-Hə necə oxudum, yoldaş Mamedov? Heybət deyir:
- Öz üzərində işləsən, bəlkə səndən xanəndə çıxar.
 
- Ört qapını, bala, bu, maşın insan üçündür Bir dəfə Heybət Mamedov təzə "Pobeda” ilə rayon mərkəzindən kəndə qayıdarkən bir nəfərin yolun ortasında oynaya-oynaya maşına əl qaldırdığını görür. Heybət sürücü Ağakərimə deyir:
-Saxla görək bu hansı havaya oynayır? Maşın dayanan kimi həmin adam Heybətin yanından keçib maşının qapısını açır. Heybət baxır görür ki, bu, əməlli-başlı dəlidir, üst-başı da tamam palçıq içindədir. Bir ona, bir də maşının təptəzə oturacağına baxıb deyir:
- Ört qapını, bala, bu, maşın insan üçündür
 
-Gəziş bala,gəziş!
- Əgər bir nəfər Heybətə ağıla batmayan yaxud qeyri-ciddi bir söz desıydi, bir qayda olaraq belə cavab alardı:
-Gəziş bala,gəziş!
 
Heybətin kəlamları-Xan Şuşinskidən sonra muğamat mülkünü Yaqub Məmmədova tapşırmaq olar
- Araqdan başqa yerdə qalan bütün içkiləri ağıza almağa dəyməz.
 
Bu zarafatlar öncə "Ərkivan” qəzetində, sonra isə "Ərkivan və ərkivanlılar” kitabından götürülmüşdür.
  • Tarix: 18.03.2015, 22:36
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər