Arkivan.az » Xəbərlər » “Ümidim sənsən” hesabat verir

“Ümidim sənsən” hesabat verir



Koreyalı Şaxta Babanın 100 hədiyyəsi

“Ümidim sənsən” hesabat verir


Hesabata son tədbirimizdən başlamaq istəyirəm.
Ərkivan qəsəbəsində yaranan “Ümidim sənsən” xeyriyyə icması yarandığı qısa müddətdə 10-dan artıq kütləvi tədbir keçirib. İlin başlanğıcında həmin tədbirlər barədə sizi toplum şəklində məlumatlandırmaq istədik.

Onu da xatırladım ki, xeyriyyə icmamızın yaranması qısa müddətə təsadüf etsə də, gördüyü işlərin miqyası xeyli genişdir.
Ən fərəhlisi odur ki, bizə nəinki Masallıdan, paytaxtdan da dəstək verənlər var.
Elə Ərkivan qəsəbəsində keçirtdiyimiz Yeni İl şənliyi Sumqayıtdan 100 uşağa hədiyyə gətirmiş 15 könüllünün və koreyalı Şaxta Babanın dəstəyi ilə baş tutdu.

“Ümidim sənsən” hesabat verir


“Bir toxunuşla xoşbəxtlik yarat” devizi altında keçirilən toplantıda yüzlərlə uşaq Ərkivan “Ahıllar evi”ndə olduqca maraqlı tədbirin şahidi oldu.

“Ümidim sənsən” hesabat verir


Hədiyyələr şirniyyat, paltar, kitab, məktəb ləvazimatından ibarət idi. Qəsəbə bələdiyyəsinin sədri Anar Rəcəbovun yaxından köməyi, Masallının tanınmış müğənnisi Şamo İbayevin musiqi dəstəyi tədbiri daha da maraqlı etdi.

“Ümidim sənsən” hesabat verir


Tədbirə qonaq kimi qatılan koreyalı gəncin Şaxta Baba kimi hədiyyələr paylaması tədbiri daha da şirinləşdirdi.

İndi isə son aylar gördüyümüz xeyriyyə işləri barədə qısa hesabat.


Paltar aksiyaları

“Ümidim sənsən” hesabat verir
“Ümidim sənsən” hesabat verir


4 ərazidə - Boradigah, Ərkivan qəsəbələrində (Ərkivanda 4 dəfə), TürkobaQarğalıq kəndlərində pulsuz paltar aksiyaları keçirmiş, 500-dən artıq uşağa, gəncə və yaşlıya pulsuz paltar paylamış, 100-dən artıq uşağa dərs ili ərəfəsində məktəbli çantası hədiyyə etmişik.

“Ümidim sənsən” hesabat verir


Bu işdə İcra hakimiyyətinin məsul işçisi Nigar xanımın da zəhmətini qeyd etməliyəm.


Kitab bayramları


“Ümidim sənsən” hesabat verir


Masallı Kollecində, Masallı şəhər 1 saylı, Sərçuvar, Ərkivan 5 saylı əsas məktəblərində kitab bayramları keçirmiş, 200-ə yaxın tələbə və şagirdə Azərbaycan və dünya klassiklərinin əsərlərini hədiyyə etmişik.

“Ümidim sənsən” hesabat verir


Bu işlərdə bizə Masallı icra başçısının müavini Nəsir Muxtarlı, şöbə müdirləri Abbas Mikayılov, Adəm Məhərrəmov və Ərkivan Bələdiyyəsinin sədri Anar Rəcəbov, xeyriyyəçi Cəsarət Əliyev dəstəkçi olublar.

“Ümidim sənsən” hesabat verir


Dərs ilinin sonuna kimi daha 5 məktəbdə kitab bayramı təşkil etməyi planlaşdırırıq.


Pulsuz sünnət


“Ümidim sənsən” hesabat verir


Təşkilatımızın dəstəyi ilə Türkoba kəndində bir ailənin 3 oğlan övladı (5, 13, 15 yaşlarında) pulsuz sünnət olunub. Belə müraciətlər olarsa, onlara da dəstək ola bilərik.


Çörək ehsanları

“Ümidim sənsən” hesabat verir


Maraqlı tədbirlərimizdən biri də ÇÖRƏK EHSANLARIDIR.
Bu ehsanları Bəxtiyar Rzazadənin dəstəyi ilə təşkil edirik.

“Ümidim sənsən” hesabat verir
“Ümidim sənsən” hesabat verir


Onun köməyi ilə bu vaxta kimi 300-dən artıq pulsuz çörək paylamışıq.


Təşkilatımıza Nigar Bayramlı dəstəyi


“Ümidim sənsən” hesabat verir


Bakıda fəaliyyət göstərən “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı bu işlərdə bizim əsas dayağımız olub. Necə deyərlər, biz ondan öyrəndik qəhrəmanlığı. Məhz onun təşəbbüsü, dəstəyi ilə ilk yardım aksiyaları keçirdik.

Məhz onun yaxından mənəvi və maddi dəstəyi ilə Ərkivan qəsəbəsində 4 xəstə uşağı olan tənha qadın üçün ev tikdik, evə işlənmiş də olsa mebel verdirdik və s.

“Ümidim sənsən” hesabat verir
“Ümidim sənsən” hesabat verir


Məhz Nigar Bayramlının yaxından dəstəyi və Ərkivandakı Xeyirxah Gənclər Təşkilatının köməyi ilə (Rəhbəri Elvin Əhmədovdur) Ərkivan Uşaq Bağçasının bir otağında qismən təmir işləri apardıq və maraqlı açılış tədbiri təşkil etdik.

“Ümidim sənsən” hesabat verir



Soyuqdan donan 25 yaşlı əlilə necə yardımçı olduq

“Ümidim sənsən” hesabat verir


Tədbirlərimiz sırasında qəlbimizə rahatlıq gətirən bir aksiya da var. Belə ki, Ərkivan qəsəbəsində 1-ci qrup əlil olan 25 yaşlı, yataq xəstəsi olan qız, qaz borcu olduğu üçün, sözün həqiqi mənasında soyuqdan donurdu. Biz onun 580 manatlıq borcunu ödəmək üçün ianə kampaniyası keçirib, bu problemi həll etdik.

Bütün bunlardan əlavə bir neçə dəfə imkansızlara ərzaq yardımı da göstərmişik.
Bütün bu xeyirxah işləri öz adıma çıxmaq istəməzdim.

Xeyriyyə icmamızın könüllüləri sırasında Aynur Tağıyeva, Günay Paşayeva, Qumriyyə Əliyeva, Dilarə Hüseynova, Xədicə Məmmədova, Rafiq Mirzəyev, Masallıdan foto-dizayner Hacı Rahim, ASAN könüllüləri, eləcə də Masallının tanınmış ziyalıları Mirqabil Hüseynov, Vidadi Nəzərov və başqalarının ciddi dəstəyi olmuşdur.

Onlara, eləcə də yardım edib adının çəkilməsini istəməyən Hacı xanımlara dərin minnətdarlığımızı bildirirəm.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov isə bizim hər hansı fəaliyyətimizə ürəkdən dəstək verir. İnanırıq ki, onun təşkilatımıza dəstəyi yeni ildə daha samballı olacaq.

Cenubxeberleri.com, Arkivan.az saytları isə təbliğati dəstəklərini bizdən əsirgəmir.


Amma gileylərimiz də var

Bir çox ərkivanlılar dildə, sosial səhifədə “Ərkivan-Ərkivan” deyib haray qopartsalar da bir-ikisini çıxmaq şərti ilə Hacılarından tutmuş, QHT adı ilə oynayanlarınadək kimsədən kömək görmədik.

5-6 nəfər FB-də bir- birinə “sağlıq” deməklə özünü göstərir, reallıqda iş görmək istəyən isə tapılmır.

Gələcək hesabatlarımızda həqiqi xeyriyyəçilərin də, yalançı “xeyriyyəçilərin”də əsl gözəlliklərini və hesabatlarını sizə təqdim edəcəyik.
Həmçinin yaxın vaxtlarda “Ümidim sənsən” xeyriyyə icmasının qəzetini və diplomlarını sizə təqdim edəcəyik.


Fidan Abbaslı
(“Ümidim sənsən” xeyriyyə icmasının rəhbəri)

Bir daha telefon nömrələrimizi və FB ünvanlarımızı sizə xatırladırıq.

Tel: 051 833 09 86
FB: Fidan Abbaslı, Ümidim sənsən ictimai birliyi







“Ümidim sənsən” hesabat verir
“Ümidim sənsən” hesabat verir
“Ümidim sənsən” hesabat verir
“Ümidim sənsən” hesabat verir
  • Tarix: 13.01.2018, 05:37
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər