Arkivan.az » Xəbərlər » “Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)

“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)




“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)


Adı kimi fəaliyyəti də olduqca maraqlı olan bu könüllülər dəstəsi bayram günlərində Masallıda yadda qalan bir tədbirə imza atdı. Masallıdakı “Ümidim sənsən” xeyriyyə icması ilə Ərkivandakı İstirahət Mərkəzində 3 saata yaxın müddətdə keçirilən bayram tədbirində 100-dən artıq uşağa sevinc bəxş edildi.

Həmçinin “Bir toxunuşla xoşbəxtlik yarat” könüllülər dəstəsi 50 uşağa hədiyyə paketi təqdim etdi.

“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)
“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)


Masallıda Gündüz Babayevin rəhbərliyi ilə rəqs qrupu, Masallı Xalq Teatrının şəriksiz lideri Cəmaləddin Hüseynovun Kosadan, Keçəldən və təlxəklərdən ibarət bayram dəstəsi məclisə olduqca şirinlik və təravət gətirdi.

“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)
“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)
“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)


Tədbirdə “Ümidim sənsən”in könüllülər dəstəsi – Qumriyyə Əliyeva, Mətanət Paşayeva, Aynur Tağıyeva, İradə İmanbəyliMehriban Şükürova tədbirin daha maraqlı keçməsi üçün çox əziyyət çəkdilər. Nərgiz Bayramzadə və Masallıdakı “Valeh” Şirniyyat evinin rəhbəri Bəxtiyar Rzazadə əvvəlki kimi yenə səxavətini əsirgəməmişdilər.

“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)
“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)


“Bir toxunuşla xoşbəxtlik yarat” könüllülər dəstəsinin 15 üzvündən masallılılar da qonaqpərvərliyini əsirgəmədi. “Fatimeyi-Zəhra” İstisu sanatoriyasının rəhbəri Hacı İldırımın xeyirxahlığı nəticəsində qonaqlar adı çəkilən istirahət mərkəzində bir axşam pulsuz gecələdilər. Bu xeyirxahlığa görə tədbir təşkilatçıları xüsusi minnətdarlıqlarını çatdırmağı xahiş etdilər.

“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)


Sonda “Bir toxunuşla xoşbəxtlik yarat” haqqında qısaca məlumat verək.

Bu könüllülər qrupu 10-15 nəfərlik xeyirxah gənclər qrupudur. Xeyirxah insanlar tərəfindən maliyyələşir. 1 yaşını apreldə qeyd edəcək bu təşkilatın ilk tədbiri Lənkəran Qarışıq Tipli Uşaq Evində olub.

“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)


Daha sonra onlar maraqlı bir aksiyaya imza atıblar. Belə ki, küçədə imkansızlıqdan xırda alver edən uşaqlara hədiyyələr veriblər. Daha sonra Qubada, Bakıda əqli cəhətdən qüsurlu uşaqları hədiyyələrlə sevindiriblər.

“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)


Bu dəstənin tərkibində hazırda Cənubi Koreyadan olan ailə də var. Ər, Arvad və 2 uşaqdan ibarət bu ailə könüllülərin tərkibində gah Şaxta Baba, gah Kosa, gah xeyriyyəçi kimi çıxış edir.

“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)


Könüllülər Masallıdan sonra Yardımlıya səfər edib və bu ilin iyun ayında yenə cənub bölgəsinə səfər edəcəklər.


Fidan Abbaslı
“Ümidim sənsən“ xeyriyyə icmasının rəhbəri






“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)“Bir toxunuşla xoşbəxtlik yarat” (VİDEO)
  • Tarix: 23.03.2018, 00:16
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər