Arkivan.az » Xəbərlər » Ərkivan futbolçuları tarix yazdı - Azərbaycan çempionatında 3-cü

Ərkivan futbolçuları tarix yazdı - Azərbaycan çempionatında 3-cü




Ərkivan qəsəbəsi dünya şöhrətli alimlər, ünlü dindarlara sahib olmaqla yanaşı idman sahəsində də yüksək uğurlara imza atmış bir məkandır. Bir çoxları Ərkivanı pəhləvanlar məskəni kimi tanısa da, bu qəsəbənin uğurlu futbol ənənələri də olub. Ötən əsrin sonlarında Masallının “Viləş” futbol komandasının əsas heyət oyunçularından 9-u ərkivanlı idi. Ərkivanlı futbolçular o qədər yaxşı oynayırdı ki, onlar hətta ümumittifaq yarışlarında nəinki Masallını, Azərbaycanı təmsil edirdilər.

Bunları ona görə xatırladırıq ki, Ərkivanın gənc futbolçuları bu ənənəni uğurla davam etdirirlər.

2017/2018-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən (Coca-Cola-nın sponsorluğu ilə) 13 yaşadək (U-13) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatında Masallının şəhid Ə.Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbinin (Həsənkücə) komandası uğurla iştirak edərək turnirdə mükafata layiq 3-cü yerə çıxmış və bürünc medallara layiq görülmüşlər.

Ərkivan futbolçuları tarix yazdı - Azərbaycan çempionatında 3-cü


Rayon turnirində birinci olan komanda zona birinciliyində Lənkəran, Astara, Lerik və Yardımlıdan olan həmyaşıdlarını geridə qoyaraq yarımfinal mərhələsinə çıxmış, daha sonra Şirvan şəhərində İmişli komandasına 5:4 hesabı ilə qalib gələrək final mərhələsinə yüksəlmişdir.

Ərkivan futbolçuları tarix yazdı - Azərbaycan çempionatında 3-cü


Bakı şəhərində keçirilən final mərhələsində isə Xətai rayon komandasını 7:5 hesabı ilə udub yarışların ½ mərhələsinə çıxmışlar. Lakin burada daha güclü olan Binəqədi komandasına məğlub olub 3-cü yer uğrunda mübarizəyə qatılmış və bu mübarizədə Mingəçevir şəhərindən olan həmyaşıdlarına 2:1 hesabı ilə qalib gəlib bürünc medala layiq görülmüşlər.

Ərkivan futbolçuları tarix yazdı - Azərbaycan çempionatında 3-cü


Binəqədi rayonunun idmançıları yarışların qalibi olmuş, Qazax rayonunun komandası isə 2-ci yeri tutmuşdur.

Ərkivan futbolçuları tarix yazdı - Azərbaycan çempionatında 3-cü


Komandamızın qapıçısı Afər Quliyev turnirin “Ən yaxşı qapıçı” xüsusi mükafatına layiq görülmüş və orada olan mütəxəssislərin diqqətini çəkmişdir.

Ərkivan futbolçuları tarix yazdı - Azərbaycan çempionatında 3-cü


Komandanı yarışlara məşqçi Ramil Həsənov və məktəbin fiziki tərbiyə müəllimi Namin Cəbrayılov hazırlamışdır.

Ərkivan futbolçuları tarix yazdı - Azərbaycan çempionatında 3-cü


Yaxın günlərdə Təhsil Şöbəsində komandanın mükafatlandırılma mərasimi təşkil olunacaq.


Masallı təhsilindən digər xəbərlər

Yeri gəlmişkən onu da xatırladaq ki, son vaxtlar Masallının müəllim və şagirdləri bir sıra uğurlara imza atmışlar. Təhsil şöbəsindən bizə verilən məlumata görə, əgər 2016-2017-ci tədris ilində Respublika fənn olimpiadasında bir medal qazanmışdıqsa, 2017-2018-ci il tədris ilində isə 2 masallılı şagird Respublika fənn olimpiadasının qalibləri sırasıda yer tutmuşdur.

Qaliblər Qəriblər kənd tam orta məktəbinin 11 –ci sinif şagirdi Məmmədov Məmmədəli Yadigar oğlu “Fizika” fənni üzrə və Qızılağac kənd 1 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi Səfərli Toğrul Əhməd oğlu “Coğrafiya” fənni üzrə 3-cü yerə layiq görülmüşlər.

Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “ Ən yaxşı təqdimat “ Respublika müsabiqəsində isə B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin IX sinif şagirdi Feyzullayev İqrar Anar oğlu 2-ci yerə layiq görülmüşdür.

Təhsil Nazirliyinin elan etdiyi II qrant layihə müsabiqəsindəki nəticələr də uğurludur, iştirak qənaətbəxşdir. Belə ki, Təzəkənd tam orta məktəbinin riyaziyyat müəllimi Nemətov Peyman Mühəndis oğlu “XI siniflərin abituriyentlərinin peşəyönümlü yay məktəbi”, Əliyeva Kinəxanım Rüstəm qızı Mahmudavar kənd tam orta məktəbinin direktoru “ Qızlarımız təhsildə”, Türkoba kənd tam orta məktəbinin fizika müəllimi Məmmədov Şəhriyar Məmməd oğlu “Harada internet varsa, orada da elektron dərslik var” mövzuları üzrə qrant layihənin qalibləri olmuşlar.

Qəriblər kənd tam orta məktəbinin komandası isə “Gənc xilasedici və yanğınsöndürən” yarışının Respublika final mərhələsində iştirak etmək hüququ qazanmışdır.

26 may 2018-ci il tarixdə “Asan həyat” kompleksində 8 rayonun məktəbləri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışında Masallı məktəblərindən ibarət komanda 3-cü yerə layiq görülüb Final mərhələsində iştirak etmək hüququ qazanmışdır.

“ Keyfiyyət ili “ ilə bağlı rayon müəllimləri Təhsil Nazirliyinin təşkil etdiyi pedaqoji mühazirələrdə də uğurla çıxış etmişlər. Miyankü tam orta məktəbinin direktoru Xudaqulu Tahirovun “Təhsilin keyfiyyətli idarə olunması istiqamətində məktəbdaxili nəzarət”, Bədalan kənd tam orta məktəbinin direktor müavini Məhbuba Şahbazovanın “Azərbaycan dili fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi” və Hişkədərə kənd tam orta məktəbinin riyaziyyat müəllimi Afət İmanovanın “Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi” mövzularında yazdıqları pedaqoji mühazirələr yüksək səviyyədə qəbul edilmiş və Respublika final mərhələsində iştirak etmək hüququ qazanmışdır.


Hazırladı: Aynur

Qeyd: Yazı reklam xarakterlidir.



  • Tarix: 03.06.2018, 07:05
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər