Arkivan.az » Xəbərlər » Yeni tələbə adını qazanan ərkivanlılar “Əriştə”də

Yeni tələbə adını qazanan ərkivanlılar “Əriştə”də



672 bal toplayan İradənin hədəfi Nobel mükafatı almaqdır.

Yeni tələbə adını qazanan ərkivanlılar “Əriştə”dəYeni tələbə adını qazanan ərkivanlılar “Əriştə”də






















2018-ci il avqustun 25-də bu ilki qəbul imtahanlarında yüksək bal toplayan ərkivanlılarla Masallıdakı “Əriştə” kafe-restoranda görüş keçirilmişdir. Görüş “Ümidim sənsən” sosial inkişafa yardım
İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunmuşdu.
Öncə statistikaya nəzər salaq. Bu il Ərkivan qəsəbəsində 4 tam orta məktəbini ümumilikdə -116 nəfər bitirmiş, onlardan 50 nəfəri ali məktəbə sənəd vermişdir. Bu şəxslərdən 39 nəfəri ali məktəbə qəbul olunmuşdur ki, onlardan da 14 nəfəri 600-dən, 500-dən, 400-dən artıq bal toplayanlardır. Bu məzunlardan 5 nəfəri qızlardır.
Yuxarı bal toplayanlar:
Ərkivanlılardan 2 tələbə 600, 5 tələbə 500, 10-a yaxın tələbə 400-dən artıq bal toplayıb.
Yeni tələbə adını qazanan ərkivanlılar “Əriştə”də1. Fəttayeva İradə - Ərkivan 1 saylı məktəbi 672 bal.
Yeni tələbə adını qazanan ərkivanlılar “Əriştə”də2. Abdullayev Bəhruz - Ərkivan 1 saylı məktəbi 665 bal
3. Əhmədov Vüqar - Ərkivan 2 saylı məktəbi 589 bal
Yeni tələbə adını qazanan ərkivanlılar “Əriştə”də4. Əliyeva Arzu - Ərkivan 1 saylı məktəbi 588 bal
5. Əliyev Nahid - Ərkivan 4 saylı məktəbi 546 bal
6. Tağıyev Murad - Ərkivan 1 saylı məktəbi 513 bal
7. Xıdırlı Məmmədağa - Ərkivan 2 saylı məktəbi 509 bal
8. Şiriyev Emil - Ərkivan 3 saylı məktəbi 500 bal
9. İbayev Tural - Ərkivan 2 saylı məktəbi 460 bal
10. Eyvazlı Eyvaz - Ərkivan 3 saylı məktəbi 451 bal
11. Həsənova Afət -Ərkivan 4 saylı məktəbi 425 bal
12. Xıdırlı Cəlal- Ərkivan 2 saylı məktəbi 416 bal
13.Əsədli Aysel- Ərkivan 2 saylı məktəbi 406 bal.
14. Məsidi Valeh - Ərkivan 3 saylı məktəbi 400 bal
Yeni tələbə adını qazanan ərkivanlılar “Əriştə”də
Tədbirdə o da aşkarlandı ki, bəzi ərkivanlı məzunlar rayon səviyyəsində ən yüksək nəticələr əldə ediblər. Belə ki, Ərkivan 1 saylı məktəbin məzunu İradə Fəttayeva 672 bal yığaraq masallılı məzun qızlar arasında ən yüksək nəticəyə imza atmışdır. İradə xanım tədbirdə maraqlı fikirləri ilə də fərqlənirdi. Azərbaycan Tibb Universitetinə qəbul olunan İradənin əsas hədəfi gələcəkdə şəkərli diabetin əlacını tapmaq və Nobel mükafatını qazanmaqdır. Daha bir ərkivanlı məzun, Bəhruz Abdullayev 665 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. Qeyd edək ki, Abdullayev Bəhruz kimya fənni üzrə fənn olimpiadasının Respublika mərhələsində iştirak edib, rayonumuzu layiqincə təmsil edib.
Ərkivan 1 saylı tam orta məktəbin daha bir şagirdi Arzu Əliyeva ölkə üzrə 25 min şagirdin qatıldığı inşa müsabiqəsində 5 birincidən biri olmuş, yüksək balla BDU-nun jurnalistika fakültəsinə qəbul olunmuşdur. Ən maraqlısı isə odur ki, Arzu cənub bölgəsində Lənkəranın bir neçə şagirdi istisna olmaqla yeganə məzundur ki, ölkə üzrə qızıl medala layiq görülmüşdür. Daha maraqlısı isə odur ki, rayonun ən bərbad gündə olan adlı-sanlı məktəbinin - Cəfər Cabbarlı adına Ərkivan 1 saylı tam orta məktəbin adı Arzunun uğuruna görə ölkənin Şərəf kitabına düşəcək. (Bəlkə də məktəbin təmir məsələsinin bəxti açıla)
Ümumiyyətlə, Ərkivan 1 saylı tam orta məktəbi bu il çox uğurlu nəticələrə nail olub - 2 nəfər 600-dən yuxarı, 2 nəfər 500-dən yuxarı, həmçinin 1 qızıl medal.
Ərkivan 2 saylı tam orta məktəbinin məzunu olan əkiz qardaşlarYeni tələbə adını qazanan ərkivanlılar “Əriştə”də - Məmmədağa və Cəlal Xıdırlı qardaşları isə qəbul imtahanlarında yüksək bal toplamaqla yanaşı idmanın bir neçə növü: cudo, qaydasız döyüş, sərəbst güləş növləri üzrə ölkə birinciliyində və beynəlxalq yarışlarda dəfələrlə mükafata layiq yerlər tutublar.
Konkret məktəblər üzrə :
Ərkivan 1 saylı tam orta məktəbini 41 nəfər bitirib, 22 nəfər sənəd verib, 14 nəfər qəbul olunub, onlardan da 5 nəfəri qızlardır.
Ərkivan 2 saylı tam orta məktəbini 20 nəfər bitirib, 14 nəfər sənəd verib, 7 nəfər qəbul olunub, 2 nəfəri qızlardır.
Ərkivan 3 sayı tam orta məktəbini 29 nəfər bitirib, 12 nəfər sənəd verib, 8 nəfər qəbul olunub, 3 nəfər 400 baldan yuxarı. (Tələbə adın qazananlar sırasında qızlar yoxdur.)
4 saylı tam orta məktəbini 26 nəfər bitirib, 12 nəfər sənəd verib, 10 nəfər qəbul olunub, onlardan da 5 nəfəri qızlardır.
Ümumilikdə Ərkivandakı tam orta məktəbləri 116 nəfər bitirib, 50 nəfər sənəd verib, 39 nəfər qəbul olunub. Onlardan da 12 nəfəri qızlardır.
“Əriştə” restoran-kafesində təşkil olunmuş tədbirdə 20-yə yaxın tələbə adını qazanmış gənc, eləcə də onların müəllimləri, “Ümidim sənsən”in fəalları və digərləri iştirak edirdi. Şirniyyat stolu ətrafında keçən tədbirdə tələbələrin təqdimatı, təklifləri, söylədikləri ideyalar çox maraqlı qarşılandı. “Əriştə” rəhbərliyinin tədbirə hədiyyə etdiyi “Ümidim sənsən” tortu xüsusi maraqla qarşılandı. Ümumiyyətlə, “Əriştə”yə tədbirə dəstəyə və yüksək qonaqpərvərliyə görə xüsusi təşəkkür edirik.
Tədbirin sonunda tədbir iştirakçılarına Uşaq ensiklopediyası seriyasında buraxılan suvenir kitablar, eləcə də dünya və Azərbaycan klassiklərinin əsərləri hədiyyə edildi.
Tədbirə sponsorluq edən, adının açıqlanmasını istəməyən xeyriyyəçiyə, eləcə də Ərkivan 2 saylı məktəbinin məktəb-valideyn assosiasiyasının sədri Elşən Hacıyevə, Ərkivan 1 saylı məktəbinin qabaqcıl müəllimi Ülkər xanıma, Ərkivan 4 saylı məktəbin direktoru Məmmədağa Sadıqova, “Ümidim sənsən”İB-nin bölmə rəhbəri Mətanət Paşayevaya, könüllü Aynur Tağısoya, tədbirə foto-video xidməti göstərən Pərviz Camalova xüsusi minnətdarlıq bildiririk.
Tədbirdə iştirakçılar ümumi razılığa gəldilər ki, “Ərkivanlı tələbələr” adlı FB səhifəsi yaradıb bu gənclərin bir məkanda birləşməsinə yardımçı olsunlar.
Həmçinin tələbələr arzu etdi ki, belə görüşlər ardıcıl olsun, iş adamları maddi problemli tələbələrə yardımçı olsunlar. O da bəlli oldu ki, məhz ödənişli olduğu üçün bir neçə məzun, xüsusən qızlar keçid balını yığsalar da ali təhsil almaqdan imtina ediblər.
Fidan Abbaslı,
Yeni tələbə adını qazanan ərkivanlılar “Əriştə”də“Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin sədri.
Qeyd .Yazıda bəzi kiçik yalnışlıqlar ola bilər. Kimin nə iradı olsa, bildirə bilər. Nəzərə alarıq.Yeni tələbə adını qazanan ərkivanlılar “Əriştə”də
  • Tarix: 26.08.2018, 19:44
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər