Arkivan.az » Xeyriyyəçilər » Xeyriyyəçilər

Xeyriyyəçilər


Ərkivanlılar əzəldən bəri xeyriyyəçiliyi özlərinə ən gözəl vərdişlərdən biri hesab edirlər. Ötən əsrlərdə xeyriyyəçilik etmiş bir sıra ərkivanlıların əməlləri haqqında əlimizdə kifayət qədər məlumat olmasa da (belə məlumatları əldə etdikcə saytımıza yerləşdirəcəyik) son onilliklərin ərkivanlı xeyriyyəçilərinin bizə məlum işləriniz sizə təqdim edirik.  
 
Gülağa Məmmədov (Gülağa Tənha)
Gülağa Tənha Ərkivanın Miyondi məhəlləsində dünyaya gəlib. Onun xeyriyyəçilik işləri nəinki Ərkivanın, nəinki Masallının sərhədlərini aşıb, eləcə də onun xeyriyyəçiliyi ilə Bakıda, Şamaxıda və digər yerlərdə də xeyli işlər görülün.
Gülağa Tənha Ərkivan qəsəbəsində aşağıdakı xeyriyyəçi işləri görüb:
-Ərkivan Şəhidlərinin xatirəsinə abidə,
-Şah Səfi ocağının əsaslı təmiri,
-Miyondi məhəlləsində möhtəşəm Mərasim Evi,
-Həsənəküçə qəsəbəsinin hasarlanması və giriş hissəsinin təmiri,
-Miyondi yolunun təmir,
-Yüzlərlə insana maddi yardım və digər işlər.
 
Qasımov qardaşları
Həsənəküçə məhəlləsində dünyaya göz açmış Qasımov qardaşları -Məşkur, Qasıməli, Sücayət və başqaları qəsəbədə onlarla xeyriyyəçilik işləri görmüşlər:
-Qəsəbə stadionun qurulması,
-Həsənəküçə yolunun asfaltlanması,
-Qəsəbənin mərkəzində Ağsaqqallar Evinin qurulması,
-Şəhid Əlvan Bağırov ailəsinə müntəzəm yardım,
-Hər il tanınmış güləşçi Nadir Ağayevin şərəfinə keçirilə turnirlər.
 
-Adil Abdullayev (Bağlaküçə)
-Pələnküştədə və bağlaküçə məktəbinə gedən yolun təmiri
Məhəllə məscidinin təmiri  
 
VasifRafiq Səmədovlar (Qızılaküçə məhəlləsi)
Seyid Sadiq məqbərəsinə və Seyid Sadiqin evi istiqamətindən "Ağ məktəbə” gedən yolun asfaltlanması.  
 
Hikmət Məmmədov(Zeynoba məhəlləsi)  
- Həsənəküçə məhəlləsində tam orta məktəbin təmiri (50 min manatlıq)
- Zeynoba məhəlləsinin qazlaşdırılması. 
 
Səftər Əzimov (Abbaslı)
 -Cəfər Cabbarlı adına Ərkivan tam orta məktəbinin 450 kv.m koridoruna metlax döşənməsi (5 min dollarlıq),-Ağır xəstəlikdən əziyyət çəkən, qəsəbədə məskunlaşan bir qaçqının müalicəsini tam öz üzərinə götürməsi.  

Sücəddin Novruzov (Abaslı)
-Allo, Ərkivan telefon-məlumat kitabçısının sponsoru,
-"Ərkivan” qəzetinin sponsoru,
-Ərkivan qəsəbəsində keçirilmiş bir sıra tədbirlərin – qəsəbənin qədimliyinin, "Ağ məktəb”in 70 illiyinin bayram edilməsi.
 
Qalib Məmmədov (Ramazanlı məhəlləsi)
- Ramazanlı yolunun əsaslı təmiri,
- Qəsəbə Mədəniyyət Evinin təmiri,
-"Ərkivan salnaməsi” kitabının çapına sponsorluq  
 
Rəşad Mirzəyev(Bədirli məhəlləsi)
Ramazanlı-Bədirli yolunun əsaslətəmiri  
 
Seymur Cəbiyev(Cəbili məhəlləsi),
- Bədirli-Cəbili yolunun əsaslı təmiri  
 
Göllü məhəlləsinin xeyriyyəçiləri
 
(Bu barədə ayrıca məlumat çap edəcəyik)
  • Tarix: 17.03.2015, 02:16
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər