Arkivan.az » Xəbərlər » İsveçdən məktub Var !

İsveçdən məktub Var !


Salam Zahir müəllim. Mənim adim Rəfaildir və mən də Ərkivanda doğulmuşam. Xeyli muddətdir ki xaricdə, yəni İsveçdə yaşayiram. Mütəmadi olaraq ölkədə baş verənlər haqqında oxuyuram. Arkivan.azsayti haqda Azadliq radiosundan xəbər tutdum. Saytda yerləşən məlumatlar çox doğma gəldiyi üçün artiq 5 saata yaxindir ki ekrandan ayrila bilmirəm. Sizi çox yormadan mətləbə keçim. Lap öncədən demək istəyirəm ki, yazacaqlarımla bağlı heç bir şəxsi marağim yoxdur. Ya da ki, elə var. Icazə verin, aşkar deyim: -BU SAYTİN YAŞAMASİ VƏ BUNA(KÖKƏ) BAXİB HƏZZ ALMAQ. Mən burda iqtisadiyyat uzrə təhsilimi davam etdirib calişmişam. Hal-hazırda Azərbaycanda aldigim təhsil və burdaki təhsil, plus düşüncə tərzimizi araşdirmaqdayam. Sizin bu lahiyə ilə ortaya qoydugunuz işləri və indiki vəziyyətinizi cox yaxından anlaya bilirəm. Çünki xalq üçün çalişirsanasa, bu qədər dəstək verən olmur və bəzən tək qalib bezir adam. Sizinlə əlaqə saxlamaq ücun mailə baxanda facebook səhifənizdə yazdiğiniz statusa gözüm sataşdi.   Saytla bağlı bir neçə təklifim var. Onlari sizinlə bölüşmək istərdim. Öncə sayt çox zəif yiğilib. Anlamaq olar ki, bir tələbə çalişib ortaya qoya bildiyi qədərini edə bilib. Anlamaq olar... İkinci, məsələ maliyyə məsələsidir ki onun da yiğilmasi üçün sponsor məsələsi haqda yazmişdiniz və cavabi də aydindir. Doğrusu, çox pis oldum... Həm onlarin, həm də sizin yerinizə. Sizin yerinizə ona görə ki, əziyyət çəkib bu qədər məlumati toplayib yerləşdirmək həm zaman, həm savad, həm də enerji alir ki, siz o enerjini dincəlməyinizə, ailənizə və yaxud digər bir istiqamətə yönləndirə bilərdiniz. Siz tarix yazirsiniz, amma meydanda tək qaldiğiniza görə. Onların da yerinə ona görə ki, hami Məşədi İbad kimi pul istəyir onlardan. Siz saytda xeyriyyəçiliklə bağli mövzu paylaşmisiniz. Bu mənə bir şeyi xatirlatdi: - bir növ AĞ ATLİ OĞLAN simvolu yarandi. Bu, ilk baxışdan yaxşi görünsə belə, insanlari arxayinlaşdirir və umidi başqasinda axtarir. Necə ki deyirik Qarabagi Amerika və ya Turkiyə gələcək, alib verəcək bizə.   İnanin ki, sətvətimiz və imkanlarimiz bizə imkan verir ki o xeyriyyəçilər etdiklərindən dəfələrə yaxşisini hökümət eləsin. Tələb olunub haqlarimiz alinarsa, onlar insanlara nə minnətlə, nə də zərrə-zərrə verilib insanlari asli saxlamazlar. Nə isə...   Zahir müəllim, o Xeyriyyəçilik vardi ha, indiki Haciliq kimidi. Əvvəl o modda idi, indi də Haciliq... Zamanın tələbidi. Filankəsdən qalma geri. Bu da uzun mövzu olacaq...   İndi əgər bazar qanunlari ilə yanaşsaq, məsələyə daha effektiv variantlar tapa bilərik. Yənihəm iş adamları sizdən qazanar, həm siz gördüyunuz işdən qazanarsınız, həm də cəmiyyətimiz sizin elədiklərinizdən faydalanar. Bu gün dünyanin ən qiqant kompanyalari pullarini internetdən qazanir. Əgər siz orda 2 rublik əlavə etsəniz və bəzi firmalarin reklamlarını yerləşdirsəniz sizin saytin izləyiciləri onların müştərisinə çevrilər. Ehtiyac olarsa bu haqda detallarıdanişa bilərik.   Orta məktəbin 9, 10 və 11-ci sinif şagirdləri arasinda "Ərkivan" mövzusunda bir inşa yarişmasi keçirmək təşəbbusu qaldırın. Hətta valideyinlər və yaxinlarin da kömək etməsinə icazə verilir. 2, hətta 3həftə də vaxt verin. Uduş fondu ilk 3yerin qalibini müəyyənləşdirdiyinizdən sonra mükafatlandırılsın. Mukafatların təqdim edilməsi mətbuatda işiqlandirilsa daha çox maraq cəlb edər və hansisa firma görsənmə üçüm mütləq canfəşanliq edəcək. Hətta "Fərqlənmə və ya fəxri diplom" və saytda qalib haqda məlumatlar da hədiyyə ola bilər ki, ad olsun. Həmin həvəsləndirmə üçün qalib inşalar da saytda da yerləşdirilə bilər. Bu sponsor olmayan halda olar. Mənə elə gəlir ki, bu işə sponsor tapilacaq. Əgər olarsa da daha maraqli alina bilər. Bu işlər həm saytin tanıtımı olar,həm daha yeni iistedadlar tapmaq olar, həm də bəkə də sizə məlum olmayan məlumatlar üzə çixa bilər... Saytda daha bir ciblik. "Turizm" - burda da gəzib görməli yerlərin fotolari və onlar haqqinda kiçik məlumatlar yerləşdirmək olar -sözsüz ki, hansisa marağin qarşiliğinda.   Bir də bir ciblikdə "Forum". "Sual cavab” bölümü də sayta çoxlu maraq cəlb edər. Etik qaydalari pozmadan hər bir kəs fikirlərini digərləri ilə bölüşür.(Biz danişmagi bacarırıq - super, əməlimiz isə göz qabağindadi)   Sayta olan girişləri artirmaq üçün.   Bayaqdan yaziram, hətta bir az da yazmaq meylimə düşmüşdü. Amma yazdiqlarimin nə qədər maraqli olduğunu bilmədiyim üçün burda kifayətlənirəm. Sadəcə təklifdir. Mən də bu an bunu bacara bldim. Qəbul etsəniz də, etməsəniz də öncədən sizə əziyyət çəkib yazini oxuduğunuza görə təşəkür edirəm.   İşlərinizdə və şəxsi həyatda uğurlar arzu edirəm! 
 
Hörmətlə Köhnə kəndçiniz Rafail
  • Tarix: 27.03.2015, 02:22
Xəbəri paylaş
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Xəbərlər