Arkivan.az » Xəbərlər » Masallı. Fidan Abbaslı:- “Daha 75 uşağı sevindirdik”

Masallı. Fidan Abbaslı:- “Daha 75 uşağı sevindirdik”


“Ümidim sənsən” İctimi Birliyi növbəti aksiyasına 75 imkansız ailənin uşağına çanta və məktəbli ləvazimatı hədiyyə etdi

Dərs ilin yaxınlaşdıqca imkansız ailələrə yardımlar da çoxalır. Çox təəssüf ki, qəsəbə və kəndlərimizdə məhz çantası, dəftər-qələmi, geyim-keçimi, hətta ayaqqabısı olmadığı üçün təhsil ocağına gedə bilməyən yüzlərlə məktəbli var. Bu günlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə təkcə Masallı rayonunda 400-dən artıq sosial yardım alan, övladı 1-ci sinfə gedən imkansız ailəyə məktəbli geyimi, çantası və məktəbli ləvazimatı olan bağlama hədiyyə edilib.

Bu işdə xeyriyyə təşkilatları da, xeyriyyəçiləri köməyini əsirgəmir. Belə ki, Masallıda fəaliyyət götərən “Ümidim sənsən” İctimai Birliyinin (Rəhbəri Fidan Abbaslı) təşəbbüsü ilə əslən ərkivanlı olan, hazırda Xabarovski də yaşayan iş adamı Hikmət Məmmədov da səxavətini əsirgəməyib. Belə ki, o anadan olduğu Ərkivan qəsəbəsinin Zeynoba məhəlləsində bu il birinci sinfə gedən 17 uşağa, eləcə də rayon üzrə imkansız ailələrin 50-ə yaxın aşağı siniflərdə oxuyan uşaqlarına çanta və məktəbli ləvazimatı hədiyyə edib. (Daha bir nəfər adını açıqlamaq istəməyəm şəxs də 25 imkansıza yardımçı olub). Digər yardım olunan uşaqlar Masallı şəhəri, Ərkivan qəsəbəsi, Türkoba kəndi, Yeddioymaq, Qızıllağac və digər ərazilərdən olub. 
 
Bu günku və əvvəlki xeyriyyə addımlarına görə “Ümidim sənsən” İB birliyi Hikmət Məmmədova, eləcə də digər yardımçılara çox-çox təşəkkürünü bildirir.

Sevda Lənkəranlı
  • Tarix: 04.09.2021, 15:38
Xəbəri paylaş
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Xəbərlər