Arkivan.az » Xəbərlər » “Ümidim sənsən” İctimai Birliyi növbəti layihəsini uğurla başa vurdu (Foto, Video)

“Ümidim sənsən” İctimai Birliyi növbəti layihəsini uğurla başa vurdu (Foto, Video)





5 ərazidə, 100-ə yaxın qadının iştirakı ilə həssas qrupdan olan qadınlarla görüşlər keçirilib;

10  imkansız qadının pulsuz kompüter kurslarında təlim keçməsinə köməklik göstərilib;

-Görülən bütün işlər əsasən cenub.az, eləcə də masallıda.az, arkivan.az və AZpress.az saytlarında, sosial şəbəkədə işıqlandırılıb.
Xəbər verdiyimiz kimi, “Ümidim sənsən”  İctimai Birliyi bu ilin  fevral ayından başlayaraq Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin dəstəyi ilə “Həssas qrupdan olan qadınlara dəstəyin göstərilməsi” layihəsinin icrasına başlamışdır.

 Öncə layihənin məqsədləri və əsas hədəfləri barədə cenub.az saytında yazı çap olunmuşdur. 
Daha sonra izləyicilər ilkin tədbirlərlə bağlı dərc edilən yazı vasitəsi ilə məlumatlandırılmışdır.

Tədbirlə bağlı kifayət qədər izahat işləri aparılmış, tərəfdaşlarla söhbətlər edilmiş, müxtəlif qrupların maraqları öyrənilmişdir.

Layihənin tələblərinə uyğun olaraq 1000 - Frayerlə hazırlanmış və əhalinin gur olan yerlərində paylanmışdır.
İlk tədbir rayonun Şərəfə kəndində keçirilmiş və bu barədə cenub.az saytında və sosial şəbəkələrdə yazı paylaşılmışdır.

Daha sonra qrafika uyğun olaraq rayonun Şərəfə, Məmmədoba, Çaxırlı, Ərkivan və Bədəlan ərazilərində bu mövzuda tədbirlər keçirilmişdir.
Bu görüşlərdə yerli ərazi nümayəndələrinin, bələdiyyələrin, yerli fəalların qüvvəsindən istifadə olunmuşdur.

Tədbirlərdə həssas qrupdan olan qadınların təklifləri, rəyləri ətraflı öyrənilmiş, qanunvericilikdəki yeniliklər, qadınların hüquqları, xüsusən İcbari Tibb Sığortanın imkanları barədə onlara ətraflı məlumatlar verilmiş, iştirakçıların çox saylı sualları cavablandırılmışdır.
Elə layihənin gedişində bir necə qadının işlə təmin olunmasına, onlara peşəkar mütəxəssislər tərəfindən psixoloji və sosioloji yardımlar təşkil edilmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, həssas qrupdan olan 10 qadın pulsuz kompüter kurslarına cəlb olunmuş və onlar kursu uğurla başa vurmuşlar. Həmin qadınlarla peşəkar kompüterçi  Könül Şahmarova təlim keçmişdir.

Kompüter kursuna cəlb olunanlar əsasən layihə çərçivəsində keçirilən tədbir iştirakçılarından seçilmişdir. Rayonun dəyərli ziyalısı, bir sıra Beynəlxalq tədbirlərdə təlim keçmiş Zahir Əmənov ekspert kimi çıxış etmişdir.
Tədbirdən video və fotolar Qarabağ Qazisi, rayonun ən peşəkar video-operatoru Vadim Eyvazoğluna məxsusdur.

Ərazilərdə keçirilmiş tədbirlər

Layihənin bütün gedişatı cenub.az başda olmaqla masallıda.az, arkivan.az  saytlarında da işıqlandırmışdır.

Bütün bu işlərin reallaşmasında bizimlə tərəfdaşlıq etmiş yerli ərazi nümayəndələrinə, Masallı Qadın Resurs Mərkəzinə təşəkkürümüzü bildirir, eləcə də belə xeyirxah işlərdə bizə dəstək olan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinə, məsləhətlərinə bizdən əsirgəməyən Agentlik əməkdaşlarına təşəkkürümüzü bildiririk.

Cenub.az. Faiq Hüseynzadə






  • Tarix: 02.06.2022, 16:28
Xəbəri paylaş
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Xəbərlər