Arkivan.az » Xəbərlər » Şəhid ailələri bir məkanda -“Halal süfrədə”

Şəhid ailələri bir məkanda -“Halal süfrədə”


“Ümidim sənsən”İb-nin Masallıdakı 40-a yaxın şəhid ailəsi üçün təşkil etdiyi Qurban Bayramı süfrəsi həmin ailələri bir araya gətirdi.

Xatırladaq ki, bundan öncə Ümidim sənsən” İB 10-a yaxın şəhid övladı üçün İsti su ərazisindəki Masallı Otel restoranda, 50-ə yaxın ərkivanlı Qarabağ döyüşçüsü üçün Grand restoranda belə tədbir düzənləmişdi.

Bu dəfəki tədbir isə daha möhtəşəm idi. 40-a yaxın şəhid ailəsinin 70 nəfər üzvünü bir araya gətirən bu toplantı Ümidim sənsən İb-nin sədri Fidan Abbaslının təşəbbüsü və təşkilatçılığı, ABŞ-da yaşayan həmyerlimiz Orxan bəyin, Nuranə Ağazadə və ailəsinin maddi dəstəyi ilə təşkil olunmuşdu.

Tədbirdə şəhid ailələri bir araya gəldi. Ürək dolusu dərdləşdi, xatirələrini şəhidlərlə bağlı paylaşdı. Sonda bütün şəhid ailələrinə bayram sovqatları verildi, birgə şəkil şəkdirildi.

Tədbirin təşkilatçıları bu xeyirxah işdə onlara yardımçı olduqlarına görə “Halal süfrə” restoranının rəhbərliyinə, Masallı Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyevaya, fotoqraf Tural Hüseynova  təşəkkürlərini bildirir, belə tədbirlərin davamlı olacağını vurğuladılar.

Cenub.az. Faiq Hüseynzadə

  • Tarix: 18.07.2021, 12:53
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər