Ərkivan haqqında film çəkilib
Masallı rayonunun Ərkivan qəsəbəsinin möhtəşəm tarixi çoxlarına bəllidir. Həm əhalinin çoxluğu, həm qədim tarixi, həm təbii sərvətlər, eləcə də dulusçuları, sandıq düzəldənləri, xalçaçıları bu torpağın simvoluna çevrilib. Ən başlıcası isə ölkə şöhrətli insanları –alimləri, din xadimləri, jurnalistləri, idmançıları, müğənniləri, xeyriyyəçiləri, siyasi xadimləri...necə deyələr, saymaqla bitmir.
Ərkivan qəsəbəsi haqqında hələ sovet dövründə ara-sıra məqalələr yazılmışdır. Musarza Mirzəyevin, Novruz Novruzovun Masallının tarixi haqqında kitablarda Ərkivanın qədimliyi ilə bağlı olduqca maraqlı məlumatlar yer almışdı.
İlk dəfə isə 1995-ci ildə Zahir Əmənovun redaktorluğu və Sücəddin Novruzovun sponsorluğu ilə Ərkivan haqqında yüzlərlə məlumatın yer aldığı 12 səhifəlik ensiklopedik -məlumat xarakterli qəzet buraxıldı.
Bundan bir neçə il sonra isə dəyərli alimimiz Vaqif Yusiflinin müəllifliyi ilə “Ərkivan və ərkivanlılar” kitabı çap olundu.
Ərkivanın tarixi və mədəniyyəti isə o qədər qədim və zəngin idi ki, bir qəzetə, bir kitaba sığmırdı. Nəhayət, 2009-cu ildə qocaman və zəhmətkeş alimimiz Abdürrəhman Səmədov “Ərkivan salnaməsi” adlı 600 səhifəlik kitab ərsəyə gətirdi.
Xatırladaq ki, Ərkivan haqqında bu vaxta qədər 3 filmi çəkilib. Bunlardan biri 1998-ci ildə AZ.TV, 2-si bir neçə il öncə İctimai TV tərəfindən çəkilib. Bu günlərdə ictimaiyyətə təqdim edilən Ərkivan filmi isə bu filmlərdən 3-sü və daha mükəmməlidir.
Film informasiya bolluğu ilə daha çox seçilir. Filmdə uğurlar detallar da çoxdur. Lakin qüsurlar da yox deyil. Unudulan sahələr, unudulan dəyərli insanlar da var. Lakin bütün hallarda filmi uğurla saymaq olar. Həm də bu film gələcək filmlər üçün bir baza rolunu oynaya bilər.
Çəkilişi çox zəhmət tələb edən bu filmin ssenari müəllifi Cəfər Cəfərovun, rejissor-operator Elsevər Əliyevin, dron operatoru Cavid Rahimoğlunun də zəhmətini qiymətləndirməyə dəyər.
İnanırıq ki, gələcəkdə Ərkivan haqqında daha həm geniş həcmli, ölkəyə nümunə olacaq filmlər çəkiləcək. Çünki, Ərkivanın hər sahəsi bir film mövzusudur.
İnanırıq ki, rayonun Ərkivan, Boradigah, Təzə Alvadı, Mahmudavar kimi, digər kəndləri haqqında da belə filmlər çəkiləcək.
Filmin linqi burada:
Zahir Əmənov. Cenub.az, Arkivan.az