Masallı rayon prokurorluğu Ərkivanda baş vermiş cinayətlə bağlı məlumat verdi
Cenub.az Azərbaycan Respublikasının Baş Prokurorluğuna istinadən xəbər verir ki, 03.01.2022-ci il tarixdə Masallı rayon Ərkivan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla zərərçəkmişin qardaşı Seyfulla Cəbiyevin qeyd edilən tarixdə gecə saatlarında birgə yaşadıqları evdə heç bir əsaslı səbəb olmadan Qalib Cəbiyevə yumruq və təpiklə zərbələr vurub qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış sübutlar əsasında Seyfulla Cəbiyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.