Arkivan.az » Xəbərlər » Toyundan sonra itkin düşən və öldürülən ərkivanlı gəlin haqqında son məlumatlar

Toyundan sonra itkin düşən və öldürülən ərkivanlı gəlin haqqında son məlumatlar


Toyundan sonra itkin düşən və öldürülən ərkivanlı gəlin haqqında son məlumatlarMəlum olduğu kimi Masallı rayonun Ərkivan qəsəbəsinin Göllü məhəlləsində anadan olan, boya-başa çatan, ailə həyatı qurana qədər Sankt-Peterburq şəhərində yaşayan Gülnar Vəliyeva haqqında “Müsavaat.com ” saytının son məlumatlarını sizə təqdim edirik. Xatırrladaq ki, G. Vəliyeva bir neçə gün öncə, Ərkivanda dəfn edilib.
Narkoman ər, arzuedilməz nikah və bir çox detallar...
Toyundan bir həftə sonra itkin düşən və bir neçə gün öncə meyiti tapılan Gülnar Vəliyevanın işi ilə bağlı gözlənilməz qərar verilib. Belə ki, 23 yaşlı arvadını öldürən Samir Həbibov sərbəst buraxılıb.

“Komsomolskaya pravda” bu barədə 34 yaşlı Samir Həbibovun yaxınlarına istinadən xəbər verib. “Mayın 27-də Samiri həbs edib məhkəməyə apardılar. Lakin vəkil 3 milyon rubl (67 min 800 AZN) müqabilində onun azad olunmasını istədi. Hakim bununla razılaşaraq onu girov müqabilində azad edib” deyə, S.Həbibovun ailəsinə yaxın mənbə qeyd edib.
Bununla bağlı Sankt-Peterburq üzrə İstintaq Komitəsi rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Samir Həbibov saxlanıldıqdan sonra verdiyi ifadəyə görə, o, həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirdiyini qeyd edib: “Evdə bizim aramızda mübahisə yarandı. Mən onu itələdim və Gülnar yıxıldı. Ancaq o, yerə bərk dəydiyi üçün öldü. Daha sonra cinayətin izini itirmək qərarına gəldim və bu işdə köməklik göstərməsi üçün qardaşıma zəng etdim”.
Samir köməyinə gələn qardaşı ilə birlikdə 23 yaşlı gəlinin meyitini velosipedlə Petrodvortsovı rayonundan 10 kilometr aralıdakı meşə massivinə gətirib və orada basdırıb. “Mayın 26-da Petrodvortsovi rayonunda olan meşə massivindən itkin düşmüş Gülnar Vəliyevanın meyiti tapılıb. Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunub”, - deyə Sankt-Peterburq üzrə İstintaq komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Gülnar Həbibova Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, Samirə yemək hazırlayır. Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.
Virtualaz.org xatırladır ki, Gülnar Vəliyevanın meyiti srağagün baba ocağına gətirilib və dəfn edilib.

Samir Həbibovu isə törətdiyi əmələ görə Rusiya qanunvericiliyinin müvafiq maddələri ilə 15 ilədək həbs cəzası gözləyir.

“Yeni Müsavat”ın Sankt-Peterburqdakı mənbələrdən əldə etdiyi məlumata görə, qətlin ehtiyatsızlıqdan baş verdiyi ehtimalı zəifdir. Şəhərdəki azərbaycanlıların əksəriyyəti bu haqda belə düşünür.

Məlumatlara görə, qətli törədən S.Həbibovu Sankt-Peterburqdakı azərbaycanlılar narkotik istifadəçisi kimi tanıyırlar. Hadisənin də narkotikin təsiri altında törədilə biləcəyi ilkin ehtimallardandır. Bundan başqa, S.Həbibov daha öncə türmə həyatı da yaşayıb.

Həyat yoldaşını qətlə yetirən və girov müqabilində azadlığa çıxan S.Həbibovun atasının çox varlı olduğu deyilir. Ehtimallar var ki, elə pulunun gücünə qətlə qəza adı verərək, bu işdən qurtulsun. Sankt-Peterburqda, eləcə də oğlanın ailəsinin yaşadığı Lənkəranda onlar barədə müsbət fikir yoxdur. Əldə etdiyimiz məlumatlarda həmçinin bildirilir ki, G.Vəliyevanın qatili ilə evlənməsi təsadüf nəticəsində olub. Belə ki, S.Həbibov Gülnarı ortaq iştirak etdikləri toylardan birində görüb və bəyənib. Qız onunla evlənmək istəməsə də, ailəsinin israrı ilə nişanlanıblar. Nişandan sonra cütlük arasında narazılıq olub və Gülnar nişanı qaytarmaq istəyib. Ailələrin müdaxiləsindən sonra problem yoluna qoyulub və toy baş tutub.

G.Vəliyeva tibb kollecində oxuyub, daha sonra isə Tibb Universitetinin stomatologiya fakültəsində təhsilini davam etdirib. Cütlüyün yaşadığı şəhərdə bu hadisənin ehtiyatsızlıq üzündən baş tutmasına heç kim inanmır. Bunun əsas səbəblərindən biri də onun axtarışının rəfiqələri tərəfindən təşkil olunmasıdır. Belə ki, ehtiyatsızlığa görə baş verən qətli bu dərəcədə gizlətmək cəhdi onun qəsdən törədilməsi ehtimallarını gücləndirir.
Mövzunu davam etdirəcəyik.

Sevinc TELMANQIZI
  • Tarix: 02.06.2016, 03:11
Xəbəri paylaş
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Xəbərlər