Arkivan.az » Xəbərlər » Ərkivanlının maşını oğurlandı

Ərkivanlının maşını oğurlandı




APA-nın cənub bürosuna bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Masallı rayonunun Ərkivan qəsəbə sakini Hüseynağa Cəfərov RPŞ-yə müraciət edərək noyabrın 22-də axşam saatlarında ona məxsus “VAZ 21011” markalı avtomobilin qaçırıldığını bildirib.

Ərkivanlının maşını oğurlandı


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili Ərkivan qəsəbə sakini 39 yaşlı Müctəba Sadıxovun qaçırdığı müəyyən olunub.

Ərkivanlının maşını oğurlandı


Görülmüş tədbirlərlə avtomobil Boradigah kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıb və sürücü ilə birlikdə RPŞ-yə gətirilib.
M. Sadıxovun üzərinə baxış keçirilərkən ondan heroin də aşkar edilərək götürülüb.

Ərkivanlının maşını oğurlandı


Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

  • Tarix: 25.11.2017, 01:31
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər