Ərkivanlı ər ərkivanlı arvadını Bakıda öldürdü
Qadın Bakıda kafelərdən birində çalışırmış
2019-ci il, yanvar ayının 11-də əslən Masallı rayonunun Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində anadan olmuş şəxslər-- ər-arvad arasında ciddi insident baş vermişdir. Belə ki, 38 yaşlı Dadaşov Rovşən Möhübbət oğlu, qısqanclıq zəminində 31 yaşlı həyat yoldaşı Aida Dadaşovanı küt alətlə qətlə yetirmişdir. Məlumat verən mənbəninin bildirdiyinə görə həmin şəxslər 10 ildən artıq idi ki, evli idilər. Bir neçə övladları var. Rövşən arabir sürücülük, arabir də fəhləlik edirmiş. Ailədə vaxtaşırı dava-dalaş olurmuş. Təxminən 1 il öncə ailə dolanışıq ucbatından Bakıya köçür. Qadın- Aida Dadaşova verilən məlumata görə, Bakıda kafelərin birində çalışırmış. Qətlə yetirilən Aidə Dadaşovanın meytinin bu gün dəfn olunmaq üçün kəndə gətiriləcəyi gözlənilir. Qətli törətməkdə şübhəli bilinən Rövşən Dadaşov isə polis tərəfindən saxlanılııb. Hadisənin motivləri araşdırılır.