Arkivan.az » Tarix » Ərkivan muzeyi yaradılsınmı?

Ərkivan muzeyi yaradılsınmı?


Bu muzeydə qəsəbənin qədimliyin,
bu günün,
50-ə yaxın alimini,
şəhirlərini,
onlarla din xadimini,
idmançısını,
ölkə miqyaslı vəzifələrdə çalışmış insanlarının, xaricdə nüfuz qazanan iş adamlarının, xeyriyyəçilərinin,
tariximizdə iz qoymuş el ağsaqqalları, ağbirçəklərinin
həyat yolunu əks etdirən eksponatlar toplayaq, guşələrə yaradaq, video-roliklər yerləşdirək.

Hər şey Ərkivanın Zeynoba məhəlləsindəki Mərasim Evinin açılışından başladı. Tədbirə məni bu tikilinin sponsoru, təkcə Ərkivanın yox, Azərbaycanın dəyərli övladlarından olan Hikmət Məmmədov dəvət etmişdi. Tədbirdə çıxış edərkən belə xeyirxah iş görənlərə uğurlar diləmək və minnətdarlıq etməklə yanaşı bildirdim ki, yaşadığımız Ərkivan qəsəbəsində 9 məscid, 6 mərasim evi var-hamısı da birisi bir-birindən gözəl, bir-birindən abad.

Amma Ərkivanda 5 məktəb var, 4-ü bərbad,
hətta 2-si xaraba vəziyyətdədir.
Eləcə də 17 min əhalisi, 1000-ə yaxın bağça yaşlı sakini olan Ərkivan qəsəbəsinin cəmi 40 uşaq tutumlu bağçası var – o da tam bərbad.
Qəsəbənin Mədəniyyət Evi bərbad,
Idman kompleksi yox
Tarixi abidələrimiz – məşhur Ərkivan Qalası bərbad, Ərkivan kurqanlarının yerləşdiyi ərazidə müəmmalı tikinti işləri aparılır, yuyunmağa Qızılavar, Boradigah hamamlarına gedirik.
Ölkədə yeganə qəsəbə saytı olan-Ərkivanın tarixini əks etdirən Arkivan.az saytı hər il 200-300 manata görə aylarla bağlı qalır.
Biz bu barədə də düşünməməliyik?
Nə vaxt qədər əhalimizin sayı ilə öyünməliyik?
Gənclərin qəsəbənin möhtəşəm tarixinə dərindən bələd olması üçün, dini dəyərlərlə yanaşı dünyəvi təhsilə daha çox diqqət yetirməyi, qəsəbənin dəyərli övladlarının təbliğini unutmamalıyıq.
Mərasim Evinin açılışında bir nümunə gətirməyi də unutmadım.

Deməli, Hacı Zeynalabdin Tağıyev bir dəfə Novxanıdan keçərkən onu məscidin açılışına dəvət edirlər. Hacı məscidə girib, onun daxilindəki genişliyi görüb, kəndin cavanlarını dəvət edir və soruşur:
-Bura nə qədər taxıl tutar? Gənclərin heç biri deyə bilmir.

Hacı deyir ki, amma rusun uşağına bu sualı versə idim, binanın enin, uzunun, hündürlüyün hesablayıb cavabı deyərdi. Sonra balaca qızıl kisəsin kəndin ağsaqqalına verib deyir ki, bu məscidin böyründə bir məktəb də tikin uşaqlarınız savad öyrənsin.
Gələk mətləbə-Ərkivanlıları bir məkanda
birləşdirən nə var?
Hər məscid, hər məktəb bir neçə məhəlləyə xidmət edir. Virtual məkan-arkivan.az istisna olmaqlaərkivanlıları bir məkanda birləşdirən heç nə yoxdur. Qəfil fikrimə gəldi ki, olduqca zəngin tarixi və bu günü olan Ərkivanda bir muzey yaradaq –
Ərkivan muzeyi.
Bu muzeydə qəsəbənin qədimliyin,
bu günün,
50-ə yaxın alimini,
şəhirlərini,
onlarla din xadimini,
idmançısını,
ölkə miqyaslı vəzifələrdə çalışmış insanlarının, xaricdə nüfuz qazanan iş adamlarının, xeyriyyəçilərinin,
tariximizdə iz qoymuş el ağsaqqalları, ağbirçəklərinin
həyat yolunu əks etdirən eksponatlar toplayaq, guşələrə yaradaq, video-roliklər yerləşdirək.
Münasib torpaq sahəsi də var – vaxtı ilə bütün qəsəbənin təhsil məbədi olan “Ağ məktəbin” yola tərəf olan aşağı hissəsi.
Bir neçə kənd ziyalısı ilə məsləhətləşdim. Kimə dedim, alqışladı. Hətta “ölkəyə nümunə olacaq bir bir addım olar” deyənlər də tapıldı.
Daha da həvəsləndim. Hazırda ölkənin tanınmış arxitektorlarında olan (xatırladım ki, Zeynoba Mərasim Evinin layihəsi də onundur), əslən masallılı Ramiz Xəlfəlidən xahiş etdim ki, ilkin bir layihə hazırlasın. O da sağ olsun ki, çox qısa müddətdə bu işi icra etdi.
Beləliklə, ilk addım atıldı. Bəs sonra?
Öncə bir təşəbbüs qrupu yaratmalıyıq.
Bəs həmin təşəbbüs qrupuna kimlər və necə seçiləcək? Tam obyektivlik olması üçün kim bu işə yardımçı olmaq istəyirsə, eləcə də təşəbbüs qrupuna kimləri təklif edirsə (özünü də təklif edə biulər) bura yazsın. Yaxud da bizimlə əlaqə saxlasın. (050 (70) 322 75 23 )
Daha sonra Ərkivanın tanınmış iş adamlarına – Məşkur və Qasıməli Qasımov qardaşlarına,
Qalib Məmmədova,
Gülağa Tənhaya,
Hikmət Məmmədova,
Hacı Rəşad Mirzəyevə,
Alxas Əsgərova,
Tərlan Nuriyevı və digərlərinə, eləcə də millət vəkillərimizə kömək üçün təçəbbüs qrupu adından məktublar ünvanlayacağıq.
Yəqin ki, qrupun etimad göstərddiyin bir şəxsin adına xüsusi hesab da açılacaq.
Digərləri də köməklərini təklif edə bilər- kimi usta kimi, kimi fəhlə kimi, kimi tikinti şirkətinin rəhbəri kimi...
Hər şey aşkarlıq şəraitində olacaq. Yəni, olunan köməklər cenub.az və arkivan.az saytlarında bütün detalları ilə işıqlandırılacaq.
Yəqin ki, busahədə fəallığımızdan asılı olaraq bilinəcək ki, “Ərkivan canım, ruhum” deyənlər,buna dəstək verəcəklər kimdir, “şar” partladanlar kim.
Nəzərdə tutulan muzeyin – Ərkivan muzeyinin Masallıdakı turist obyektlərinə gedən yolun yaxınlığında olması onun dəyərini daha da artıracaq və əksər turistlərin ziyarət ünvanına çevirəcək.
Əziz ərkivanlılar, gəlin, qəsəbəmizin zəngin tarixinəbir müasir tarix də yazaq, ölkədə bir ilkə imza ataq.
Zahir Əmənov
  • Tarix: 02.11.2019, 07:15
Xəbəri paylaş
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Xəbərlər