Arkivan.az » Müxtəlif məlumatlar » ƏRKİVAN VƏ ƏRÇİVAN VENN DİAQRAMINDA

ƏRKİVAN VƏ ƏRÇİVAN VENN DİAQRAMINDA


ƏRKİVAN VƏ ƏRÇİVAN VENN DİAQRAMINDA
Respublikamızda olan 4585 yaşayış məntəqəsi sırasında Ərkivan və Ərçivan da vardır.
Hər iki yaşayış məntəqəsi qədim tarixə malik olmaqla yanaşı, eyni zamanda iri yaşayış məntəqələrindən sayılır.
Ərkivan və Ərçivan arasında böyük oxşarlıq vardır.
21 sentyabr 2019-cu il tarixində ərkivanlı jurnalist Cənubxəbərləri.com saytının rəhbəri Zahir Əmənovla birlikdə Ərçivana yaradıcılıq səfərimizdən sonra Venn diaqramı əsasında Ərkivan və Ərçivan haqqında məqalə yazmaq qərarına gəldim.
Qeyd edim ki, Venn diaqramı müasir təlim üsullarından biridir. Ven diaqramından əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün istifadə edilir.

​ Ərkivan və Ərçivanın fərqli cəhətləri:
1. Ərkivan Masallı, Ərçivan Astara rayonunun tərkibindədir.
2. Ərkivan Masallı şəhərindən 2 km, Ərçivan Astara şəhərindən 10 km aralıda yerləşir.
3. Ərkivan Masallı şəhərinin qərbində, Ərçivan Astara rayonunun şimalında yerləşir.
4. Ərkivanın 17 min, Ərçivanın 14 min əhalisi vardır.
5. Ərkivan 2007, Ərçivan 2012-ci ildən qəsəbədir.
6. Ərkivandan Viləş, Ərçivandan Ərçivan çay axır.
7. Ərkivan Bakı-Yardımlı, Ərçivan Bakı-Astara şose yolunun üstündə yerləşir.
8. Ərkivan talış dilində Akon, Ərçivan Arçun adlanır.
9. Ərkivan Talış xanlığının Dəştvənd, Ərçivan Astara mahalının tərkibində olub.
10. Sovet dövründə ərkivanda Karl Marks adına sovxoz, Ərçivanda “Sovet Azərbaycanı” sovxozu fəaliyyət göstərmişdir.
11. Ərkivanda 17, Ərçivanda 8 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınmışdır və s.

Ərkivan və Ərçivanın oxşar cəhətləri:
1. Talış dağlarının ətəyində yerləşir.
2. Ərazisindən çay (Viləş, Ərçivan) axır.
3. Şose yolunun üstündə yerləşir.
4. Qəsəbə olmaları (2007; 2012).
5. Ölkənin, o cümlədən bölgənin iri yaşayış məntəqələrindən sayılır.
6. Ərazisində 4 ümumtəhsil məktəbinin olmaları.
7. Adlarının talış dilində ayrı cür adlanması.
8. Dulusçuluq mərkəzi sayılmaları.
9. “İdman məktəbi” adlanmaları (Ərkivanda güləş, Ərçivanda boks məktəbinin fəaliyyət göstərməsi).
10. Dini mərkəz kimi tanınmaları (Şeyx Qüdrətullah Ərkivani Lənkərani, Şeyx Fazil Qafqazi Lənkərani, Şeyx Bəşir Ərkivani Lənkərani, Molla Müzəffər Axund Lənkərani, Şeyx Məhəmməd (Ərkivan), Ayətullah Şeyx Möhsin Ərçivani Lənkərani, Şeyx İshaq Ərçivani Lənkərani və d.).
11. Tarix və mədəniyyət abidələrinin zənginliyi.
12. Ziyalıları ilə tanınmaları.
13. Ərazilərində məşhur bulaqların olması (Ərkivanda Şah Səfi bulağı, Ərçivanda “Yanar bulaq”).
14. Şah İsmayıl Xətainin Ərkivan və Ərçivanda olması (13 yaşlı İsmayıl 1499-1500-cu ilin qışını Ərçivanda keçirmişdir (Azərbaycan tarixi. I cild. B., 1994, səh. 399).; Tarixi mənbələrin verdiyi məlumata əsasən, 1501-ci ildə Təbrizdən qayıdarkən Şah İsmayıl Xətai yolüstü Ərkivanda dayanıb (Vaqif Yusifli. Ərkivan və ərkivanlılar. B., 1996, səh. 31).

İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta nəktəbinin müəllimi,
tədqiqatçı-tarixçi
  • Tarix: 18.11.2019, 05:17
Xəbəri paylaş
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Xəbərlər