Arkivan.az » Xəbərlər » Son 6 ayın hesabatı- 20 aksiya, 6 min manatlıq yardım, 500-ə yaxın ailənin sevinci

Son 6 ayın hesabatı- 20 aksiya, 6 min manatlıq yardım, 500-ə yaxın ailənin sevinci


Son 6 ayın hesabatı- 20 aksiya, 6 min manatlıq yardım,   500-ə yaxın ailənin sevinciYəqin ki, “Ümidim sənsən” adı çoxlarına bəllidir. 2 il öncə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən, onlar pulsuz kitab aksiyasl, imkansızlar ərzaq, geyim tibbi avadanlıqlar paylayan bu təşkilat bəs son 6 ayda hansı işlər görüb?

Həmişə aşkarlığa böyük önəm verdiyimiz üçün son aylardakı xeyriyyə aksiyalarımızı da diqqətinizə çatdırmaq istəyirik.

Siyahı çox uzun olduğu üçün bir çox aksiyalarımızı ümumiləşdirilmiş şəkildə bildimək məcburiyyətindəyik.

Aksiyalarımız haqqında daha ətraflı məlumat almaq istəyənlər Fidan Abbasli Facebook səhifəmizə, umudumsensen.az saytımıza baxa bilərlər.

Beləliklə, “Ümidim sənsən”

Son 6 ayının hesabatı- 20 aksiya, 6 min manatlıq yatrdım, 500-ə yaxın ailənin sevinci

1. Yanvar ayında 15 nəfər imkansız uşaq üçün

(18 nəfər ailə üzvü ilə birkə) yemək, hədiyyə və bədii proqram daxil Yeni İl şənliyi.

2. Yenə də yanvar ayında yemək, hədiyyə, əyləncə daxil Masallıdakı Bioloji Təbabət Klinikanın dəstəyi ilə 12 ehtiyaclı ailə üçün uşaqlarla yemək, hədiyyə, əyləncə.

3. “Ümidim sənsən” Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbələrinin dəstəyi ilə 1 çoxuşaqlı ailənin 1 aylıq ərzaq təminatını təşkil etdilər.

4. Novruz Bayramı ərəfəsinə yardımsevərlərin dəstəyi ilə 16 ailəyə ərzaq yardımı göstərildi

5. Pandemiya dövründə

Ərkivan qəsəbəsində boşanma məsələsi ilə 5 uşaqlı ailəyə hüquqi yardım göstərilib. Ailəyə televizor, geyim, ərzaq yardımı göstərilib.

6. Aprel 1- dən iyulun 1-dək 8 yardım kompaniyası çərçivəsində 10-a yaxın ərazidə 208 ailəyə (Ümumilikdə 5 min manata yaxın) . çörək və digər ərzaq yardımı göstərilib

7. Bundan əlavə Lənkəranda həyat yoldaşın itirmiş bir ailəyə yardım edildi.

8. Bakıdakı Nigar Bayramlının rəhbər olduğu “Güvən” xeyriyyə və dostluq cəmiyyəti ilə birgə Lerikin Orand kəndindən 50 ailəyə geyim, oyuncaq və ərzaq yardımı edildi.

9. 1 iyunda sosial məsafə gözlənilməklə 12 imkansız uşağın əyləncəsi təşkil edildi, onlara hədiyyələr verildi.

10. 5 imkansız uşağın “Uğur kursları” və “Elm hazırlıq mərkəzi” ödənişli kurslarında pulsuz təhsilinə yardım göstərildi.

11. İki ehtiyaclı ailənin ümumilikdə 200 manata yaxın qaz və işıq borclarının ödənilməsinə yardımçı olduq.

12. Ehtiyaclı bir ailə üçün (Ərkivan Bağlaküçə) qaz sayğaçını xərcinin ödənilməsi. (262 manat) təmin edildi.

13. 3 imkansız uşağın Masallıdakı Bilojo Təbabət Klinikasında pulsuz müayinəsinə yardım olduq.

14. Aprelin 1-dən başlayaraq 3 marketdə – Şahin, Qala( Ərkivan), Ruzi (Bədəlan) market vasitəsi və könüllülərin iştirakı ilə evlərə birbaşa pulsuz çörək aksiyası təşkil edildi.

15. Bu müddətdə 200-ə yaxın ailəyə imkansız ailəyə qismən geyilmiş paltarların paylanması təmin edildi.

16. 5 imkansız ailənin hər birinə müxtəlif vaxtlarda 10-12 pay qoyun əti paylanıb. Cəmi 54 pay.

17. 10-ya yaxın imkansız ailəyə velosoped, əlil arabası, televizor və əşya və avadanlıq verilməsi təmin olunub.

18. 2 ailəyə işlənmiş xalça verilib.


19. Sonuncu yardım iyulun ilk günlərində baş tutub. 5 əraziyə 20-yə yaxın ərzaq bağlaması evbəev paylanıb.20. Bunlardan əlavə yüzlərlə şəxsə maska, spirt, əlçək paylanıb.

Xüsusi qeyd. Biz bütün bu işləri yardımsevər insanların, Hacı xanımların, xeyriyyəçi qızlarımızın, onlarla könüllümüzün iştirakı ilə keçirtdik. Ən maraqlısı isə odur ki, onlar adlarının açıqlanmasını istəmirlər. Hamısına ürəkdən təşəkkür edirik.

Düzdür, pandemiya bəzi işlərimizə əngəl oldu. Bizim könüllülər, özüm daxil olmaqla bir qayda olaraq öz ad günlərini əlil və imkansız uşaqlarla birgə keçirir. Lakin pandemiya qaydaları buna imkan vermir. Biz isə ruhdan düşmürük. Qarşıda daha maraqlı layihələrimiz var.

Fidan Abbaslı. “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin sədir. Masallı rayonu, Ərkivan qəsəbəsi.

Facebook :Fidan Abbasli
İnstagram : umidimsensen.az
Sayt : umidimsensen.az

  • Tarix: 02.01.2021, 01:59
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər