Arkivan.az » Mədəniyyət » Putindən Xatirə Medalı alan ərkivanlılar

Putindən Xatirə Medalı alan ərkivanlılar


 


Maraqlı sual yaranır-bəs Putindən medal alan azərbaycanlı Hikmət Məmmədov öz doğma yurdunda hansı xeyriyyəçilik göstərib?

Dünyanın bir çox nöqtələrində, eləcə də uzaq Sibirdə  çalışan azərbaycanlılar arasında masallılar da az deyil.

Onlardan biri də Masallı rayonunun Ərkivan qəsəbə sakini (Zeynoba məhəlləsi) Məmmədov Hikmət Əlheydər oğludur. 10 ildən artıq Yəhudi Muxtar Vilayətinin paytaxt şəhəri Birobican şəhərində çalışan

Hikmət Məmmədov azad sahibkar kimi xeyli nüfuz sahibi olmuş, həm sahibkar, həm xeyriyyəçi kimi yerli sakinlərin böyük nüfuzunu qazanmış, hətta vilayət Milli Məclisinin  millət vəkili seçilmişdir.

 Bu günlərdə isə Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Ümumrusiya Qarşılıqla Yardım Fəaliyyətin Təşkilinə verdiyi dəyərli töhfələrə  görə Xatirə Medalı ilə təltif olunub.

Maraqlı sual yaranır-bəs Hikmət Məmmədov öz doğma yurdunda hansı xeyriyyəçilik göstərib? Əsasən xeyriyyəçilik işlərini reklam etməyi xoşlamayan Hikmət bəy haqqında İlkin məlumata görə uşaq Sibirdə yaşayan həmyerlimiz oxuduğu Həsənəküçə tam orta məktəbinin təmirinə, Zeynoba məhəlləsində yolun təmirinə, işıqlandırılmasına və digər  işlərə vaxtaşırı yardımlar edib. Onun imkansız ailələrə vaxtaşırı etdiyi yardımlar isə on min manatlarla ölçülür.

Onu da xatırladaq ki, Putinin imzası ilə Xatirə medalı alan Hikmət Məmmədov tək deyil. Hikmət Məmmədovun yaxın qohumu   -  Əsgərov Seyran  Güloğlan oğludur. 

Hər iki həmyerlimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.

Zahir Əmənov

 

  • Tarix: 04.01.2021, 12:41
Xəbəri paylaş
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Xəbərlər