Ərkivanlı jurnalistlər - yaxud , niyə uşağa qəzetin adını qoydular?
Masalli mətbuatının dünəni də, bu günü də Ərkivanla bağlıdır
Qeyd: Seçim zamanı 4 kriteriya əsas götürülüb -
1. Sırf jurnalist ixtisasına malikdir, yaxud bu ixtisas üzrə oxuyur;
2. Rəsmi dövlət qəzetlərində çalışır, yaxud çalışıb;
3. Yazıları Jurnalistika üzrə keçirilən müsabiqələrin qalibi olub, yaxud ən azından aktual mövzularla bağlı 5 araşdırma yazısı olub.
4. Əməllərində jurnalistika adına xələl gətirən xoşagəlməz hallar olmayıb.
Azərbaycan mətbuatının 145 illiyinin bayram ediləcəyi yaxın günlərdə Masallının mətbuat tarixinə nəzər salsaq, maraqlı məqamlarla qarşılaşarıq. Bəlli olar ki, mətbuat sahəsində Masallıda ilkə imza atanlar, bu gün onu uğurla davam etdirənlər də əsasən ərkivanlılardır.
Bölgəmizdə əsrin əvvələrində ilk qəzetlər Lənkəranda çap olunsa da, 30-cu illərdə rayonlaşmadan sonra Masalıda ilk qəzet 1932-ci ildə yaranıb.
Həmin qəzetin qısa tarixçəsinə nəzər salaq.


1. Ərkivanın Göllü məhəlləsinin sakini Nemət Nemətov olub.
Nemətovlar ailəsi ilk qəzetin çap olunmasına o qədər seviniblər ki, həmin günlər ailədə dünyaya gələn əmisi uşağının adını da “Yeni Həyat” qoyublar. Nemət Nemətov uzun illər bu qəzetdə çalışıb, ona redaktorluq edib.
N. Nemətovun 2 oğlu onun yolun davam etdirib.
2. Hazırda 82 yaşı olan Cəmil Nemətov uzun müddət “Çağiriş” adlanan qəzetin ən fəalı, yadda qalan yazıları ilə tanınan müxbiri olub. Daha sonra isə həmin vaxtlar rayonda fəaliyyət göstərən, həftədə 3 dəfə verilişlər təşkil edən Yerli Radio Verilişləri Redaksiyasının rəhbəri olub. Bakı Ali Partiya Məktəbini bitirib. Hazırda təqaüdçüdür.
3. Nemət Nemətovun kiçik oğlu Mahir Nemətov da uzun müddət ölkə mətbuatında maraqlı yazılarla çıxış edib. İdman mövzusunda yazdığı yazılar diqqəti daha çox cəlb edib.
Redaksiya harada yerləşib?
Onu da xatırladaq ki, rayonda ilk qəzetin binası, indiki Məşğulluq Mərkəzinin arxasında, hazırda Qazi idarəsinin yerində yerləşib. Mətbəəsi isə indi mövcud olmasa da, təxminən bu gü2nki Mədəniyyət Evinin qarşısında yerləşib. Həmin vaxt rayonda çap edilən mətbəədə də çalışanlar ərkivanlı olub. Şaban Şirəliyev, oğlu Nizam Şirəliyev, onların yaxını Əmiş NEMƏTOV, linotipçi Dilşad Məcidova və başqaları
4. Daha bir ərkivanlı jurnalist – İsaq Mirzəyev

1955-1960-cı illərdə Masallıda Mədəniyyət şöbəsinin müdir müavini.
1960-1962-ci illərdə Masallı Rayon İcraiyyə komitəsinin şöbə müdiri.
1962-1965-ci illərdə isə Ərkivanda kənd icraiyyə komitəsinin sədri işləyib.
1965-1970-ci illərdə rayondakı “Çağrış” qəzetinin şöbə müdiri işləmişdir.
Ömrünün son illərində isə yenə də Ərkivanda icraiyyə komitəsinin sədri işləyib. 49 yaşında dünyasını dəyişmişdir.
5. Bahəddin Yunusov – Bədirli məhəlləsi

Ömrünün son illərində “Azərbaycan məktəbi” jurnalında redaktor müavini, “Azərbaycan dili və Ədəbiyyatı tədrisi” jurnalında Baş Redaktor vəzifələrində çalışmışdır.
6. Vasif Səmədov – ilk ərkivanlı Əməkdar jurnalist

Vasif Səmədov müxtəlif mətbu orqanlarda, eləcə də televiziya da proqram redaktoru vəzifəsində işləmişdir. Son onilliklərdə isə Beynəlxalq səviyyəyə yüksələrək 1994-1995-ci illərdə “Rossiyskiy fermer” qəzetinin, 1995-ci ildə “Oqonyok” qəzetinin Azərbbaycan, Türkiyə və İran dövlətlərinin, bir ildən sonra isə Asiya ölkələri və Ukrayna üzrə müxbir məntəqəsinin müdiri vəzifəsinə işləmişdir və hazırda da işləyir.
Daha sonra isə 3 televiziya kanalını, 3 qəzeti, 12 radiostastansiyasını özündə birləşdirən Holdinq Mərkəzinin və Qərbi Avropa üzrə nümayəndəliyinin rəhbəri olmuşdur.
7. Hüseynov Əyyub Oruc oğlu- Ərkivan, Göllü.
Hamının səmimiyyət simvolu adlandırddığı bu şəxs,
həyat yoldaşı ilə birgə dünyasını dəyişib

Olduqca səmimi, mehriban, zəhmətkeş həqiqətən bir sadəlik və səmimiyyət soimvolu idi. Arabir qəşəng segah oxumağı, şeir yazmağı da varidi. İddiasız, təvöşıkar, hədsiz xeyirxah, gözütox insan olan Əyyub Hüseynov 2004 -ci ildə Türkiyədə təhsil alan övladının yanına gedərkən ingilis dili müəllimi olan ömür-gün yoldaşı ilə birlikdə qəza nəticəsində həyatını itirmişdir.
Yaxın dostları onu “səmimiyyət, saflıq simvolu” adlandırırdı. İki qızı olub. Türkiyəyə səfərdə də məqsəd kiçik qızının onun adını daşıyan Əyyub adlı nəvəsini Azərbaycana gətirmək olub. Onların yol getdiyi avtobus Türkiyənin Ərzincan vilayətindən keçərkən qəzaya uğrayrıb və Ə. Hüseynov həmin qəzada həyat yoldaşı ilə birlikdə həlak olub. Onların qoşa qəbrləri Ərkivanın qəbristanlığındadır. Onun iş yoldaşı Əyyub Hüseynov haqqında “Ayrılığın üzü dönüsün...” adlı maraqlı kitab yazıb.
8. Yəhyayev Teymur Heydər oğlu – SSRİ-nin ən mötəbər İnformasiya Agentliyinin aparıcı müxbiri, 2 dəfə Masallının İcra Başçılsı olub

Teymur Yəhyayev 2 dəfə - 1991-1992, 1993 və 2000-ci illərdə Masallı rayonu İcra hakimiyyətinin başçısı olmuşdur. Çoxlarının yaddaşında islahatçı rəhbər kimi qalmışdır.
Son on illliklərdə isə Rusiyada müxtəlif vəzifələrdə işləmiş, hazırda da Rusiyada yaşayır. Bir neçə kitabın müəllifidir.

1954-ci ildə anadan olmuş, ixtisasca jurnalistdir. Əvvəllər “Çağırış” qəzetində ədəbi işçi, sonralar ”Azərbaycan” qəzetinin bölgə müxbiri, “Yeni Həyat” qəzetinin redaktor işləmiş. Hazırda “Qanun” nəşriyyatında işləyir

10. Akif Ağayev Ərkivan qəsəbəsi Bağlaküçə məhəlləsi
Uzun müddətdir ki, "Yeni həyat" qəzetində baş ədəbi işçi vəzfisəidnə çalışır. Nadir Ağayev haqqında kitabın müəllifidir. H.B. Zərdabi diplomuna layiq görülüb.

Bağlaküçə məhəlləsi. İxtisasca jurnalistdir. QHT rəhbəri və “QHT.az” saytının rəhbəri

12. Arzu Əliyeva - Ərkivan qəsəbəsi, Abbaslı məhəlləsi, rayonun ilk qızıl medallı qızı
Hələ orta məktəbdə oxuyarkən 25 min şagird arasında inşa müsabiqəsində ölkə üzrə 1-ci olub. Orta məktəbi Qızıl medalla bitirib. Hazırda BDU-nun jurnalistika fakültəsinin əlaçı tələbəsi, eyni zamanda Toplum İntenet TV-də aparıcı-jurnalistdir.
13. Əmənov Zahir – Ərkivan qəsəbəsi Abbaslı məhəlləsi

Masallıda, ümumiyyətlə, cənub bölgəsində müstəqil region mətbuatının yaradıcısı olub. 1992-93-cü illərdə “Masallı” qəzetinin redaktoru, 1993-2002-ci illərdə “Masallı xəbərlərinin”, 2003-2018-ci illərdə “Cənub xəbərlələri” qəzetinin təsisiçisi və baş redaktoru, “cenub.az”, “arkivan.az” , "masallılar.az" saytlarının, eləcə də “cənub xəbər tv” internet qəzetinin rəhbəridir.
Rəhbərlik etdiyi “Cənub xəbərləri” qəzeti 2012-ci ildə Azərbaycan Jurnalitlər və “Yeni Nəsil” Jurnalistlər Birliyinin təsis etdiyi “İlin qəzeti” diplomuna layiq görülüb. Bir neçə Beynəlxalq Jurnalist təşkilatlarının keçirdiyi müsabiqənin 1-ci mükafatına sahib olub, Beynəlxalq statuslu jurnalistdir.
Hazırladı – Elcan