Masallı. Ərkivanlı 2 qardaş Rusiyadakı qəzada dünyasını dəyişdi
Cenub.az bildirir ki, Masallı rayonunun Ərkivan qəsəbəsinin sakinləri 16 fevral 2021-ci ilin səhərini qəmli xəbərlə açdılar. Xəbərdə bildirilir ki, Qəsəbənin Abbaslı məhəlləsinin sakinləri, Nəcəfov Balağanın 2 övladı (Qəribxan kişinin nəvələri) Rusiyanın Yekaterinburq şəhərində qəzalı binaya daxil olarkən bina uçub və 2 qardaş dağıntılar altında qalaraq dünyasını dəyişib. 21 və 23 yaşında olan qardaşlar(Baloğlan və Xurşid) hərbi xidmətdən yeni qayıdıblar. Ailənin 2 qız və 2 oğlan övladı var idi. Hazırda həmin şəxslərin meyiti Rusiyadan qəsəbəyə gətirilir.
Cenub.az
Cenub.az