Masallı. Ərkivanlı 11 yaşlı qız hamamda yıxılaraq dünyasını dəyişdi
Bu gün, mart ayının 19-da, axşam saatlarında Masallı rayonunun Ərkivan qəsəbəsində (İsoba məhəlləsi məhəlləsi) 11 yaşlı qız, 5-ci sinif şagirdi Məmmədova Zəhra Tofiq qızı hamamda çimərkən qəfildən yerə yıxılaraq dünyasını dəyişib. Valideynləri onun hamamda huşsuz vəziyyətdə tapıblar. Hazırda Masallı Rayon Prokurorluğun əməkdaşları hadisənin detallarını araşdırır.
Allah rəhmət eləsin!