Ərkivan bələdiyyəsi şəhid adını daşıyan küçəni abadlaşdırır
Son vaxtlar xeyli fəallaşan, qəsəbədə abadlıq və yaşıllaşdırma işlərinə start verən Ərkivan bələdiyyəsi Ramazanlı məhəlləsində şəhid baş leytinat Sahib Şirəliyevin adına daşıyan küçədə 500 metr məsafəyə qum-çınqıl döşətdirməklə məhəllə sakinlərinin gediş-gəlişini xeyli yaxşılaşdırmışdır.
Bu barədə arkivan.az saytına məlumat verən qəsəbə bələdiyyəsinin sədri Ə. Mazanov onu da bildirmişdir ki, bu abadlıq işlərindən bir qədər əvvəl isə qəsəbədəki şəhid və qazi ailələrinə 1500 manatlıq yardım edilmişdir.
Yaxın vaxtlarda isə Həsənəküçə məhəlləsinin aşağısından, OBA marketin qarşısından başlayaraq Bağlaküçə məhəlləsinin aşağısınadək məsafədə küçə işıqları quraşdırılacaqdır.
Bu ilin aprel ayından isə qəsəbədəki digər küçələrin abadlaşdırılmasına start veriləcək.
O həm də qeyd etmişdir ki, qəsəbə bələdiyyəsi bu işləri Ərkivan Ərazi nümayəndəliyin rəhbəri Sabiq Cahangirovun yaxından köməyi ilə edib.
Hazırladı: Turan Əlisoy