Ərkivanlı Rusiyada dünyasını dəyişib
Masallı Rayonu Ərkivan qəsəbəsinin sakini (Həsənəküçə məhəlləsi) Salayev Maarif Azad oğlu Rusiyada dünyasını dəyişib. Redaksiyaya daxil olan məlumata görə M. Salayev bir müddət əvvəl səhhətində yaranmış problemlərlə bağlı Rusiyaya müalicəyə gedib. Lakin orada səhhəti daha da ağırlaşmış və bu günlərdə dünyasını dəyişmişdir.
M. Salayev 1958-ci il, martın 25-də anadan olub. Masallı elektrik şəbəkəsində işləyirdi.
Xatırladaq ki, onun qardaşı Belarusiyada, Ədliyyə sistemində yüksək vəzifədə çalışır.
Hazırda Rusiyadan Azərbaycana gediş-gəlişdə problemlər olduğu üçün M. Salayevin cənazəsinin rayona gətirilməsi üçün imkanlar araşdırılır.
Olduqca səmimi, gülərüz, mehriban insan olan Marifin uzaq eldə belə qəfil ölümü təəssüf doğurur.
Allah rəhmət eləsin!
Cenub.az