Ərkivan İqlimi
Ərkivanın iqlimi rütubətli subtropikdən
quru subtropikə keçiddir
Yayı quraq, qışı mülayim və yağıntılıdır. Yay aylarında havanın hərarəti 36-38 dərəcəyə çatır. İl ərzində atmosfer yağıntısının yalnız 8-10 faizi yaya düşür. Buna görə də yayda əkin sahələrinin suvarılması lazım gəlir. Yayın istisini axşamlar Talış dağlarından axıb gələn xəfif meh yumşaldır.
"Gərmicli qışım olaydı, dumanlı yazım"
Qışda havanın orta temperaturu müsbət 3 dərəcədən yuxarı müşahidə edilir. İl ərzində atmosfer yağıntılarının miqdarı 700-800 mmə çatır. Bunun da əsas hissəsi ilin soyuq dövründə düşür. Bəzi illər qış ayları kəskin soyuqlaşmalarla qeyd edilir. Belə hal-larda havanın temperaturu mənfi 18 dərəcəyə qədər aşağı düşür.
Mülayim qış şəraitinə uyğunlaşmış subtropik bağlar və plantasiyalar kəskin şaxtalı illərdə adətən xeyli ziyan çəkir. Təqribən 812 ildən bir Ərkivanda kəskin şaxtalı illər qeydə alınmışdır. Qış aylarında ara-sıra Talış dağlarının zirvələrini aşıb keçən isti tropik hava axınları temperatura xeyli yumşaldıcı təsir göstərir və kəskin şaxtaların əkinlərə vuracağı ziyanın qarşısını alır. Belə isti küləklərə elmi-coğrafi ədəbiyyatlarda "Fyon", Ərkivanın yerli coğrafi terminologiyasında isə "Gərmic" deyirlər. Bu küləklə bağlı Ərkivanda belə bir məsəl də dolaşmaqdadır: "Gərmicli qışım olaydı, dumanlı yazım". Lakin isti "Gərmic" külək¬ləri ilin isti dövründə əraziyə daxil olduqda qəsəbnin təsərrüfatlarına, tikintilərə xeyli ziyan vurur.
Ərkivanın yerüstü və yeraltı suları
Ərkivan təbiətinin ən mühüm sərvətlərindən biri də onun yeral¬tı və yerüstü sularıdır. Yerüstü su hövzə-lərindən ən böyüyü Viləşçaydır. Talış dağlarının sinəsindən süzülüb gələn şirəli suları Viləş çayı Ərkivan qəsəbəsi yaxınlığnda düzənliyə çatdırır. Hazırda suvarma məqsədilə çayın düzənliyə qovuşduğu yerdə Talış bölgəsində ən böyük "Viləş çay" su anbarı yaradılmışdır. Bundan əlavə kəndin özündə bir neçə su anbarları vardır.