Ərkivan tarixi
XIX əsrin axırlarında Morqan
qardaşları Lənkəran və Masallı rayonları ərazisində olan arxeoloji
qazıntı işləri aparmış, abidələrdən
aşkar etdikləri qızıl və başqa qiymətli metalları özləri ilə xaricə
aparmışlar. Lənkəran və Masallıda
(xüsusilə Ərkivanda) aşkar olunmuş maddi-mədəniyyət nümunələri
hazırda Fransanın Sen-Jermen muzeyində saxlanılır.
Xaricilərin Azərbaycan ərazisində apardıqları qazıntı işləri bir növ dağıdıcı xarakter daşımış və tariximizə müəyyən qədər ziyan vurmuşdur.
Məlumat üçün bildirək ki, Azərbaycanın qədim tarixinin tətqiq olunmasına XX əsrdən başlanmışdır. 20-ci illərdə isə respublikamızın abidələrini və tarixini öyrənən cəmiyyət təşkil olunmuşdur. Azərbaycan ərazisində aparılan elmi axtarışlar zamanı insanlığın səhərinə aid zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisində insanın formalaşdığı məskənlər siyahısına daxil olması müəyyən edilmişdir. Azərbaycan ərazisində ibtidai insanların 2,5 milyon il bundan əvvəl yaşamağa başlamasına aid ən qədim əmək alətləri tapılıb tədqiq olunmuşdur. Azərbaycanın Araz, Qurucay vadilərində aparılan arxeoloji tədqiqatlar nəticəsində respublikamızın ən qədim tarixinə aid zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuş və Azərbaycanın lap qədim zamanlardan yaşayış üçün əlverişli təbii-coğrafi şəraitə malik olması müəyyən edilmişdir. >Masallı ərazisində aparılmış tədqiqatlar xüsusi maraq doğurur. Ərkivan ərazisində aparılmış arxeoloji tədqiqat nəticəsində ibtidai icma dövrünə aid zəngin maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağlarının ətəklərində yerləşir Lənkəran ovalığı Xəzər dənizi ilə Talış dağları arasında yerləşir. Cənubda Astara çayınadək uzanır. Şimalda isə Salyan və Mil düzənliyinə qovuşur. Lənkəran ovalığının uzunluğu 110 km, eni şimalda 25-30 km, cənubda 7 km-ə çatır. Viləş çayının sağ sahilində yerləşən Ərkivan ərazisinin yuxarı hissəsində arxeoloji kəşfiyyat işləri bir neçə illər əvvəl aparılmışdır. Kəşfiyyat işləri zamanı Ərkivan ərazisindən üst paleolit dövrünə aid Daş məmulatı əldə edilmişdir. Bu, Ərkivan ərazisində qədim insanların 15-20 min il undan əvvəl yaşamağa başladığını söyləməyə imkan vermişdir. Xüsusilə Ərkivan ərazisinin Viləş çayı terraslarından tapılmış əmək alətlərindən texniki və tipoloji xüsusiyyətlərinə əsasən həmin alətlərin üst paleolit mədəniyyəti dövründə hazırlandığını söyləmək mümkün olmuşdur. Məlumat üçün bildirək ki, Üst paleolit mədəniyyəti Azərbaycanda 35 min il bundan əvvəl başlanmış və 12 min il əvvəl sona çatmışdır.
2004-2007-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Paleolit arxeoloji ekspedisiyası bu sətirlərin müəllifinin rəhbərliyi altında Masallının Viləşçay sahillərində arxeoloji kəşfiyyat işləri aparmış və yeni maddi mədəniyyət qalıqları aşkar etmişdir.Ərkivan kəndində elmi axtarışlar zamanı eneolit və tunc dövrlərinə aid "Qala təpə", "Balaca təpə", "Nadir təpə", "Qaratikan təpə", "Yekə təpə", ayrı-ayrı kurqanlar, orta əsrlərə aid qəbristanlıqlar, XIV və XIX əsrlərə aid məscidlər aşkar olunmuşdur.Maraqlıdır ki, Ərkivan qalası adlanan ərazidə axtarışlar zamanı antik və orta əsrlərə aid saxsı qab qırıntıları tapılmışdır. Həmin tapıntılara əsasən Ərkivan qalasının V-VI əsrlərdə tikildiyini söyləmək olar. Qalanın yaxınlığında qədim şəhər yerinin xarabalıqları da vardır. Bu ərazidən aşkar olunmuş maddi-mədəniyyət qalıqları və müdafiə qalasının olması burada qədim şəhərlərdən birinin ərazisi olduğunu göstərir. Hazırda Ərkivan qalası yaxınlığında qədim şəhər yerinin xarabalıqları mövcuddur. Ona görə də gələcəkdə bu ərazidə 30 il arxeoloji qazıntılar aparıldıqdan sonra Ərkivan şəhəri haqqında bir kitab yazmaq olar. Çünki qədim Ərkivan şəhərinin maddi-mədəniyyət nümunələri torpağın altında qalmışdır. Bu diyarın qədim əhalisinin məşğuliyyəti, təsərrüfatı, maddi-mədəniyyəti və tarixinin öyrənilməsi üçün hazırda əsas vəzifə Ərkivan ərazisində arxeoloji qazıntılar aparmaq və aşkar olunmuş elmi materiallar əsasında Ərkivanın qədim tarixini tədqiq etməkdən ibarətdir. Ərkivan ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı eneolit və tunc dövrlərinə aid də maddi-mədəniyyət nümunələri tapılmışdır. Aparılan arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, VII minillikdə neolit dövrü eneolit mədəniyyəti ilə əvəz olunmuşdur. Eneolit sözünün mənası - mis-daş dövrü deməkdir. Bəzən eneoliti neolitdən tunc dövrünə keçid mərhələsi də adlandırırlar.
Ərkivan eneolit dövründə
Bəşər cəmiyyətinin tarixində eneolit dövrü mühüm ictimai-iqtisadi mərhələ təşkil edir. Məhz bu dövrdə ilk dəfə olaraq toxa əkinçiliyi meydana gəlməyə başlayır. Toxa əkinçiliyinin başqa təsərrüfat növlərindən üstünlüyü, inşaat işlərində çiy kərpicdən istifadə olunması, gildən qadın fiqurlarının düzəldilməsi, boyalı qabların geniş yayılması və mis əşyalarla yanaşı daş alətlərdən də geniş istifadə olunması eneolit dövrün səciyyəvi cəhətlərindəndir. Ərkivanda aparılan tədqiqatlar zamanı tunc dövrünə aid maddi-mədəniyyət nümunələri qeydə alınmışdır. Tunc dövrü bəşəriyyətin inkişafında mədəni, tarixi bir dövrdür. Bu dövr Azərbaycan ərazisində V minillikdən eneolit dövrünü əvəz etmiş və eramızdan əvvəl I minilliyin əvvəllərinədək davam etmişdir. Tuncun alınması və ondan əmək alətləri istehsalında əsas material kimi istifadə olunması dövrün əsas xüsusiyyətlərindən biridir. Bu dövrdə misə nisbətən üstün keyfiyyətləri olan tuncun istehsalının kəşfi təkmilləşmiş, daha möhkəm əmək alətlərinin meydana çıxmasına zəmin yaranmışdır. Bu isə oturaq əkinçi-maldar tayfalarının mədəni-tarixi inkişafında əhəmiyyətli rol oynamışdır. Ərkivan tuc dövründə Ərkivanın tunc dövrünə aid yaşayış məskənlərində maddi-mədəniyyət nümunələrinin aşkar olunması burada yaşayan sakinlərin əkinçiliklə məşğul olduqlarını göstərir. Tunc dövrünün əvvəllərində duluzçuluq özünün yüksək inkişaf mərhələsinə çatır. Artıq bu dövrdə qabların əl ilə, lakin simmetrik formada hazırlanmış nümunələrinə təsadüf olunur. Eyni zamanda qulplu qabların sayı artmağa başlayır. Aparılan elmi-tədqiqatlar zamanı ilk nehrələrin meydana çıxması müəyyən olmuşdur. Maraqlıdır ki, neolit dövründən, yəni IX minillikdən Ərkivanda başlamış gil qablar istehsalı bu gün də davam etdirilir. Gil qablar istehsalında mühüm yenilik duluz çarxının meydana çıxmasıdır. Duluz çarxı vasitəsi ilə daha mükəmməl qablar hazırlanmağa başlanmışdır. Duluz çarxının meydana çıxması gilin yaxşı yoğrulmasına səbəb olmuşdur. Bu da qabların keyfiyyətində və formasında dəyişiklik əmələ gətirmişdir. Xüsusən məişətdə işlənən qabların istehsal olunması kütləvi xarakter almışdır. Bu gün də Ərkivanın Bağlakücə məhəlləsində duluz çarxlarında qabların hazırlanması davam etdirilir.
Aparılan arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan ərazisində və Ərkivanda tunc dövrünü üç inkişaf mərhələsi müəyyən olunmuşdur. Azərbaycanda III minilliyin sonunda ibtidai icma quruluşu dağılmış, dövlətlər meydana çıxmışdır. Aparılan arxeoloji tədqiqatlar və yazılı mənbələr göstərir ki, Ərkivan ərazisi qədim Manna və Atropeten dövlətlərinin ən mühüm ərazilərindən biri olmuşdur. Manna dövləti e.ə IX əsrin ikinci yarısında tarix səhnəsinə çıxmışdır. Manna dövləti özünün çiçəklənmə dövrünü e.ə VIII əsrin ikinci yarısında göstərmişdir. Bu dövrdə dövləti İranzu idarə etmişdir. İranzu özünün hakimiyyəti illərində ölkənin ərazisini genişləndirmək üçün yaranmış əlverişli şəraitindən bacarıqla istifadə etmişdir.
Ərkivanda heyvandarlıq, eləc də atçılıq Mannanın vilayətlərində heyvandarlığın, xüsusən atçılığın inkişafı haqqında Assuriya MİXİ yazıları məlumat verir. Ərkivanda da I minilliyin ortalarında və xüsusən dəmir dövründə özünün yüksək mərhələsinə çatmışdır. Aparılan elmi-tədqiqatlar zamanı atın insanların fəaliyyətində mühüm yer tutması müəyyən olunmuşdur. Uzun müddət at insanların təsərrüfatında və məişətində aparıcı mövqe tutmuşdur. Atın əhliləşdirilməsi insanlara təbiətin sirlərini daha dərindən dərk etməyə şərait yaratmış və daha uzaq ölkələrə səfərə çıxmaq imkanı yaratmışdır. Son zamanlara qədər atın əhliləşdirildiyi ölkə Qərbi Avropa ərazisi hesab olunurdu. Aparılan arxeoloji tədqiqat zamanı Masallı, Cəlilabad və başqa bölgələrin tunc dövrünə aid düşərgələrindən ev atlarının sümüklərinin tapılması Azərbaycanda da atın əhliləşdirildiyini ən qədim ölkələrdən biri hesab etməyə imkan yaratmışdır. Bu gün də Ərkivanda atdan təsərrüfat işləri zamanı istifadə olunmaqdadır. Makedoniyalı İskəndər Orta Asyaya yürüş edən zaman Atropat onun yanına gələrək tabe olduğunu bildirdi. Eradan əvvəl 323-cü ildə İskəndər onu Midiyanın satrarpı vəzifəsinə təyin etdi. Eramızdan əvvəl 323-ci ildə İskəndər vəfat etdikdən sonra Atropat Atropatenyanın müstəqil hakimi oldu və özünü hökmdar elan etdi. Atropaten müstəqil dövlətə çevrildi. Atropat istedadlı və görkəmli dövlət xadimi idi.
Ərkivan Atropateana dövründə
Əvvəllər Atropatenanın ərazisi əsasən Azərbaycanın cənub vilayətlərindən ibarət idi. Şimalda onun ərazisi Araz çayına qədər uzanırdı. Hökmdarların iqamətgahı Urmiya gölünün cənub-şərq sahilində yerləşən Qazaka (Qanza) şəhəri idi. Əhalinin məşğul olduğu təsərrüfat sahələri içərisində yun parça emalı mühüm yer tuturdu.
Ərkivan Atropatenanın ən zəngin ərazilərindən biri hesab olunurdu. Atropaten dövlətinin meydana çıxması Azərbaycan ərazisində xalqın təşəkkülü üçün əlverişli şərait yaratmışdır. Mannadan fərqli olaraq Atropaten daha çox Azərbaycanın şimal torpaqlarına meyl edirdi. Onun uzun müddət müstəqil inkişafı Arazın şimal hissəsində yerləşib, həm etnik, həm də mədəni cəhətcə Atropatenə yaxın olan Qafqaz Albaniyasının inkişaf tarixi ilə sıx bağlı olmuşdur. Eramızın III əsrində Sasanilər Atropateni işğal etmişlər. VII əsrdə ərəblər Azərbaycanı işğal etmiş və əsasən cənub vilayətlərində İslam dinini yaymağa başlamışlar. XIV-XV əsrlərdən etibarən Azərbaycanda müstəqillik meyli artmağa başlayır. Ərdəbil şəhərini Səfəvilər sülaləsi idarə etməyə başlayır. Səfəvilər sülaləsi 1254-1334-cü illərdə yaşamış Şeyx Səfiəddindən başlayır. Səfəvilər dünyəvi və ruhani hökuməti öz əllərində birləşdirmişdilər. Onların çox böyük vəqf torpaqları və başqa sərvətləri var idi. Muğan da səfəvilərə məxsus idi.
Mənbələrin verdiyi məlumata əsasən tarix elmləri doktoru Seyidağa Onullahi Şeyx Səfiəddinin 1274-1281-ci illərdə Ərkivan kəndində yaşadığını qeyd edir. Bununla əlaqədar olaraq həmin illərdə Ərkivan kəndində Şeyx Səfinin inşa etdiyi Şah Səfi bulağı göstərilir. Hazırda Ərkivandakı "Şəhidlər bulağı"nın yaxınlığında yerləşən "Şah Səfi bulağı" (Miyondi məhəlləsində) eyni zamanda bu bölgədə ziyarətgah kimi tanınır. Tarixi mənbələrin verdiyi məlumata əsasən 1501-ci ildə Təbrizdən qayıdarkən Şah İsmayıl Xətai yol üstü Ərkivanda dayanıb dincəlmiş və Şeyx Səfi bulağından su içmişdir.
Çar Rusiyası öz müstəmləkəçilik siyasətində Talış vilayətinə xüsusi diqqət yetirir və onun ərazisini işğal etməyə çalışırdı. Ağa Məhəmməd Şah Qacar İranda hakimiyyət başına gəldiyi zaman Talış hakimi Mir Mustafa xan ona tabe olmamışdır. Eləcə də Ərkivan qalasında hakimiyyətdə olan oğlu Mir Həsən xan da İrana tabeçilik etməmişdir.
1812-ci ildə Rusiya imperatoru I Aleksandr Ərkivan qalasını işğal etmiş, buna görə general N.S.Xotlyarevskiyə 2000 çervon məbləğində pul mükafatı vermişdir.
XIX əsrin sonlarında Ərkivanda bir neçə məscid tikilmişdir.
XX-XXI əsrlərdə Ərkivan özünün tarixi inkişafında mühüm inkişaf mərhələsinə çatmış və qəsəbəyə çevrilmişdir.
(Yazı "Ərkinan salnaməsi” kitabında tarix elmləri doktoru Əsədulla Cəfərovun çap olunmuş məqaləsi əsasında hazırlanmış, ixtisar edilmiş və redaktə olunmuşdur)