Arkivan.az » Tarix » Ərkivan Xanlığı

Ərkivan Xanlığı


Müxtə­lif rə­s­mi ya­zı­lı mən­bə­lə­rə və ya­ş­lı nəs­lin de­dik­lə­ri­nə əsa­sən Ta­lış xan­lığı XVIII əsrin əvvəllərində ya­ran­mış­dır.
Hə­min il­lər­də İran­da Sey­id Mir Ab­bas Ər­də­bi­li ad­lı bir şəxs Na­dir Şa­hın ra­zı­lığı ilə İra­nın Ta­lış ma­ha­lın­da mər­kə­zi, in­di­ki İran As­ta­ra­sı ol­maq­la Ta­lış xan­lığı ya­ra­dır və bütün Ta­lış ma­ha­lı­nı ida­rə edir. Ta­lış ma­ha­lı o za­man­kı İra­nın Dər­bən­də qə­dər olan əra­zi­si­nin Bi­lə­su­va­ra qə­dər olan his­sə­si say­ı­lır­dı. Be­lə­lik­lə, o za­man İran­da mövc­ud olan 14 xan­lıq­dan əla­və 15-ci xan­lıq ya­ran­mış və onu Sey­id Mir Ab­bas xan ida­rə et­miş­dir.
–– İran­da Na­dir şa­hın və­fa­tın­dan so­nra ha­ki­miyy­ə­tə gə­lən Qac­ar nəs­li və fars əy­a­lə­tin­də­ki xan­lıq­lar tə­rə­fin­dən Sey­id Mir Ab­bas xanı sı­xış­dı­rı­lıb, tə­qib edi­lir. Odur ki, o, xan­lığ­ın mər­kə­zi Ta­lış ma­ha­lı­nın in­di­ki Azər­bayc­anın As­ta­ra­sı­na köçürülür. 1747-ci il­də Sey­id Mir Ab­bas xa­nın və­fa­tın­dan so­nra xan­lıq Cə­ma­ləd­din (O, qa­ra ol­duğu üçün ona Qa­ra xan dey­i­lir­di) xa­na ça­tır. Qa­ra­xan Ta­lış xan­lığ­ı­nın mər­kə­zi­ni təzy­iq­lər­dən bir qə­dər uzaq­laş­dı­ra­raq tə­q­ri­bən 1800-cü il­lər­də Lən­kə­ra­na köçürür.
Lən­kə­ran o za­man Xə­zər də­ni­zi­nin kə­na­rın­da ki­çik qə­sə­bəyə ox­şar ya­şay­ış mən­tə­qə­si ol­muş­dur.
Xan­lığ­ın mər­kə­zi Lən­kə­ra­na köçdükdən so­nra şə­hər böyüyüb in­ki­şaf et­məyə ba­ş­la­mış­dır. O, müda­fiə məq­sə­di ilə ilk də­fə Lən­kə­ran­da qa­la ti­kir. So­nra ki­çik qə­sə­bə ha­lın­da olan Lən­kə­ra­nı plan­lı ti­ki­li­lər­lə şə­hə­rə çe­vi­rir.
Qa­ra­xan Ta­lış xan­lığ­ı­nı İra­nın tə­zyiq və tə­qib­lə­rin­dən qo­ru­maq məq­sə­di­lə Ru­siya ilə ya­xın­dan əla­qə ya­ra­dır.
Ya­ş­lı sa­k­in­lə­rin de­diy­i­nə gö­rə adə­tən rus­la­ra sa­rı­lar dey­i­lir. Odur k, rus qo­şun­la­rı­nın hə­min ada­da yer­ləş­mə­si ilə bu­ra Sa­rı ada­sı ad­lan­dı­rı­lır. Ta­lış xan­lığı ilə ya­xın qo­hum­luq əla­qə­si olan ər­ki­van­lı Ək­bər xan Ta­lış­xa­no­vun de­dik­lə­ri­nə gö­rə, o za­man rus za­bi­ti Qa­ra xa­nın ai­lə­sin­dən olan bir qız ilə ev­lə­nir və qı­zı Pe­ter­bur­qa apa­rır. Qız Pe­ter­burq­da bir qə­dər ya­şa­dıq­dan so­nra və­fat edir. Qı­zın və­fa­tın­dan so­nra onun özü ilə apar­dığı bütün ce­hiz­lə­ri­ni, hət­ta ən ki­çik ev əşy­a­la­rı­nı (qı­zıl­dan olan çə­ng­əl-bı­çaq­la­rı­na qə­dər) ha­mı­sı­nı Lən­kə­ra­na qay­ta­rıb, xan­lığa təh­vil ver­miş­dir. 1808-ci il­də Qa­ra xan və­fat et­dik­dən so­nra xan­lığa rəh­bər­lik oğ­lu Mir Mu­s­ta­fa xa­na ça­tır.
Mir Mu­s­ta­fa xan 1810-cu il­də oğ­lu Mir Hə­sən xa­nı Ta­lış xan­lığ­ı­nın Ər­ki­van bö­lg­ə­si­nə xan təy­in edir və onu mis­siy­a­sı­nı ye­ri­nə ye­tir­mək üçün Ər­ki­van qa­la­sı­na gön­dər­miş­dir.
Mir Hə­sən xa­nı Ər­ki­van bö­lg­ə­si­nə gön­dər­məz­dən əv­vəl ata­sı Mir Mu­s­ta­fa xan ti­kil­mə vax­tı də­qiq bi­lin­məy­ən, la­kin bir sı­ra ta­ri­xi mən­bə­lər­dən gö­s­tə­ril­diyi ki­mi IV-VI əsrlər­də in­şa edi­lən qə­dim Ər­ki­van qa­la­sı­nın içə­ri­sin­də qır­mı­zı kər­pic­dən çox qa­lın di­var­lı bi­na­lar in­şa et­dir­miş­dir. 
Mir Hə­sən xan öz xan­lıq üsul-ida­rə­si­ni Ər­ki­van qa­la­sın­da yer­ləş­di­rə­rək Lən­kə­ran xan­lığ­ı­nın Bi­lə­su­va­ra qə­dər olan tor­paq­la­rı­na Ər­ki­van qa­la­sın­dan rəh­bər­lik et­miş­dir.
Mir Hə­sən xan Ər­ki­van qa­la­sın­da çox böyük iş­lər görmüşdür. O, qa­laya böyük də­mir qa­pı (dar­va­za) qoy­dur­muş, qa­la ya­nın­da tic­a­rət üçün ba­zar tik­dir­miş­dir. "Qa­la ba­za­rı" ad­la­nan tic­a­rət mər­kə­zi bu­tun Azər­bayc­an­da, hət­ta qon­şu məm­lə­kət­lər­də be­lə ta­nınb, məş­hur­laş­mış­dır.
Be­lə­lik­lə, Mir Hə­sən xan 1828-ci ilə ki­mi xan­lıq ha­ki­miyy­ə­ti­ni ye­ri­nə ye­tir­miş­dir.
Fə­tə­li xa­nın rəh­bər­liyi al­tın­da İran­la Ru­siya ara­sın­da ge­dən uzunmüddət­li müha­ri­bə (1804-cü il­dən ba­ş­la­mış) nə­tic­ə­sin­də Rus qo­şun­la­rı irə­li­ləy­ə­rək İra­nın o za­man­kı sər­hə­di olan Dər­bənd­dən İra­nın in­di­ki sər­həd­di­nə qə­dər olan tor­paq­la­rı­nı işğ­al et­miş­dir. Və­ziyy­ə­ti be­lə gö­rən İran şa­hı Fə­tə­li xa­na məğ­lub ol­ma­sın­dan eh­tiy­at edə­rək 1828-ci il­də çar Ru­siy­a­sı ilə ta­rix­də mə­lum olan "Türkmən­çay" müqa­vi­lə­si­ni bağ­la­dı. Be­lə­lik­lə, uzun sürən müha­ri­bə day­a­nır. Rus or­du­su ha­ra qə­dər irə­li­lə­miş­di­sə ora­dan da İran ilə çar Ru­siy­a­sı ara­sın­da sər­həd­lər müəyy­ən­ləş­di­ri­lir. Nə­tic­ə­də Tə­b­riz­lə bir­lik­də Azər­bayc­a­nın cə­nub his­sə­si İran tə­rəf­də qal­mış­dır.
Ta­lış xa­nı Mir Mu­s­ta­fa xa­nın so­nuncu va­ri­si - oğ­lu Mir Hə­sən xan 1828-ci il "Türkmən­çay" müqa­vi­lə­si­nin bağ­la­ma­sı ilə əla­qə­dar Ər­ki­van qa­la­sı­nı tərk edə­rək İra­na qa­çır. Be­lə­lik­lə də Ta­lış və di­g­ər xan­lıq­lar ləğv olur.

Qala bazarı

So­nra­lar isə təx­mi­nən 1830-1835-ci il­lər­də Mir Hə­sən xa­nın oğ­lu Mir Ab­dul­la bəy (o, ağ­ıl­lı və uza­qg­ö­rən şəxs olub) Mir Hə­sən xa­nın Ər­ki­van qa­la­sın­da­kı iqa­mə­tg­a­hı­nı və həm də "Qa­la ba­za­rı"nı hə­min ad­la Ər­ki­van kən­di­nin şər­qin­də, Vi­ləş çay­ı­nın kə­na­rın­da olan Ma­sal­lı kən­di­nə köçürür. Hə­min vaxt­dan Mir Ab­dul­la bəy Ma­sal­lı­da ya­şay­ır.
Mir Ab­dul­la bəy Ta­lış xan­lığı za­ma­nı bö­lg­ə­də yer­lə­şən tic­a­rət mər­kə­zi ki­mi "Qa­la ba­za­rı"nı Ma­sal­lı­nın mər­kə­zin­də ye­ni­dən bər­pa edir. O, bu­ra­da hət­ta cı­dır və gü­ləş mey­dan­la­rı da təş­kil edir. 1920-1925-ci il­lər­də ye­ni Ma­sal­lı "Qa­la ba­za­rı" bir ne­çə mə­həl­lə­dən iba­rət ol­muş­dur. Bun­lar­dan bi­ri də "Əl­la­f­lar" mə­həl­lə­si ad­la­nır. Ba­za­rın hə­min mə­həl­lə­sin­də yal­nız ta­xıl, düyü və di­g­ər ər­zaq məh­sul­la­rı gə­ti­ri­lib sa­tı­lar­mış. Mə­həl­lə­nin əl­la­f­la­rın­dan (al­ver­çi­lər­dən) bi­ri də Ər­ki­va­nın Bağlakücə mə­həl­lə­sin­dən Yu­nis Abı oğ­lu idi. As­ta­ra­dan Bi­lə­su­va­ra və hət­ta Saly­a­na qə­dər olan cə­nub bö­lg­ə­sin­də ən böyük və həm də xalq üçün hər cə­hət­dən əl­ve­ri­ş­li­si "Qa­la ba­za­rı" ol­muş­dur.
Bu ba­za­ra As­ta­ra və Lən­kə­ran­dan əsa­sən düyü, Cə­li­la­bad­dan buğ­da, ar­pa, no­xud, mərci və di­g­ər ta­xıl məh­sul­la­rı, Le­rik­dən kar­tof və mey­və, Yar­dım­lı­dan mal-qa­ra, Saly­an­dan üzüm, Qu­ba­dan al­ma gə­ti­ri­lib sa­tı­lar­mış.
Ər­ki­van qa­la­sı stra­te­ji cə­hət­dən dövrünün ən möh­tə­şəm qu­ru­lu­şa ma­lik qa­la­la­rın­dan bi­ri ol­muş­dur. Onun yer­ləş­diyi mə­kan coğ­ra­fi möv­qey­i­nə gö­rə də mühüm əhə­miyy­ə­tə ma­lik ol­muş­dur. Qa­la əsa­sən iki his­sə­dən iba­rət ol­muş­dur. Böyük qa­la və ki­çik qa­la. Böyük qa­la­da xan və onun şəx­si xid­mət­çi­lə­ri ya­şa­mış­dır. Ki­çik qa­la, Na­rın qa­la ad­la­na­raq ora­da sə­nət­kar­lar və xa­nın ida­rə xid­mət­çi­lə­ri ya­şa­mı­ş­lar. Qa­la­nın ət­ra­fın­da­kı 6-7 metr enin­də olan də­rin xən­dəy­in içə­ri­si su ilə dol­du­rul­muş­dur. Xən­dək "Si­rac" ad­la­nır­mış. Qa­la­nın şi­ma­lın­dan Vi­ləş çayı axır, cə­nu­bun­dan Lən­kə­ra­na qə­dər müda­fiə məq­sə­di ilə bir ne­çə tə­pə sa­lın­mış­dır ki, qa­laya qar­şı ya­ra­nan təhlükə za­ma­nı hə­min tə­pə­lər­də mə­şəl yan­dı­rı­la­raq xə­bər­dar­lıq edi­lir.

Ər­ki­van­da Pol­kov­nik Mir Hə­sən xan və öv­lad­la­rı

Mir Hə­sən xa­nın 3 qı­zı və 4 oğ­lu olub. Oğ­lan­la­rın­dan Mir Ka­zım bəy Nə­min ma­ha­lı­na, Mir Ca­vad bəy isə Ər­ki­van kən­di­nə və onun ət­ra­fın­da­kı əra­ziyə sa­hib­lən­miş­di. Xan özünün ta­be­liy­in­də olan Dəşt­vənd (Ər­ki­van) ma­ha­lı­nın böyüklüyünü oğ­lu Xan­lar bəyə, Ma­sal­lı kən­di­ni isə böyük oğ­lu Mir Ab­dul­la bəyə tap­şır­mış­dı. Mir Ab­dul­la bəy Ma­sal­lı­nın mər­kə­zi olan Ər­ki­van qa­la­sın­da boya-ba­şa çat­mış­dır. Məm­məd Ka­zım "Mir Hə­sən xa­nın öv­lad­la­rı" ro­ma­nın­da ya­zır: "Ziny­ətül-Məc­aüz" əsə­rin­də müəl­lif "Müctəd­din" qa­la­sı­nın ti­kil­mə­si ta­ri­xi­ni çox-çox uzaq­la­ra apa­rır. Onun yaz­dığ­ı­na gö­rə "Ər­kə" həm­şə­hər­li­si Gü­də­zə­rin oğ­lu Əb­şə­rə tik­di­rib. Və­zir Meh­di xan "Ta­rix-Na­dir" ki­ta­bın­da ya­zır­dı: "On­lar də­niz sa­hi­li­nin ya­xın­lığ­ın­da qal­maq üçün üç qa­la qay­ır­dı­lar. Bi­rinci qa­la Xə­zər də­ni­zi­nin şi­mal-qərb gu­şə­sin­də, qur­ta­rac­ağı Muğ­an sə­h­ra­sı­nın aşağı tə­rə­fin­də­ki Ər­ki­van ad­lı ye­rin müqa­bi­lin­də".
Mir Ab­dul­la bəy­in ba­ba­sı Mir Mu­s­ta­fa xa­nın ha­ki­miyy­ə­ti dövründə ata­sı Mir Hə­sən xan ay­rıca Dəşt­vənd ma­ha­lı­na ba­xır­dı. On­la­rın ai­lə­si ay­lar­la vaxt­la­rı­nı Ər­ki­van qa­la­sın­da­kı ma­li­ka­nə­lə­rin­də ke­çi­rir­di. O, qa­la­da ağ mər­mər­dən qu­rul­muş ho­vuz­da çim­məyi se­vir­di, la­kin Mir Ab­dul­la bəy ye­niy­et­mə­lik ya­şı­na ça­tan­da onun ar­zu­la­rı hö­vuz çər­çi­və­si­nə sığ­ma­dı. Qa­la di­va­rın­dan xey­li aşağ­ı­da axan Vi­lə­şin dum­du­ru su­la­rın­da çim­məyə can atır­dı. Xüsu­sən, Qa­ra­ti­kan­lıq­da uşaq­lar­la "Tur­na-tut­du" oy­nay­an­dan so­nra doğ­ma çay­ın su­la­rın­da da­ha hə­vəs­lə çim­məyə can atır­dı. Mən­bə­nin yaz­dığ­ı­na gö­rə Qa­la zəbt edil­dik­dən so­nra im­pe­riy­a­nın soyğun­çu­la­rı tə­rə­fin­dən qa­la­nın bütün əm­la­kı, hət­ta xa­lis qoz və pa­lıd ağ­ac­ın­dan düzəl­dil­miş me­bel əşy­a­la­rı­nı, bun­lar az­mış ki­mi qa­la di­var­la­rı­nı və iç bi­na­la­rın kər­pic və ağ­ac ma­te­ri­al­la­rı da Qı­zı­lağ­ac-Xə­zər li­ma­nı­na da­şın­mış, ora­dan da gə­mi­lər­lə Hə­ş­tər­xa­na apa­rıl­mış­dır. O za­man Tə­b­riz­də­ki rus kon­sul­luğ­un­da olan­da ona söy­lə­dik­lə­ri­ni xa­tır­la­dı: " Tor­paq­lar özünüzküdür. Ti­kin, əkin, bec­ə­rin. Biz bu­raya anc­aq qay­da-qa­nun ya­rat­mağa gəl­mi­şik".
 Xan oğ­lu al­dığı sə­nə­di az qa­la onun üzünə çır­pa və göz­lə­ri­nin içi­nə ba­xıb dey­ir:"Siz ki, ata-ba­ba tor­paq­la­rı­mı­zı mə­nə və qar­da­ş­la­rım Mir­zə və Ca­vad bəy­lə Xan­lar bəyə qı­zıl pu­la sat­dı­nız. Be­lə ol­duğu hal­da bu həy­a­sız söz­lə­ri­niz­lə ki­mi al­da­dac­aq­sı­nız?"
Bir tə­hər qə­zə­bi­ni ci­lov­lay­ıb sax­la­dı. Ona gö­rə ki, o, bu ta­lan­çı­la­rın necə üzü qır­mı­zı ol­duğ­u­nu ba­ba­sı­nın və ata­sı­nın söh­bət­lə­rin­dən və öz gördüklə­rin­dən yax­şı bi­lir­di. Odur ki, Mir Ab­dul­la bəy " lə­nət Şey­ta­na" dey­ib Nə­mi­nə qay­ıt­mış­dır. Nə­min ha­ki­mi qar­da­şı Mir Ka­zım bəy onun xoş ov­qat­la qay­ıt­dığ­ı­nı görüb se­vin­di və de­di:"Qar­daş, dey­ə­sən Al­la­hın kö­məyi ilə işin düzə­lib".
Mir Ab­dul­la bəy Tə­b­riz­də olan rus kon­sul­luğ­un­dan al­dığı kağ­ı­zı ona gö­s­tər­di. Ora­da ya­zıl­mış­dı: "Bu gündən eti­ba­rən keçmiş Dəşt­vənd ma­ha­lı­nın Qum­ba­şın­dan Göy­tə­pə ray­o­nu­na qə­dər əra­zi­sin­də, o cümlə­dən Ma­sal­lı, Ər­ki­van, Sey­bə­tin, Ko­sakül, Dad­va, Mu­saküçə, Onc­a­kə­lə, Yed­di­oy­maq kənd­lə­rin­də Mir Ab­dul­la bəy Mir Hə­sən oğ­lu Ta­lış­xa­nov is­tə­diyi qə­dər tor­paq götürmək ix­tiy­a­rı­na ma­lik­dir. Mir Ab­dul­la bəy hə­min əra­zi­lər­də götürdüyü tor­paq­la­rın hüqu­qi sa­hi­bi­dir və kənd­lə­rin əha­li­si bu mə­sə­lə ilə əla­qə­dar bir nə­fər ki­mi ona ta­be­çi­lik gö­s­tər­mə­li­dir­lər.
Mir Ka­zım bəy kağ­ı­zı oxuy­ub qar­da­şı­nı quc­aq­la­dı və de­di:-Qar­daş, axır ki, ar­zu­na çat­dın. İn­di ge­dib ağ­ıl­lı adam­la­rı yığ ba­şı­na, yax­şı-yax­şı qur, ya­rat!
Mir Ab­dul­la bəy: Sağ ol ki, gö­s­tər­diy­in kö­mək öz bə­h­rə­si­ni ver­di, deyə ra­zı­lığ­ı­nı bil­dir­di.
Çox ke­ç­mə­di ət­raf yer­lər­dən xan oğ­lu­nun gə­li­şin­dən xə­bər tut­du­lar.Ma­ha­lın ay­rı-ay­rı kənd­lə­rin­dən bəy­lər və tay­fa ağ­saq­qal­la­rı də­s­tə-də­s­tə onun hüzu­ru­na gə­lir­di­lər.
Mir Ab­dul­la bəy on­la­ra öz fi­k­ri­ni be­lə çat­dır­dı: Ar­tıq ma­ha­lı­mı­zın tacı olan Ər­ki­van qa­la­sı yox­dur. Biz Ma­sal­lı­nı ma­ha­lın ye­ni mər­kə­ziə çe­vir­mə­liy­ik. Bu­ra Azər­bayc­a­nın şi­ma­lı­na, cə­nu­bu­na, Xə­zər də­ni­zi­nə və dağ kənd­lə­ri­nə uza­nan yol­la­rın qo­vu­şağ­ın­da­dır. Xə­zər­də­ki li­man­la­rı­mız va­si­tə­si­lə Av­ro­pa­nın uzaq şə­hər­lə­ri­nə get­mək mümkündür.
Mir Ab­dul­la bəy bi­lir­di ki, in­di Ər­ki­van qa­la­sı ki­mi möh­tə­şəm bir müda­fiə is­teh­ka­mı ya­ra­da bil­mə­sə də özünü düşmən bas­qın­la­rın­dan müda­fiə et­mək üçün eti­bar­lı sığ­ı­nac­ağı ol­ma­lı­dır. Bu niyy­ət­lə də bəy tə­pə üzə­rin­də qa­laca tik­dir­di. La­kin gördü ki, hə­min qa­lac­a­da ya­şa­mağ­ın mə­i­şət çə­tin­lik­lə­ri var. Çünki su, odun və baş­qa la­zım olan mə­i­şət şey­lə­ri aşağ­ı­dan yu­xa­rıya da­şı­nır­dı. Odur ki, Mir Ab­dul­la bəy ic­a­zə ver­di ki, ba­şı­nın adam­la­rı Ma­sal­lı­da öz­lə­ri­nə yurd-yu­va sal­sın­lar. O, be­lə ev­lər­dən bi­ri­ni də özünə tik­dir­di. Onun evi iki­mər­tə­bə­li, tam-tə­raq­lı dey­il­di, ye­ri­nə tor­paq tökülüb bir qə­dər qal­dı­rıl­sa da dö­şə­mə­sin­də tor­paq ol­muş, pal­çıq­la su­van­mış­dır. Bəy özünü ət­raf­da­kı adam­lar­dan fər­q­lən­dir­mək istə­mir­di.

 

  • Tarix: 14.03.2015, 02:58
Xəbəri paylaş
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Xəbərlər