Arkivan.az » Mətbuat » Ərkivanda Mətbuat

Ərkivanda Mətbuat


Ərkivanın mətbuat tarixi
Masallı rayonun dünənki və bu günkü mətbuat tarixi ərkivanlılarla bağlıdır
 Nemət Nemətov və "Yeni həyat” qəzeti  
Masallı rayon kimi təşkil olunandan sonra onun tarixində ilk dəfə olaraq qəzet çap olunmağa başlayıb. Bu qəzetin adı "Yeni həyat” olub. Qəzetin ilk redaktorluğu Ərkivan qəsəbəsinin Göllü məhəlləsində anadan olub boya-başa çatmış Nemət Nemətova etibar edilib. Bu qəzetin rayonda yaranması böyük hadisəyə və əksəriyyətin sevincinə səbəb olub. Bu sevinc o həddə çatıb ki, Ərkivanın Ramazanlı məhəlləsinin sakini molla Əli həmin gün dünyaya gələn körpəsinin adını Yeni Həyat qoyub.
 
Nemət Nemətov uzun müddət bu qəzetə rəhbərlik edib.
Bu qəzet sonralar "Çağırış” adı ilə çıxanda Ərkivan qəsəbəsinin Bədirli məhəlləsinin sakini İsaq Mirzəyev qəzetin şöbə müdiri olub. Hazırda tanınmış iş adamı və xeyriyyəçi Rəşad Mirzeyev onun oğludur.
Məlumat üçün bildirək ki, Nemət Nemətov 4 oğlundan ikisi sonralar onun yolunu davam etdirib. Belə ki, Cəmil Nemətov 60-cı illərdə Masallı rayonunda fəaliyyət göstərən yerli radio verilişləri redaksiyasının ilk redaktorlarından biri olub. Eləcə də "Çağırış” qəzetində maraqlı məqalələrlə çıxış edib.  
N. Neməovun digər oölu Mahir Nemətov da jurnalist fəaliyyəti ilə məşğul olmuş, ölkənin onlarla aparıcı qəzeti ilə əməkdaşlıq etmiş, hazırda da jurnalistika sahəsi ilə məşğuldur.
 
Digər ərkivanlı jurnalistlər
 
Ərkivanlı jurnalistlər sırasında Bahaddin Yunusovun adın çəkməmək insafsızlıq olardı. Bahaddin müəllim Moskvada təhsil alıb, uzun müddət "Azərbaycan müəllimi” qəzetinin redaktor müavini işləyib.
 
Daha bir ərkivanlı jurnalist, dünyadan vaxtsız köçmüş Əyyub Hüseynov (Göllü) sonradan "Azərbaycan müəllimi” qəzetində onun yolunu davam etdirmişdir.  
Hazırda Masallı Rayon İcra hakimiyyətinin orqanı kimi fəaliyyət göstərən "Yeni həyat” qəzetinə yenə də redaktor əvəzi kimi ərkivanlı Əyyar Tahirov rəhbərlik edir.  
Ərkivan qəsəbəsinin Göllü məhəlləsində anadan olmuş Əyyar Tahirov əvvəllər "Çağırış”qəzetində əməkdaşlıq etmiş, sonralar "Azərbaycan” qəzetinin bölgə müxbiri işləmiş, hazırda isə "Yeni həyat” qəzetinin redaktor əvəzidir.
 
Ərkivanlıların jurnalistika sahəsində zirvələr
Ərkivanlı jurnalistlər sırasında ən yüksək zirvə Teymur Yəhyayevə (Abbaslı məhəlləsi) məxsusdur. Moskva Beynəlxalq Əlaqələr Universitetinin Beynəlxalq Jurnalistika fakültəsini bitirənTeymur Yəhyayev uzun müddət ölkənin ən möhtəşəm teleqraf agentliyinin – SİTA-ın ən güclü redaksiyalarından biri sayılan Latın Amerikası redaksiyasında çalışıb.  
 
Vasif Səmədovun (Qızılaküçə məhəlləsi) da jurnalistika sahəsində özünə məxsus xidmətləri olub. Keçmiş SSRİ-nin ən tanınmış mətbu orqanlarından sayılan "İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri işləyən Vasif Səmədovhazırdan "Oqanyok” jurnalının şərq ölkələri üzrə müxbiri işləyir. Bir neçə kitabın müəllifidir.
 
Masallının və cənub bölgəsinin müstəqil mətbuatı 
Masallı rayonunda, eləcə də bütün cənub bölgəsində müstəqil mətbuatın yaradıcılarından biri Zahir Əmənov (Abbaslı) olmuşdur. 1991-ci ildə fəaliyyətə müstəqil "Masallı”qəzetinin redaktoru kimi başlayan Zahir Əmənov, bir il sonra "Masallı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən isə müstəqil regional qəzet olan "Cənub xəbərləri”-nin baş redaktoru və təsisçisi kimi çalışır. (Z. Əmənov haqqında daha ətraflı məlumat almaq istəyənlər cenubxeberleri.com saytında, "haqqımızda” bölümündəki yazı ilə tanış ola bilərlər http://www.cenubxeberleri.com/index.php?do=feedback. ).
 
Onu da xatırladaq ki, Zahir Əmənovun rəhbərliyi və Sücəddin Novruzovun sponsorluğu ilə 1995-ci ildə Ərkivan qəsəbəsinin tarixi və mədəniyyətini əks etdirən 12 səhifəlik "Ərkivan” qəzeti də çap olunmuşdur. Eləcə də yenə S. Novruzovun sponsorluğu ilə "Alo, Ərkivan” adlı orijinal bir telefon-məlumat kitabçasını buraxmışdır. Hazırda həmin kitabçanın təkrar nəşrinə hazırlıq görülür.
 
Z. Əmənov ölkə miqyaslı jurnalistlər içərisində onlarla müsabiqənin qalibi olmuş, müsabiqə qalibi kimi ABŞ, Litva, Polşa, Ukrayna, Türkiyə və sair şəhərlərə səfər etmişdir. Həsən Bəy Zərdabi mükafatı laureatıdır. Rəhbərlik etdiyi qəzet 2013-ci ildə region qəzetləri içərisində "İlin qəzeti” hesab edilib.
 
Sərraf  
  • Tarix: 14.03.2015, 04:03
Xəbəri paylaş
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Xəbərlər