Ərkivanda Təhsil
Ərkivanda çar Rusiyası
dövründə kənddə olan ruhanilər tərəfindən evlərdə və ya məscidlərdə
yalnız dini dərslər keçirilirmiş. 1880-1885-ci illərdə Ərkivanda rəsmi
mədrəsələr (molla məktəbi) yaranmışdır ki, bu mədrəsələrdən
birində Hacı Molla Məhəmmədəli Axund və Molla Ağarza Axund dərs verirmiş.
Deyilənlərə görə XIX əsrin sonlarında
kənddə yalnız bir nəfər Mirzə olmuşdur.
XX əsrin 1-ci onilliyində isə kəndin
Göllü məhəlləsindən Abasəli Baxış oğlu, Həsənəkücədə Qurbanəli
Əlməmməd oğlu kənddə ana dilində məktəb açmağa cəhd etmişlər.
1920-ci ildə Əkbərxan Talışınskinin
yaxından köməyi ilə Ərkivan kəndində ilk ibtidai məktəb açılır. O,
zaman kənddə ictimai bina olmadığından məktəb ilk dəfə Abbaslı məhəlləsində
Molla Səfər İbrahim oğlunun evində fəaliyyətə başlamış və türk əlifbası
ilə dərs keçirilmişdir.
Həmin məktəbdə ilk
müəllim Bədirli məhəlləsindən Musa
Hacı Zahid oğlu olmuşdur. 1921-ci ildə məktəb Abbaslı məhəlləsində
Eynəli Məmmədovun evinə köçürülmüşdür. (sonralar Burcunun yaşadığı
evdə) I-II sinif şagirdləri orada bir otaqda dərs keçmişlər.
Bədirli məhəlləsindən Nüsrət Mirzəyev, Pələngküştə məhəlləsindənVəkil Bayramov da Ərkivan kəndinin
ilk müəllimləri olmuşlar.
1921-ci ildə həmin məktəb Göllü məhəlləsinə-Kamilin
evinə köçürülmüş və 1927-ci ilə kimi burada fəaliyyət göstərərək sonar 7 illik və natamam orta məktəbə
çevrilmişdir.
1920-ci ildə Molla Səfər İbrahim
oğlunun evində təşkil olunan məktəbin 1-ci sinifində ilk dəfə 13 nəfər
oxumuşdur.
Abbaslı məhəlləsindən Abdullayev Qədir
Binyət oğlu.
Bədirli məhəlləsindən Bağırov Əli Bağır
oğlu.
Bədirli məhəlləsindən Bağırov Qədir
Bağır oğlu.
Abbaslı məhəlləsindən Qurbanov Məşqur
İsrafil oğlu.
Abbaslı məhəlləsindən İbrahimov Əzim
Molla Səfər oğlu.
Abbaslı məhəlləsindən Məmmədov Məmməd
Məcid oğlu.
İsioba məhəlləsindən Məmmədov Heybət
Musa oğlu.
Pələnküştə məhəlləsindən Məmmədov Yaqub
Əmiraslan oğlu.
Bədirli məhəlləsindən Zahidov Məmmədhüseyn
Zahid oğlu.
Bədirli məhəlləsindən Rüstəmov Məzahir
Məmməd oğlu.
Cəbili məhəlləsindən Cəbiyev Abdulla
Abdulkərim oğlu.
Bədirli məhəlləsindən Həsənov Əlövsət
İbrahim oğlu.
İsioba məhəlləsindən Şamiyev Fazil Dadaş
oğlu.
1923-1926-cı illərdə Ərkivan kəndində
gənclər oxumağa ciddi meyl göstərirdilər. Bunu nəzərə alaraq dövlət
tərəfindən Ərkivan kəndində 1927-ci ild böyük bir məktəbin binövrəsi qoyulmuş, məktəbin tikintisi 1928-ci
ildə başa çatdırılmışdır. Həmin məktəb xarici görünüşünə görə
"Ağ məktəb" adlandırılmışdır.
"Ağ Məktəb" əvvəl 7-illik,
sonra isə 1937-ci ildən orta məktəb kimi fəaliyyət göstərmişdir.
Bundan əvvəl 1931-1932-ci illərdə daha 3 məhəllədə -Bədirli, Həsənəkücə
və Bağlakücə məhəllələrində ibtidai məktəblər yaradıldı. Bunlar
1933-cü ilə kimi Ərkivan 7 illik məktəbinin nəzdində olmuş, sonra isə
müstəqil olaraq 7 illik məktəb kimi fəaliyyət göstərmişlər. Bu məktəblərdə
ilk dəfə Vəkil Əbdüləli oğlu Bayramov (Pələnküştə) və Nüsrət Mirzəyev
(Bədirli məhəlləsi) müəllim işləmişlər.
Ərkivan kəndində 1978-ci ildə
624 yerlik (Abbaslı) yeni bir məktəb
tikilməyə başlandı və 1980-cı ilin sentyabrında istifadəyə verilərək
C.Cabbarlı adına orta məktəb kimi fəaliyyət göstərir.
Bununla yanaşı Bədirli, Həsənəkücə
və Bağlakücə 7 illik məktəblər də sonrakı illərdə orta məktəbə çevrilmişdir.
Hazırda Ərkivan kəndində ilk orta
məktəb olan "Ağ məktəbdən" başqa (Bu məktəb indi əsas məktəb kimi
fəaliyyətdədir) daha 4 orta məktəb fəaliyyət göstərməkdədir. BunlarC.Cabbarlı adına Ərkivan, Vəkil Bayramov adına Bağlakücə, Şəhid Əlvan
Bağırov adına Həsənəkücə və Şəhid
Zahir Nəcəfov adına Bədirli orta məktəbləridir. Bundan əlavə,
2013-cü ildən Allahyarlı kəndi Ərkivan qəsəbəsinə qatıldığından
buradakı ibtidai məktəb də Ərkivan məktəblərindən sayılır.