Savad kursları və “Ağ məktəb”
1932-1938-ci illərdə 7 illik məktəblərin
nəzdində hər bir məhəllədə qadın və kişilər üçün savad kursları
da yaradılmışdır. Onlara dərs demək
üçün yaxşı oxuyan yuxarı sinif şagirdlərindən də istifadə edilirdi. Abdurrəhman Səmədov "Yaxşı yadımdadır, mən
o zaman V-VI siniflərdə oxuyarkən dərs əlaçısı kimi kəndin ilk müəllimi, Bağlakücə 7 illik məktəbinin direktoru
işləyən mərhum Vəkil Bayramovun dəvəti ilə Qızılaküçə məhəlləsi
üçün təşkil edilən savad kursuna cəlb edilən adamlara Molla Müzəffər
Axundun evində dərs demişəm”. Ərkivan "Ağ məktəb"i illər
keçdikcə inkişaf edərək rayonda və
hətta bölgədə tədris, təlim-tərbiyə sahəsində nümunəvi orta məktəb
kimi tanınır. Burada xüsusən nümunəvi kimya, fizika, kabinələri
(laboratoriyaları) təşkil edilmişdir. Bundan başqa "Ağ məktəb"də
bədən tərbiyəsi və idman kabineti daha yüksək səviyyədə təşkil edilərək şagirdlərə
hərbi vətənpərvərlik ruhu aşılamaq məqsədilə 1938-ci illərdə hərbi
kabinetə çevrildi və burada hərbi dərslər keçirildi. İlk hərbi dərsləri
deyən hərbi müəllimimiz Masallının İskəndərli kəndindən olan Məhəmmədhüseyn
Axundov idi. Bu da yadamdadır ki, rayonun digər
məktəblərindən yuxarı sinif şagirdləri xüsusi cədvəl üzrə təyin
edilmiş günlərdə "Ağ məktəb"dəki kimya, fizika və hərbi kabinələrdə
(laboratoriyalarda) praktik məşğələlərdə iştirak edirdilər. Hər
il "Ağ məktəb"i bitirən müdavimlərin əksəriyyəti ardıcıl
olaraq ali məktəblərə qəbul olunurdular. Bütün bu keyfiyyətlərinə
görə Ərkivan "Ağ məktəb"i nümunəvi orta məktəb kimi rayon,
bölgə və respublika miqyasında tanınmış və yüksək hörmətə malik olmuşdur.
"Ağ məktəb"in fəaliyyət xidməti və nailiyyətlərinin nəticəsidir
ki, Ərkivan kəndində ziyalı potensialı xeyli inkişaf etmişdir.
İndi "Ağ məktəb" xüsusi
təmayüllü lisey kimi fəaliyyət göstərir.
Ərkivan "Ağ məktəb"inin
Masallının təhsil tarixində mühüm rolu nəzərə alınaraq 1998-ci ildə Zahir Əmənovun və Sücəddin Novruzovun təşəbbüsü
ilə onun 70 illik yubileyi təntənəli surətdə qeyd edildi. Yubileydə
Azərbaycanın xalq şairəsi Mirvari Dilbazivə o vaxt rayonun icra
başçısı işləyən Teymur Yəhyayev iştirak
ediblər.
Hazırda Ərkivan kəndində fəaliyyət
göstərən 6 məktəbdə 2600 nəfər şagird təhsil alır ki, bunların təlim-tərbiyəsi
ilə 230-a yaxın yüksək ixtisaslı müəllim məşğul olur.
Ərkivanda "Ağ məktəb"ə
qədər və "Ağ məktəb"də direktor işləmiş müəllimlər
Musa
Zahidov — Bədirli, 1920-1921
Vəkil
Bayramov — Pələngküştə, 1921-1925
Mir
Ələkbər Ağayev — Masallı, 1926-1928
Mirzə
İsmayıl Əzimov — Şərəfə, 1928-1930
Hüseyn
Hüseynov — Qazax rayonundan,
1930-1931
Nüsrət
Mirzəyev — Bədirli, 1931-1932
Fətulla
Abdullayev — Dadva kəndi, 1932-1934
Əli
Bağırzadə — Bədirli, 1935-1937
Qulamhüseyn
Mahmudov— Dadva kəndi, 1937-19423
Mirnuh
Hüseynov — Lənkəran, 1942-1943
Mənsuma
Əlibəyova — Bakılı, 1943-1944
Əli
Bağırzadə — Bədirli,
1944-1950
İzzət
Cəbiyev — Bədirli, 1950-1952
Ənvər
Həsənov — Bədirli, 1952-1960
Fazil
Nağıyev — Bədirli, 1961-1965
Xurşud
Qasımov — Həsənəkücə, 1965-1969
Fəyyaz
Həsənov — Bədirli, 1969-1980
Şəmsəddin
Əmraslanov — Pələngküştə, 1980-1983
Hacıbaba
Əmrahov — Bədirli, 1983-1988
Zakir
Əliyev — Abaslı məhəlləsindən,
1989-1993
Burhan
Ağabalayev — Abaslı,1993-1993
Nurəddin Məlikov – Həsənəküçə
Fərhad Qənbərov - Göllü
Rasif Cabbarov - Ramazanlı
Zahirə Məmmədova – İsoba (Hal-hazırda direktordur)