Arkivan.az » Xəbərlər » Ərkivan ZİP kabellə elektrikləşəcək

Ərkivan ZİP kabellə elektrikləşəcək


Ərkivan ZİP kabellə elektrikləşəcəkÖncə qəsəbənin Göllü, İsoba və Abbaslı məhəllələrində xətlər yenilənir

Masallının ən böyük qəsəbəsi olan Ərkivanın elektrikləşməsində yeni mərhələ başlanıb. Belə ki, artıq qəsəbənin bir sıra məhəllələrində elektrik xətləri ZİP kabellə əvəzlənir.
Öncə qəsəbənin mərkəzindən keçən-Qəriblər kəndinə gedən yolun sağ və sol tərəfindəki məhəllələr-Göllü, Abbaslı, İsoba məhəllələrindəki xətlər dəyişdirilir. Hazırda həmin məhəllələrdə yeni formalı, daha yaxşı görünüşlü dirəklər basdırılır. Daha sonra bu dirəklərlə ZİP kabellər çəkiləcək, Smartkartla işləyən yeni sayğaclar(yəni ödədiyin qədər elektrik işlədə biləcəksən) quraşdırılacaq. Azərİşıq ASC-nin Masallı şöbəsinin rəisi Allaverdi müəllimin verdiyi məlumata görə xətlərin dəyişdirildiyi məhəllələrdə ən son model transformatorlar quraşdırılacaq. Artıq həmin transformatorlar rayona gətirilib və onların gücü əvvəlkilərdən ən azı 1,5 dəfə çoxdur. Həmçinin bu avadanlıqların digər texniki imkanları xeyli yüksəkdir. Bu, 3 məhəllədə görüləcək işlər bu ilin sentyabrına kimi yekunlaşacaq, digər məhəllələrdə isə xətlərin yenilənməsi ilin sonunadək başa çatacaq. Ərkivan qəsəbəsi Masallı şəhərindən sonra rayonda ZİP kabellə təmin edilən 2-ci ərazidir.
  • Tarix: 22.06.2016, 06:36
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər