Arkivan.az » Müxtəlif məlumatlar » Ərkivanda yeni qəbiristanlıq salınır

Ərkivanda yeni qəbiristanlıq salınır


                                                      Ərkivanda  yeni qəbiristanlıq salınır

Ərkivan qəsəbəsində 10-dan artıq, demək olar ki, hər məhəllənin öz qəbirsitanlığı var. Bundan əlavə qəsəbədə 9 məscid və 6 Mərasim Evi fəaliyyət göstərir. Qəsəbənin kiçik məhəllələrindən sayılan Pələnküştədə  isə (1700-ə yaxın əhali, 200-ə yaxın təsərrüfat) məhəllənin qərbində, Bağlaküçə ilə həmsərhəd olan köhnə
qəbiristanlıq tələbatı ödəmir. 
Hazırda məhəllənin  təxminən şərq tərəfində, Kolatanla həmsərhəd olan hissəsində yerləşən qəbristanlıqda demək olar ki, məzar qazma üçün yer qalmayıb.

Masallı Rayon İcra hakimiyyəti əhalinin bu ehtiyacını nəzərə alaraq hələ 3 il öncə bələdiyyə torpağından bu məhəllənin qəbiristanlığı üçün  eni 30, uzunu 350 metr olan torpaq sahəsi ayırmışdır.
Hazırda məhəllə sakinləri burada abadlıq işlərinə başlayıb. Yaxın günlərdə bu ərazi çəpərə salınacaq. Yaz aylarında ərazidə əkilmək üçün 200 ağac hazırlanıb. Həmçinin burada çardağ və Mərasim Evi tikmək nəzərdə tutulub.
Bütün işlər məhəllə sakinlərinin daxili imkanları hesabına olunacaq.

Sübhan Şiriyev
  • Tarix: 17.01.2021, 17:11
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Xəbərlər