Arkivan.az » Xəbərlər » Uşaq bağçası, meşə gəzintisi, yenə də “Ümidim sənsən”

Uşaq bağçası, meşə gəzintisi, yenə də “Ümidim sənsən”


Bu isti yay günlərində kim meşədə, yaşıllıqlar qoynunda istirahət etmək arzusunda olmaz? Lakin arzu başqa, onu reallaşdırmaq başqa. 

“Ümidemsensen.az” saytının məlumatına görə, bu il, iyunun 17-də Ərkivan qəsəbə uşaq bağçasının 20-dən artıq şagirdi tərbiyəçiləri, dayələri ilə birgə Masallının “Masallı hotel” istirahət mərkəzinə gəzintiyə aparılıb. Bəlkə də çoxlarına adi gələn bu tədbir təkcə uşaqlar üçün yox, elə tərbiyəçilər üçün də olduqca yaddaqalan, unudulmaz olub. 3 saat davam edən, şirniyyat süfrəsi arxasında bir-birindən maraqlı rəqslər, mahnılar, şeir deyişmələri, səhnəciklərlə müşayiət olunan bu tədbir yəqin ki, uzun müddət uşaqların yaddaşından silinməyəcək. “Ümidim sənsən”in təşkilatçılığı, valideynlərin dəstəyi ilə reallaşan tədbir ilklərdən olsa da, yəqin ki, sonuncu olmayacaq,  daha yüksək səviyyədə bölgəmizin digər istirahət məkanlarında da təkrarlanacaq.

Fidan Abbaslı
  • Tarix: 18.06.2021, 10:34
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər