Arkivan.az » Xəbərlər » “Ümidim sənsən” 200 nəfəri necə sevindirdi?

“Ümidim sənsən” 200 nəfəri necə sevindirdi?


27 may 2021-ci il tarxində Fidan Abbaslının rəhbərlik etdiyi “Ümidim sənsən” İctimai Birliyi Kitab Bayramı keçirib. Rusiyada yaşayan ərkivanlı iş adamı, həmçinin vilayətlərin birində millət vəkili olan Hikmət Məmmədovun dəstəyi ilə Ərkivan Qəsəbə 1, 2, 3, 4 saylı tam orta məktəblərində 100-dən artıq şagird və müəllimə kitablar hədiyyə edilib.

Bundan bir gün öncə Ərkivan 5 saylı məktəbində Rusif Kərimovun dəstəsi ilə kitab hədiyyələri edilib. Bədəlan Ərazi Dairəsinə daxil Çayqıraq məktəbində isə adının açıqlanmasını istəməyən şəxs həmyerlilərini 60-dan artıq kitab hədiyyəsi ilə sevindirib.

Kitab bayramına yardımçılar sırasında masallılı şagirdlərə 70 hədiyyə edən, əslən masallının Kubin kəndindən olan gənc və ixtiraçı gənclərimizdə sayılan Rahid Ağayev də var.

Sonuncu Kitab bayramı isə Çaxırlı və Kəlbhüseynli məktəblərində olacaq.

Ümidim sənsən” İB bütün kitabsevərlərə, kitab bayramlarına yardımçı olanlara təşəkkür edir və ümidlidir ki, belə bayramlar təşkil etməyə digər ərazilər də qoşulacaq.

“Ümidim sənsən” İctimai Birliyinin Mətbuat Xidməti


  • Tarix: 27.05.2021, 18:46
Xəbəri paylaş
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Xəbərlər