Arkivan.az » Xəbərlər » Ərkivanlılar oz Qazilərinə necə ehtiram göstərir?

Ərkivanlılar oz Qazilərinə necə ehtiram göstərir?


18 mindən yuxarı əhalisi olan Ərkivan qəsəbəsinin Qarabağ savaşında 20-dən yuxarı şəhidi, döyüşlərdə fədakarlıq göstərən, şanlı savaş yolu keçmiş gənci var. Qəsəbə rəhbərliyi, buradakı ictimai birlik qazilərimizə daim diqqət və ehtiram göstərir.

Bu günlərdə isə  “Ümidim sənsən” Sosial İnkişafa Yardım İB-nin rəhbər Fidan Abbaslının, İHB-nin Ərkivan Ərazisi üzrə nümayəndəsi Sabiq Cahangirovun və Ərkivan Bələdiyyəsinin sədri Əmrah Mazanovun birgə təkilatçılığı ilə Ərkivandakı Grant restoranda ərkivanlı olan 50-yə yaxın qazı ilə görüş təşkil edilmişdir.

Ziyafət stolu ətrafında, musiqi sədaları altında keçirilən tədbirdə təşkilatçılar, eləcə də rayondakı ictimai birliklərin təmsilçiləri Məmmədağa ŞiriyevHəmid Mənsimov, Əfalət Hüseynov və başqaları çıxış etmiş, qazilərin ürək sözlərini dinləmiş və onlara təşkilatçılar adından Fəxri Fərmanlar verilmişdir.

Təşkilatçılar və Qaizlər tədbirə dəstək olduqları üçün Grant restanının rəhbərli Rəşad Mirzəyevə xüsusi minnətdarlıq bildirmişlər.
Respublikada fəaliyyət göstərən “Güvən” xeyriyyə cəmiyyətinin sədri Nigar Bayramlı tədbirdə iştirak etmişdir.

Cenub.az. Faiq Hüseynzadə
  • Tarix: 05.07.2021, 16:40
Xəbəri paylaş
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Xəbərlər