Arkivan.az » Xəbərlər » Masallı. Mirmehdi: “3 bacısına dayaq olacaqdı, amma ömürlük göz yaşı, dərd-sitəm oldu”

Masallı. Mirmehdi: “3 bacısına dayaq olacaqdı, amma ömürlük göz yaşı, dərd-sitəm oldu”


Babazadələr ocağı Ərkivan qəsəbəsində ən sadə, öz çörəyinin dalınca olan, necə deyərlər, heç kimin toyuğuna “kiş” deməyən halal ailələrdən birdir. Ana evdar qadın, ata maşın təmiri ustasıdır. Allah bu seyid evinə böyük cah-calal qismət etməsə də, normal ev, sağlam can, oğul payı, qız payı, nəvə payı qismət etmişdi.

Valideynləri orta təhsilli olsa da 3 qızına və yeganə oğluna ali təhsil də vermişdi. Övladlarının təhsil alması üçün heç nəyi əsirgəməmişdilər.

Həyatları öz axarları ilə gedirdi. Təzə-təzə işlərə, uğurlar bu ailənin daha xoşbəxt günlərindən xəbər verirdi..
3 qızdan sonra çox kişilər kimi Mirmehdi də oğlu olmasını çox istəyirdi.

Taleh onun bu arzusunu da göyərtdi. 1998-ci ildən sonra bu ocağa bir oğul pay gəldi.

Şair demişkən, oğul da oğul idi. Boylu-buxunlu, olduqca saf qəlbli, saf niyyətli. Orta məktəbi əla və yaxşı qiymətlərlə bitirdi. Neft Akademiyasında təhsilini uğurla başa vurdu. Sonra da İqtisad Universitetinin magistiturası.
Hələ təhsil illərində ASANxidmətində, Binəqədi icra hakimiyyətində təcrübələr keçdi.

Cəmi 2 ay idi ki, KapitalBankın Yasamal şöbəsində işə düzəlmişdi. Hamı onu olduqca perspektivli bir gənc sayırdı. Aybaya vəzifəsi yüksəlirdi.

Ötən həftə atası Mirmehdiyə gələn qəfil zəng bütün ailəni dərdə-qəmə qərq etdi, anasının, atasının, 3 bacısının bütün arzularını alt-üst etdi.

Əliraza  avtomobillə vurularaq ölümcül yaralanıb. Mirmehti heç bilmədi özünü Bakıya necə çatdırdı. Bəlli oldu ki, bir ayağını itirmiş Qarabağ Qazi atasının maşınını qaçırdaraq yüksək sürətlə Əlirzanı maşınla vurub, qarşıdan gələn maşının üstünə atıb. 2 gün onun həyatını xilas etməyə çalışsalar da, onu həyata qaytarmaq mümkün olmadı.
İndi gözü yaşlı ali təhsilli 3 bacı,.. Nələr gözləyirdilər qardaşı toyu, çal-çağır, qarda.larının neçə illik maşın almaq arzusu. (Maşın ustası olan atası mehtiı deyir ki, ən böyük arzusu YAQUR adlı maşın almaq idi. Hətta özü bu maşın üçün yeni model da hazırlayıb müsabiqəyə yollamışdı).

Beləcə 3 bacının qardaş toyu arzusu ürəklərində qaldı. Əlirzanın istəklisi də var imiş. Onun qəbrinə ziyarətə gəlib basdırıldığı torpağı qucaqlayıb hönkürdü anları görən anlar da daş olsa idi əriyərdi.

Bacılarını, bacı uşaqlarını isə ovundurmaq çox çətin idi. Hətta kiçik bacısı onun Əlirza adının baş həriflərindən ibarət bir şeirdə yazıb.


Atası- Gəzintini çox xoşlayırdı. Qəribə də olsa, deyirdi ki, təmtəraqlı həyat yaşayacam. Öz gücümlə varlanacam. Bacılarımı, bacı uşaqlarını, hamınızı bəxtəvər edəcəyəm
Amma Babazadə Bəhlirz MirMehdi oğlunun bu arzuların ürəyində qaldı. Nəinki 3 bacısını bəxtəvər edə bilmədi. Əksinə onların gözündə heç qurumayan yaşa, nisgilə, ürəklərdi illərcə göynəyəcək bir sitəmə çevrildi.

Allah rəhmət eləsin.

Cenub.az. Ərkivan. Fidan Abbaslı
  • Tarix: 04.08.2021, 17:12
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər