Bağlaküçə məktəbində necə dönüş yarandı?
Ötən il 8, bu il 25 məzun tələbə adını qazandı
Ərkivan qəsəbəsinin Bağlaküçə məhəlləsi əhalisinə görə rayonun bir çox kəndlərindən daha böyükdür. Bu məhəllənin 4 minə yaxın əhalisi var. Burada 1964-cü ildə ilk məktəb tikilib. Təxminin 12 otaqdan ibarət bu bina 8 illik məktəb kimi fəaliyyət göstərib. Bundan əvvəl isə Bağlaküçədə ibtidai məktəb fəaliyyət göstərirdi. 1978-ci ildən Bağlaküçə 8 illik məktəbi orta məktəb kimi fəaliyyət göstərməyə başladı.
Bu məktəbin onlarla məzunu nəinki qəsəbəyə, bütün ölkəyə və respublikaya şöhrət gətirib. Mikayılov qardaşları, məşhur idmançılar və sair.
Bağlaküçə orta məktəbinin uğurları ilə yanaşı bu məktəbin gərgin günləri də olub. Belə ki, yersiz çəkişmələr, dedi-qodular məktəbdə təhsilin səviyyəsinə ciddi ziyan vurub.
2016-17-ci dərs ilində Rahib Babayev bu məktəbə direktor təyin edildi. Öncə Rahib müəllimin özünü dinləyək:
- Son illər 3 saylı Ərkivan tam orta məktəbi (Bağlaküçə) təhsil səviyyəsinə görə açıq-aşkar geriləyirdi. Hər il bu məktəbi 30-35 nəfər bitirsə də, onlardan cəmi 2-3 nəfəri ali məktəbə daxil olur, bəzən illərlə bu məktəbin bir məzunu belə tələbə adını qazana bilmirdi.
- Təkcə son illəri müqayisə edək. 2016-cı ilin yekununa görə ali və arta ixtisas məktəblərinə Bağlaküçədən 8 nəfər qəbul olunmuşdu. Bu il isə təkcə ali məktəblərə 11, kolleclərə 14 nəfər şagirdimiz qəbul olunub. Ali məktəbə girənlərin 3 nəfəri 500 baldan yuxarı bal toplayıb.
Biz işimizdə dönüş yaratmağa nədən başladıq? Hər işimiz aşkardır- nə gizli işçimiz var, nə qaranlıq əməlimiz. Son illərlə müqayisədə 6-cı saat da daxil olmaqlar bütün dərslər yüksək səviyyədə keçirilir. 49 müəllimimizdən 28 nəfəri ali təhsillidir. Bütün fənlər üzrə peşəkar müəllimlərimiz var. Aybəniz Mikayılova, İmaməli Quliyev, Mərdan Həmidov, Aynur Şiriyev, Günay Nuriyeva və başqalarının əməyindən daha çox razıyam.
Uzun illərdən sonra məktəbimizdə tədbirlər keçirilməyə başlayıb. Məktəbdə bilik yarışları, idman birincilikləri təşkil olunub. Bir neçə rayon miqyaslı tədbirlərdə mükafata layiq yerlər tutmuşuq.
Yaxın vaxtlarda məktəbin Feyzbuk səhifəsini yaradacağıq ki, hər bir valideyni, hətta doğma yurddan uzaqda olan bağlaküçəlilər də görsün ki, burada hansı işlər görülür.
Hər məktəbin özünə məxsus problemləri var. Bizim məktəbin əsas problemi isə yersiz yoxlamalardır. Ötən dərs ilində məktəbə 10-a yaxın yoxlama gəlib, bir neçə dəfə məhkəmələrə çəkilmişik. Bizim heç bir nöqsanlı işimiz yoxdur. Sadəcə bəzi şəxslərin yersiz və mənasız iddialarına görə səmərəli vaxtımız gedir. Belə davam edərsə biz bütün bunları xırdalıqları ilə mətbuat vasitəsi ilə yerli sakinlərə çatdıracağıq. Kimdən qanun tələb edirik, bəziləri vasitəsi ilə bizə “qanun dərsi” keçir.
Məktəbin ürəkağrldan problemləri var. Məktəbin bütün sinifləri yararsız vəziyyətdədir- qapılar, pencərələri, tavanı, döşəməsi bərbad vəziyyətdədir. Normal bir fənn kabinəsi təşkil etmək münkünsüzdür.
Biz bu problemləri həll etmək əvəzinə mənasız yazışmalara cavab verməklə məşğuluq.
Biz sevinirik ki, “Arkivan.az” saytı yenidən fəaliyyətə başladı. Həm uğurlarımız, hə nöqsanlarımız barədə bu saytda müzakirə açsaq, hamıya faydalı olar və kimin kim olduğu daha aydın görünər.
Aynur