Arkivan.az » Xəbərlər » “Bəziləri üçün “pis adam” olmaq istəməyənlər əslində məktəbi pis günə qoymuşdu”

“Bəziləri üçün “pis adam” olmaq istəməyənlər əslində məktəbi pis günə qoymuşdu”


Bir məktəbdə valideyn nəzarətinin bəhrələri

Masallı rayonunun Ərkivan qəsəbəsində Bədirli adlı bir məhəllə var. Və bu məhəllədə müasir tipli tam orta məktəb fəaliyyət göstərir. Rəsmi ünvanı Zahid Nəcəfov adına Ərkivan 2 saylı tam orta məktəb.

“Bəziləri üçün “pis adam” olmaq istəməyənlər əslində məktəbi pis günə qoymuşdu”


Bu Bədirli məhəlləsinin Cəbili adlı bir “peyki”də var. Bədirli Cəbili məhəllərinin elmli övladları isə kifayət qədərdir. Bir akademik, 10-dan artıq elmlər doktoru və fəlsəfə doktoru, yüzə yaxın ali təhsilli mütəxəssis yetişdirən Bədirli-Cəbilini bəziləri zarafatla “alimlər məhəlləsi”də adlandırır.

Yuxarıda qeyd etdiyimiz kimi bu alimlər məhəlləsinin özünə layiq müasir tipli bir məktəbi də var. Bəs problem nədədir?

“Bəziləri üçün “pis adam” olmaq istəməyənlər əslində məktəbi pis günə qoymuşdu”


Həmin problemləri məktəbdə yaradılmış məktəb-valideyn assosiasiyasının rəhbəri Elşən Hacıyevdən eşidək:

- Bildiyiniz kimi Bədirli məktəbinin nümunəvi məktəb olması üçün heç bir maneə yoxdur- gözəl, müasir bina, gözəl ənənələr, qabaqcıl müəllimlər və sair. Bəs narahatçılıq nədə idi? Son vaxtlar burada dərslər heç vaxt vaxtında başlamırdı, əksər müəllimlər dərsə 15-20 dəqiqə gecikir, sonuncu dərslər keçirilmir, qısası, intizamsızlıq baş alıb gedirdi, çoxları bir-birinin nöqsanlarını qabartmaqla özləri növbəti nöqsanlar edirdilər. Məktəbdəki 1-2 “çətin müəllimlər” direktoru dolanbaca salır, öz qanunsuz tələblərini reallaşdırırdılar. Məktəbin kadr potensialı açıq-aşkar zəifləmişdi.

Müəllim adını şərəflə, peşəkarcasına doğrultmayan bəzi şəxslər burada özlərinə yuva qurmuşdular. Necə deyərlər, sosial ədalət prinsipi pozulmuşdu. Aşağı bal yığanlara az dərs verilsə də, dərnək, köməkçi işlər hesabına onların əmək haqqı yüksək bal yığan müəllimin əmək haqqına bərabər olmuşdu.

Bəziləri üçün “pis adam” olmaq istəməyənlər əslində məktəbi pis günə qoymuşdu. Məktəb açıq-aşkar məhvə doğru gedirdi. Təsəvvür edin, məktəbdəki 24 sinif otağının heç birinin qapısı salamat deyildi. Hətta idman zalı bərbad vəziyyətə düşmək üzrə idi.
Biz valideynləri toplayıb həm rayon təhsil şöbəsinin, həm məktəb rəhbərliyinin iştirakı ilə geniş və açıq, eləcə də səmimi iclas keçirtdik. Necə deyərlər, mövcud reallıqları, “qeyri-rəsmi oyun” qaydalarını da nəzərə almaqla, bütün nöqsanları, işə əngəl olan cəhətləri tam çılpaqlığı ilə ortaya qoymaqla konkret təkliflər və tələblər irəli sürdük.

Hələlik, çox xırdalığa getmək istəməsək də, artıq nəticələr göz qabağındadır. Dərslər düz 9 tamamda başlayır və sonuncu saata qədər davam edir. Hətta bir neçə fənn üzrə dərsdənkənar məşğələlər də təşkil etmişik.

“Bəziləri üçün “pis adam” olmaq istəməyənlər əslində məktəbi pis günə qoymuşdu”


Valideynlərin səyi və yardımı ilə məktəbə 16 yerlik video kamera quraşdırılıb. Hazırda 7 kamera işləyir, digər 9 kameralar də avadanlıq alındıqdan sonra işlək hala gətiriləcək.

Həm müəllimlər, həm məhəllə sakinləri gördüyümüz işləri minnətdarlıqla qarşılayır.
Onu da xatırladım ki, vətəndaş təşəbbüsləri məhəlləmizdə bir neçə il öncə başlayıb. Burada yaradılan “Məhəllə komitəsi” məhəlləarası yolların təmiri, işıqlandırması, stadionun abadlaşması, məhəllə qəbiristanlığının sahmana salınması sahəsində xeyli iş görüb. Biz bu sahədə Afər Cahangirov, Şəmsəddin Mikayılov, Maqsud Xəlilov, Alim Xıdırov, Həmid Mənsimov və başqaların əməyini yükəsək qiymətləndiririk.
Məktəblə bağlı bundan sonra da görəcəyimiz işlər çoxdur.
Nəzərdə tutmuşuq ki, şagirlərin qonşu rayonlara ekskursiyasını, qabaqcıl şagird və müəllimlərin mükafatlandırılmasını, qəsəbə məktəbləri ilə bilik yarışmalarını, eləcə də maraqlı adamlarla görüşlərin təşkilini təmin edək.

Hazırladı: Fidan Abbaslı

  • Tarix: 01.12.2017, 04:50
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər