Arkivan.az » Xəbərlər » Ərkivanda hesabat

Ərkivanda hesabat


Deyilən və deyilməli olan sözlər

Ərkivanda hesabat


Bu gün, yanvar ayının 30-da İHB-nin Ərkivan Ərazi Nümayəndəsi “Ərkivan” Şadlıq zalında qəsəbə sakinlərinə hesabat verib. Qəsəbə Ərazi Nümayəndəsi İsrail Tağıyev və müavini məruzə ilə çıxış etdi.

Daha sonra Rəvan Mənsimov Məmməd Əmin Rəsulzadənin 31 yanvarda tamam olacaq ad günü ilə bağlı tədbir iştirakçılarını onun xatirəsini bir anlıq sükutla yad etməyə çağırıb və iştirakçılar da bu çağırışa əməl edib.

Hesabatda qəsəbədə son bir ildə görülən işlər, nəzərdə tutulan tədbirlər, qəsəbədən yuxarı təşkilatlara edilən müraciətlər barədə məlumat verilib.
Təəssüf ki, hesabat tədbiri şablonlardan kənar olmadı.

Ərkivanda hesabat


Ərkivan qəsəbəsi bir sıra fərqli cəhətləri ilə seçilir. Bu qəsəbə yeganə ərazidir ki, öz saytı var (arkivan.az). Bu qəsəbə yeganə ərazidir ki, orada "Ümidim sənsən" adlı xeyriyyə icması fəaliyyət göstərir və qurum qısa müddətdə yüzlərlə adama yardımçı olub, hətta 4 şikəst uşağı olan imkansız qadına ev tikdirib. Təəssüf ki, bu məqamlar hesabat məruzəsində qeyd olunmadı.

Hesabat yığıncağında qəsəbə sakinlərindən Elşən Hacıyev, Zahir Əmənov, Firdovsi Abbasov, Şərafət Əzimov çıxış edərək maraqlı təkliflər səsləndirdilər.

Tədbiri YAP Masallı Rayon təşkilatının sədri Seyfəddin Əliyev yekunlaşdırdı.
  • Tarix: 30.01.2018, 05:26
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər