» » Şamo İbayevin Kazan səfəri - VİDEO

Şamo İbayevin Kazan səfəri - VİDEO



Masallı rayonunun seçilən müğənnilərindən olan, Ərkivan sakini, Konservatoriya məzunu, bir neçə müsabiqə qalibi Şamo İbayev Novruz Bayramını Tatarıstanın Kazan şəhərində keçirib.

Bu şəhərdə Azərbaycan Diasporunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Novruz şənliyinə dünyanın 20-yə yaxın türk dövləti öz təmsilçisini göndərmişdi.

Azərbaycanı müğənni kimi Şamo İbayev təmsil edib.

Kazandakı azərbaycanlı aşpazlar isə Azərbaycan mətbəxinin özəlliklərini nümayiş etdiriblər. Kazandakı Novruz şənliyi olduqca təmtəraqlı keçib. Bu barədə Azərbaycan televiziyası da geniş veriliş hazırlayııb və nümayiş etdirib.

Tədbirdən sonra Şamo İbayev Kazanda bir neçə toy şənliyinə dəvət alıb. Səfər davam edir.
Şamo İbayevin Kazan səfəri ilə bağlı videoları sizə təqdim edirik.






«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Xəbərlər