Arkivan.az » Mədəniyyət » Ərkivanlılar xaricdə (1-ci hissə)fotolar və video)

Ərkivanlılar xaricdə (1-ci hissə)fotolar və video)





Onlar arasında məşhur Harvard Universitetinin 2 məzunu da var
Dünyanın ən aparıcı ölkələrində yaşayan onlarla ərkivanlı təhsil və biznes aləmində qürur doğuracaq   uğurlara imza atıblar. ABŞ-ın Vaşinqton şəhərində Mikayılovlar ailəsi az qala orada Ərkivan məhəlləsi yaradıblar. Belə ki, öncə 4 qardaş- Qormaz, Rasim, Hikmət, Rahib Mikayılovlar, daha sonra onların övladları layiqli uğurlar qazanıblar. (Hazırda ABŞ-da Mikayılovlar ailəsi 20 nəfərdən ardtqdır)
Əldə etdiyimiz ilkin məlumatları sizə təqdim etməklə yanaşı, bnları  bizə çatdırmaqda yardımçı olan ABŞ-dan Hikmət Mikayılova, Ərkivandan Sabiq Cahangirova və  Elşən Hacızadəya minnətdarlığımızı  bildiririk.
1. Mikayilov Qorxmaz Eyvaz oglu.  1957-ci ildə Ərkivan ( Baglakuçə m.) qəsəbəsində anadan olub.  Baki Dovlet Universitetini Fərqlənmə diplomu ilə bitirib. Kiyev Dövlət Kibernetika inistutunda elmi dərəcə alıb. Daha sonra ABŞ-da   Kompüter elmləri  üzrə doktorluq dərəcəsinə yüksəlib.
Hazırda ABŞ-da (Vaşinqtonda) dövlət qulluğunda və elm sahəsində çalışır.
2. Onun oğlu-Mikayilov Anar Qorxmaz oglu. 1986 ci ildə anadan olub  Orta məktəbi ABŞ-da Fərqlənmə diplomu ilə başa vurub, daha sonra ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan  Horvard Universitetinin Tibbi fakultəsini bitirib. Hazırda ABŞ-ın Vaşinqton şəhərində klinika direktorudur.
3.  Q. Mikayılovun qardaşı -Mikayilov Rahib Eyvaz oglu. 1967- ci ildə Ərkivan  qəsəbəsində (Bağlaküçə m.) anadan olub.  Kiyev Dövlət Politexnik İnistutun bitirib. Elmi dərəcəsi var. Hazırda ABŞ-da, Vaşinqton şəhərində Dovlət Admistrasıyasında komputer sahəsində məsul vəzifədə çalışır.
4. Q. Mikayılovun qardaşı-Mikayilov Rasim Eyvaz oglu.  1969-ci ildə Ərkivan 
(Baglaküçə m.) qəsəbəsində anadan olub.  Azərbaycan Dövlət Texniki Universitetini bitirib.  Hazirda Amerikada mühəndiis işləyir.
5. Q. Mikayılovun qardaşı -Mikayilov Hikmət Eyvaz oglu.  1971-ci ildə Ərkivan qəsəbəsində (Bağlaküçə m.) anadan olub.  Azərbaycan Dövlət Texniki Universitetini bitirib. Hazirda ABŞ-da, Vaşinqton şəhərində biznes kompaniyada çalışır.
6. H. Mikayılovun qızı -Mikayilova Sabrina Hikmət gizi.  2003-ci ildə Ərkivan qəsəbəsində ( Bağlaküçə m.) anadan olub. Orta təhsilini 14yaşında ABŞ-da başa vurub. Hazirda Amerikada Maryland Universitetində oxuyur. Tibb və Komputer elmləri üzrə ixtisaslaşır. (Daha ətraflı bu linkdə)
 https://www.youtube.com/watch?v=CJStjN2xzZQ

 7. H. Mikayılovun oğlu - Mikayılov Ruslan Hikmət oglu. 2005-ci ildə Ərkivan qəsəbəsində anadan olub. Hazırda orta məktəbi vaxtindan tez bitirərək  hüquq sahəsində ali təhsil almağa hazırlaşır.
8. Şükürov Camaləddin Mehman oğlu
1984-cü ildə Masallı rayonunun, Ərkivan qəsəbəsində (Ramazanlı m.). ABŞ-a təhsil üçün getmiş,  Əvvəllər New-Yorkda, sonralar Missuri ştatlarındakı kollec və institutlarda təhsil almış, tədris və tədqiqat işlərilə məşğul olmuşdur.
Həmçinin bir çox əyalətlərdəki institut və təşkilatlarda  tədqiqatlar aparmış, İqtisadiyyatın idarə edilməsi bağlı layihələr həyata keçirmişdir. Həm də kiçik bizneslə məşğuldur.
Hazırda Missuridə yaşayır.

9. Həşimov Rüstəm Rəsul oğlu. Masallı rayonun 1991-ci ildə Ərkivan qəsəbəsinin Həsənəküçə məhəlləsində anadan olub. Lənkəran Türk Liseyini bitirib. ABŞ-da Facebook şirkətində mühəndis işləyir.
10. Dadaşov Anar Firdovsi oğlu. 1990-cı ildə Ərkivan qəsəbəsi Təzə məhəllədə anadan olub. Bakı Slavyan Universiteti.. ABŞ-ın Los Anceles şəhərində azad sahibkarlıqla məşğuldur.
11. Cahangli Anar Qabil oğlu. 1978-ci ildə Ərkivan qəsəbəsinin Bədirli məhəlləsinin sakini Qabil Cahangirovun ailəsində, Bakıda anadan olub. Öncə BDU-nun Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. Uzun müddət Azərbaycan xarici işlər nazirliyində çalışıb. Daha sonra Harvard
Universitetində təhsil alıb. Hazırda Kanadanın Toronto şəhərində bələdiyyə sistemində çalışır.



12. Qənbərov (Tənha) Gülağa Məmi oğlu. 1959-cu ildə Ərkivanın Miyondi məhəlləsində anadan olub. İspaniyada yaşayır. İqtisadıçı, sahibkar, xeyriyyəçi və şair kimi tanınıb. Bir neçə kitabın müəllifidir.
13. Məmmədov Hikmət Əlheydər oğlu – 1971-ci ildə Ərkivan qəsəbəsində (Zeynoba m.) anadan olub. Moskva Dövlət Universitetini bitirib. Yəhudi Muxtar Vilayətinin paytaxt şəhəri Birobicanda böyük bizneslə məşğuldur. Xeyriyyəçidir. Vilayətin Milli Məclisinin deputatıdır. Bu yaxınlarda V. Putinin imzası ilə medal alıb.
14. Əsgərov Seyran Güloğlan oğlu -  1978-ci ildə Ərkivan Qəsəbəsində (Miyondi m.) anadan olub. Ali təhsilli iqtisadçıdır.  Yəhudi Muxtar Vilayətinin paytaxt şəhəri Birobicanda şəhərində  Brider və Şan ticarət mərkəzlərinin baş direktordur. Bu yaxınlarda V. Putinin imzası ilə medal alıb.
15. Baxşıyev Naziməddin Sadatxan oglu.   1971-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində ( Qızılaküçə m.) anadan olub. Rusiyan Federasiyasında Tula Texniki Universitetini bitirib.  Hazirda Tolyatti Vaz- da ( Rossiys) Baş muhəndis işləyir.
16.  Baxşıyev  Samir Nazimeddin oglu.  2001-ci ildə anadan olub. Rəssamlıq sahəsi üzrə xüsusi istedadlardan sayılır. Hazırda Tolyatti  şəhərində Xususi Rəssamliq liseyində təhsil alir.

17. Talibov Miramin Mirxelil oglu. 1983-ci ildə Ərkivan qəsəbəsində (Bağlaküçə m.) anadan olub .  Baki Dovlət Universitetini bitirib.  Hazırda Sankt Peterburq şəhərində sahibkarlıqla məşğuldur.

18. Talibli Mirtohit Miramin oglu. 2008-ci ildə Ərkivan ( Baglaküçə m.) qəsəbəsində anadan olub  Hazirda Sankt Peterburq şəhərində Uşaqlar üçün Xüsusi Gimnaziyada təhsili alir 
19. Məmmədov Fərəməz Nurulla oğlu. 1956-ci ildə Masallı Rayonun Ərkivan qəsəbəsində (Ramazanlı m.) anadan olmuş. Hazırda Ukraynanın Kiyev şəhərində tikinti ilə məşğul olan biznes qurumlarından birinə rəhbərlik edir.

20. Atakişiyev Nizami Məmmədağa oğlu. 1968-ci ildə  Ərkivan qəsəbəsində (Bağlaküçə m.) anadan olub. Bakı Dövlət İnşaat Mühəndisləri Universitetini bitirib. Rusiyanın Kazan şəhərində sahibkarlıqla məşğuldur.

21. Baxşiyeva Nahidə Tapdıq qızı. 1987-ci ildə Ərkivan qəsəbəsində (Bağlaküçə m.) anadan olub. İvanov şəhər Dövlət Tibb Universitetini Fərqlənmə diplomu ilə bitirib. Hazırda həmin şəhərdəki  aparıcı klinikada həkim işləyir.

22. Baxşiyev Taleh Tapdıq oğlu. 1988-ci ildə Ərkivan qəsəbəsində (Bağlaküçə m.) anadan olub. Moskva fizika-texniki Universitetini bitirib. Moskvada Kompüter elmləri sahəsində baş elmi işçi işləyir.

23. Amaşov Alizamin Nurəddin oglu.  1966-ci ildə Ərkivan qəsəbəsində  anadan olub (Baglaküçə m.)  hazırda Rusiyanın Ivanov səhərində geniş sahibkarliq fəailiyyəti ilə məşğuldur.  3 çağırış Vilayət Dumasının Deputati seçilib. Oğlu Amaşov Yusif Alzamin oğlu Vladimir Dövlət Unuversitetinin hüquq fakültəsinin tələbəsidir.


24. Amaşov Yusif Alizamin oglu2001-ci ildə Ərkivan qəsəbəsinDƏ (Bağlaküçə m.) anadan olub.   Hazirda Rusiyanın Vladimmir Şəhər Dovlet Universetinde hüquq fakülltsinin tələbəsidir.

25.  Mikayılov  Rəfael Əyyər oğlu.  1967-ci ildə Ərkivan qəsəbəsində  (Bağlaküçə m.) anadan olub. Sverdlovski şəhərində ali təhsil alıb. Bu şəhərdə azad sahibkarlıqla məşğuldur.
Redaksiyadan: Xaricdə yaşayan, təhsil, biznes və digər sahələrdə uğura imza atan digər ərkivanlılalr haqqında məlumatı olanlar, təqdim etdiyimiz qaydada da bizə məlumat ünvanlaya bilərlər.

Növbəti yazıda Məşkur və Qasıməli Qasımov qardaşları, Əli Bağırzadənin oğlu akademik Bağır Bağırovun ABŞ-dakı övladları, Yəhyayev Səftər Hacıağa oğlu,  Yəhyayev Teymur Heydər oğlu, Yəhyayev Saleh Qurban oğlu və digər ərkivanlılar haqqında məlumat verməyi planlaşdırırıq.
Əlaqə: 050 322 75 23, (WhatsApp) 0 70 3227523, cenubzahir@mail/ru FB-Zahir Amanov 
Arkivan.az saytı üçün hazırladı: Zahir Əmənov
  • Tarix: 07.01.2021, 10:55
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Xəbərlər