Arkivan.az » Xəbərlər » Yurda şərəf gətirən oğullar

Yurda şərəf gətirən oğullar


Yurda şərəf gətirən oğullar

Oğlanlar oğul olanda qürur ünvanına çevrilir

Bu ailənin 4 övladı var. Necə deyərlər, bəd nəzərdən uzaq - 4-də oğlandır. Hətta sonuncular əkizdir. Bu Allahın verdiyi gözəl paydır. Qürur doğuran isə odur ki, bu oğlanların 4-də tələbədir və hər biri nüfuzlu ali məktəblərə yüksək balla daxil olub, çox ciddi yarışmalarda idmançı kimi medallar qazanıblar. Bəli, bu oğlanlar təkcə bir ailənin yox, bir yurdun qürur yerinə yüksəlib, dünyaya oğlan kimi doğulsa da, əsil OĞULA çevriliblər.

Sadaladığım gənclə Hacı Əlgüşadın övladlarıdır. Atası Masallının Ərkivan qəsəbəsinin Bədirli məhəlləsində, müəllim ailəsində böyüyüb-başa çatıb. Əvvəllər polis sistemində çalışıb, hazırda bizneslə məşğuldur.

Həmin gəncləri sizə ayrı-ayrılıqda təqdim edirik:

Yurda şərəf gətirən oğullar

Böyük qardaş Cavid Xıdırov 1996-cı ildə anadan olub. Hələ orta məktəbdə oxuduğu müddətdə - Çağ Öyrətim liseyləri arasında sərbəst güləş üzrə keçirilən respublika çempionatında 2009-cu ildə 3-cü yer, 2010-2011-ci illərdə isə 1-ci yer tutaraq yaşıdları arasın ən yüksək nəticə əldə etməyə nail olub.

2013-cu ildə 609 balla Bakıda Qafqaz Universitetinə daxil olur. 3-cu kursu uğurla bitirdikdən sonra bütün diqqətini təhsilə yönəldir, idmanla vidalaşır, xaricdı təhsil almaq qərarına gəlir.

609 bal toplaması, Bakıdakı ali təhsil ocağında qiymətlərinin yüksək, özünün də hərtərrəfli dünyagörüşə malik olması ona uğur gətirir. Belə ki, bu göstəricilərinə görə, Italiyadakı Torino Politexnik Universitetinə qəbul edildikdən sonra həmin dövlət, onun, Torino Politexnik Universitetinin Komputer muhendisliyi fakultəsnin tələbəsi Cavidin təhsil haqqını ödəyir və hər ay ona 500 avro təqaüd verməyi qərara alır.

Hazıda Cavid Xıdırov bu təhsil ocağında ali təhsilini uğurla davam etdirir.

2-ci oğul - onun fəaliyyətində ictimai fəallıq diqqəti daha çox cəlb edir. Ətraflı tanış olaq.

Yurda şərəf gətirən oğullar

Togrul Xıdırlı 07 iyul 1998-ci ildə anadan olub.

Togrul da qardaşı Cavid kimi sərbəst güləş üzrə Çag Öyrətim litseylərarasi Respublika çempionatinda dəfələrlə 1-ci yer tutmuşdur.

Hazırda isə Istanbul Universitetinin Iqtisad fakültəsinin 4-cü kurs tələbəsidir. Əlaçı olduğundan təhsil haqqını Türkiyə dövləti ödəyir.

Toğrul isə təkcə yüksək təhsil almaqla kifayətlənmir. O, İstanbul Universiteti Azərbaycan Kultur və Dayanısma Toplulugunun qurucularindan biri, eyni zamanda Toplulugun sədr muavinidir.

Onun yaxından təşkilatçılığı ilə Türkiyədə Azərbaycan Kultur və Dayanısma Topluluğunun üzvləri ilə 9 noyabr 2018- də Azərbaycan bayrağının banisi Əli bəy Hüseynzadənin məzarı ziyarət edilmişdir.


Xocalı soyqrımında anım mərasiminin təşkilatçısı olmuşdur. Bu mərasimdə yüzlərlə gənci tədbirə səfərbər etməyə nail olub.

M.Ə.Rəsulzadə haqqinda filmin təqdimatinda da Toğrulun təşkilatçılığı diqqət çəkib.

Toğrul Türkiyədə AMEA Fəlsəfə Institutunun aparıcı elmi isçisi, Turkoloq Faiq Ələkbərovla görüşmüş, dəyərli alim onun fəaliyyəti yüksək qiymətləndirilmişdir.

Yurda şərəf gətirən oğullar

İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkil etdiyi Azərbaycan stendinin açılışında da Toğrulun nəzərəçarpacaq zəhməti olmuşdur.

Bu günlərdə isə məlumat aldıq ki, bu il dekabrın 25-də İstanbul Universtetindəki Mədəniyyət Mərkəzində Azərbaycanın 100 illiyi münasibəti ilə, eləcə də Dünya Azərbaycanlılarının həmrəylik günü ilə BAĞLI onun təşkilatçılığı ilə “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı möhtəşəm bayram tədbiri keçiriləcək.

Əkizlər- Cəlal və Məmmədağa


Yurda şərəf gətirən oğullar

Onlar nəinki ana bətnində, orta məktəbdə də eyni sinifdə oxumuş, ali məktəbdə eyni fakültəyə daxil olmuş, hətta ölkə çempionatında mükafata layiq kürsüdə qaliblər kimi eyni zamanda dayanıblar.

Qısası, bu əkiz qardaşların həyat yolunda paralellər kifayət qədərdir.

2001-ci ilin 14 iyununda dünyaya göz açan bu gənclər həm qardaşlarından nümunə götürməklə, həm də atasının arzularını reallaşdırmaq üçün məktəb yaşlarından idmanın bir sıra növlərində öz qüvvələrini sınayıblar.

Usaq yaslarindan ataları onları idmana cəlb etmiş və onlarda idmana sonsuz həvəs yaratmisdir.

Hər 2 qardaş 9 yasimda akrobatika qrupuna yazılmış, 2 il bu idmanın bu növü ilə məşğul olmuş, daha sonra futbol, boks, üzgüçülük və sərbəst güləş sahəsində qüvvələrini sınamışlar.

14 yasımda isə hər 2 qardaş öz istəyi ilə cudo məşqlərinə yazılmış və tez bir zamanda bu idmanda ugurlar əldə emişlər. 2015 ci il mayin 24 – də keçirilmis Heydər Əliyev adına Beynəlxalq turnirdə büruünc medala layiq gorulmüş, 2016 ci il dekabr 9-da kecirilmis Respublika Çempionatinda qardaşlardan biri – Cəlal mükafata layiq 3-cü yerə layiq gorulərək ölkənin gənclərdən ibarət yigma komandasına dəvət olunmuşlar.

Artıq hər 2 qardaşın aktivində (hər birinin) 20-yə yaxın medallar var. Bu uğurları sadalasaq, böyük bir siyahı alınar.

Təkcə son illərin uğurlarını xatırladıb deyə bilərik ki,

2016 ci il Iyunun 4-də kecirilmis Həzi Aslanov adina beynəlxalq turnirde mükafata layiq yerlərə layiq görültmüş, Cəlal 2017-ci ildə Avropa kuboku uğrunda Sloveniyada keçirilən yarışlara vəsiqə qazansa da bu yarışlarda nəzərəçarpacaq uğur qazana bilməsə də, bu yaxınlarda hər iki qardaş cudoyla paralel olaraq MMA (qaydasiz doyus) ilə məsğul olmaga baslayıb və tez bir zamanda bu idmanda növündə də qələbələr əldə ediblər.


Yurda şərəf gətirən oğullar

Əkizlərddən biri – Cəlal Ilk dəfə 2017 - ci il 30 yanvarda MMA uzrə kecirilən Baki cempionatinda qizil medala layiq görülüb. Daha sonra Grappling üzrə 2017 ci il aprelin 8 də kecirilmis respublika birinciliyinin bürünc mukafatcisi olmuşdur.

Qazandigi nailiyyətlər onda bu sahəyə daha böyük yaratmış və 30 sentyabr 2018-ci ildə Hovsan Idman Kompleksində kecirilnn grappling üzre Baki Çempionatinin qizil mukafatcisi olmuşdur. Son olaraq 2018-ci il dekabrın 8-9 u arası, Sərhədçi İdman Kompleksində MMA üzrə keçirilən Azərbaycan çempionatında 2-ci yerə layiq görülmüşdür.

Digər əkiz qardaş babasının adını daşıyan Məmmədağa da təxminən eyni nəticələrə nail olmuş, Sərhədçi İdman Kompleksində MMA üzrə keçirilən Azərbaycan çempionatında 1-ci yerə layiq görülmüşdür.

Belə ki, eyni çempionatda, müxtəlif çəki dərəcələrində bir qardaş- Cəlal 2-ci, Məmmədağa isə 1 yeri tutmuşdir. Məmmədağa bu göstərici ilə MMA üzrə cənubdan ilk Azərbaycan çempionu olmuşdur.

Bəziləri zarafatla deyir ki, idmançıların əsasən əli və ayağı “ağıllı” olur, başlarına o qədər də fikir verməsən yaxşıdır. Lakin sizə təqdim etdiyimiz qardaşların əlinin də, başının da, ağıllı olmasına heç kimin şübhəsi olmasın.

Belə ki, bu ilki qəbul imtanlarında Məmmədağa 500-dən, Cəlal isə 400-dən artıq bal toplayaraq Azərbaycan Memarlıq ve Insaat universitetinin “Memarlıq” fakültəsinə daxil olmuşlar. Yəni, bu qardaşların əli də, ayağı da, başı da kifayət qədər ağılla işləyir.

Beləliklə, 4 tələbə, 4 idmançı, 4 ictimaiyyətçi qardaşlar haqqında söhbəti bitiririk.

Əvvəllər deyərdilər, elə atalar var ki, bir evin yox, bir elin atası olur. Bu fikrə parallel olaraq deyə bilərik ki, Cavid, Toğrul, Cəlal və Məmmədağa da bir evin yox, artıq bir elin uğru, bir elin fəxridir.

İnanırıq ki, yaxın vaxtlarda bu gənclərin daha yaxşı soraqlarını eşidəcəyik.



Arzu Əliyeva, BDU-nun Jurnalistika fakulətisinin 1-ci kurs tələbəsi




  • Tarix: 22.12.2018, 07:59
Xəbəri paylaş
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Xəbərlər