Arkivan.az » Xəbərlər » (video) "Biz dərnək, bir körpü yaratdıq

(video) "Biz dərnək, bir körpü yaratdıq


Türkiyəyə ilk dəfə ayaq basan tələblərlə nəhəng Türkiyə dövləti arasında”

(video) "Biz dərnək, bir körpü yaratdıq

Bu fikirlər İstanbul Universitetin iqtisadiyyat fakültəsinin son kurs tələbəsi, ərkivanlı Toğrul Xıdırova məxsusdur. Bu, o Toğruldur ki, biz onun və böyük uğurlara imza atmış digər 3 tələbə qardaşı haqqında cenubxeberleri.com saytının “Yurda şərəf gətirən oğullar” adlı yazıda ətraflı məlumat vermişdik (Həmin yazının linkini əlavə edirik- Yazıya buradan daxil ola bilərsiniz. ).

(video) "Biz dərnək, bir körpü yaratdıq

Toğrul mövzusuna təzədən ona görə qayıtdıq ki, o, təkcə əlaçı tələbə kimi yox, bir ictimai fəal kimi də Türkiyənin aparıcı universitetlərindən sayılan İstanbul universitetində ictimai fəallığı, təşkilatçılığı ilə çox seçilir. Onlar bu günlərdə Türkiyədəki Azərbaycandakı tələbələri bir araya gətirəcək bir dərnək təşkil ediblər. Bu günlərdə Bakıda olan Toğrul bəy bizimlə söhbətində bildirdi ki, bu dərnəyi yaratmaqda məqsədimiz körpü rolun oynamaqdır. Hər il Türkiyəyə təhsil almaq üçün yüzlərlə, minlər azərbaycanlı gənc gəlir. Onlar çox təcrübəsizdir. İlk vaxtlar çox tezliklə yad təsirlərin, cərəyanların təsirinə düşürlər. Biz həmin dərmək vasitəsi ilə bu gənclərə bələdçi olmaq, eləcə də Azərbaycan dəyərlərini Türkiyədə təbliğ etməkdir. Ən yaxın tədbirimiz Xocalı soyqrımının anım günü ilə bağlı olacaq. Həmin tədbirə çox dəyərli həmyerlimiz Mübariz Mənsimovun da qatılacağı gözlənilir. Həmçinin tədbirlərimizdə millət vəkili Qənirə Paşayeva, digər dəyərli insanlarımız da iştirak edir.

Toğrul Xıdırov Bakıda olarkən Azərbaycan Televiziyasının qonağı olub. Həmin görüş barəsində süjeti sizə təqdim edirik: Videoya buradan daxil ola bilərsiniz
Hazırladı : Elcan Bəhlulzadə
  • Tarix: 11.02.2019, 08:18
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər