Arkivan.az » Xəbərlər » “Umidimsensen.az” saytının uğurlu təqdimatı.

“Umidimsensen.az” saytının uğurlu təqdimatı.


6 iyul 2019-cu ildə “Masallı” otelinin konfrans zalında “Umidim sənsən.az” saytının təqdimat mərasimi olmuşdur.
Sayt Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır. Layihə “Cənub regionun xeyriyyəçi qadın, uşaq və əlil təşkilatları şəbəkəsinin onlayn platformasının yaradılması” adlanır.
Layihənin müəllifi Masallıdakı “Ümidim sənsən” Sosial inkişafa yardım ictimai birliyinin sədri Fidan Abbaslıdır.
“Umidimsensen.az” saytının uğurlu təqdimatı.
Bu birlik öncə “Ümidim sənsən” xeyriyyə icması kimi fəaliyyət göstərmişdir.
İstər xeyriyyə icması, istər ictimai birlik kimi “Ümidim sənsən” qısa müddətdə xeyli uğurlara imza atmışdır.
Sayta yerləşdirilən məlumatda bildirilir ki, təşkilat qısa müddətdə
20-yə yaxın məkanda Kitab bayramları;
Ərkivanlı tələbələrlə “Əriştə” kafesində görüş;
17 uşağın pulsuz sünnət edilməsi;
26 ərazidə imkansız ailələrə paltar və ərzaq paylanması;
İlboyu, hər dəfə 25-30, bəzən daha çox imkansız uşağı cəlb etməklə Yeni il, Novruz, Ramazan, Qurban bayramlarının təşkili;
Bəzi xeyriyyəçilərin imkansız uşaqlarla ad günlərinin təşkili ;
1 iyun Uşaqların Beynəlxalq Müdafiə Gününü əlil və imkansız uşaqlarla rayonun istirahət mərkəzlərində təntənəli təşkili və sair tədbirlərə imza atmışdır.


Saytın yaradılmasına bu ilin may ayından başlanmışdır. Saytın Masallıda fəaliyyət göstərən QHT-lərin ilk onlayın platformasıdır.
“Umidimsensen.az” saytının uğurlu təqdimatı.

Saytın rəhbəri Fidan Abbaslı təqtimat mərasimindəki çıxışında bildirmişdir ki, saytımızı bütün ictimai birliklərin, icmaların, digər könüllü təşkilatların və şəxslərin üzünə açıqdır. Çalışırıq işimiz tam şəffaf olsun və digərlərini də buna çağırırıq. O, diqqəti saytda bir-birini tamamlayan 3 bölməyə xüsusi nəzər yetirməyə çağırdı. Həmin bölmələr “Kömək istəyirəm”, “Kömək təklif edirəm” və “Kömək edildi” adlanır. Yəqin ki, bölümlərin adları hər şeyi deyir.
F. Abbaslı daha sonra qeyd etdi ki, bizim onlarla tərəfdaşımız və könüllümüz var. Siz müvafiq bölümlərdə onların adları ilə tanış ola bilərsiniz.
Tədbirdə Regional Hüquqi və Iqtisadi Maarifləndirmə Ictimai Birliyinin sədri Arzu Bağırova, D. Əliyeva adına Qadın Hüquqlar təşkilatının cənub bürosunun təmsilçisi İldırım Nəzərov, Masallıdakı “Viləş” özəl Uşaq bağçasının rəhbəri Şəfa Allaverdiyeva, “Talisman” qəzetinin redaktoru Alzaman Baxış, tanınmış həkim Zabit Talıbov, Bioloji Klinkanın baş həkimi Elfanə Süleymanova, Bədəlan tam orta məktəbinin direktor müavini Məhbubə Şahbazova, qocaman müəllim Xanım Baxış və başqaqları çıxış etdi.
“Umidimsensen.az” saytının uğurlu təqdimatı.
30 nəfərdən artıq QHT, mətbuat və digər ictimai təşəkilatların fəalların qatıldığı tədbirdə iştirakçıların çox saylı sualları cavablandırıldı. Tədbirdə olduqca maraqlı təkliflər səsləndi.
Tədbir barədə daha ətraflı məlumat və video görüntülər cenubxeberleri.com, umidensensen.az eləcə də digər saytlarda paylaşılacaq.
Tədbirdə bəyan edildi ki. Sayt bütün QHT-in, xüsusən, uşaqların, qadınların, əllilərin problemi ilə məşğul olan təşkilatların, icmaların, könüllülərin üzünə həmişə açıqdır.
"Ümidin sənsən" İB
  • Tarix: 07.07.2019, 09:20
Xəbəri paylaş
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Xəbərlər