Arkivan.az » İdman » “Ərkivan” (Masallı) səfərdən qələbə ilə qayıdıb

“Ərkivan” (Masallı) səfərdən qələbə ilə qayıdıb


“Ərkivan” (Masallı) səfərdən qələbə ilə qayıdıb
“Ərkivan” (Masallı) səfərdən qələbə ilə qayıdıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə üçüncü dəfə keçirilən Region Liqasının ikinci turuna yekun vurulub.
Həvəskar statuslu bu çempionata dörd zona üzrə 24 komanda qatılıb.
Masallı rayonunu təmsil edən “Ərkivan” komandası Cənub zonasında “Şıxlar” (Qobustan), “Neftçala”, “Ümid” (Cəlilabad), “Alyans” (Lənkəran) və “Astara” komandaları ilə mübarizə aparır.
“Ərkivan” səfər oyununu “Şıxlar” (Qobustan) komandası ilə keçirib. Noyabrın 3-də Salyan şəhərinin “Qaracala” stadionunda baş tutan görüş masallıların qələbəsi ilə başa çatıb.
İlk yarımhissə bərabərliklə başa çatsa da, futbolçularımız azarkeşlərini ikinci hissənin 87-ci dəqiqəsində sevindirməyə nail olublar. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Röyal Həsənov komandamızı hesabda irəli çıxarıb. “Ərkivan”ın kapitanının vurduğu yeganə qol oyunun taleyini həll edib.
“Ərkivan” (Masallı) növbəti oyununu noyabrın 10-da dogma meydanda keçirəcək.
Xatırladaq ki, qrup cədvəlində komandamız 4 xalla lider “Alyans”ı izləyir.
Akif AĞAYEV
“Ərkivan” (Masallı) səfərdən qələbə ilə qayıdıb
  • Tarix: 07.11.2019, 19:26
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər