Arkivan.az » Xəbərlər » Ərkivan haqqında 22 bölümdən ibarət mükəmməl film hazırlanır

Ərkivan haqqında 22 bölümdən ibarət mükəmməl film hazırlanır



Ərkivan haqqında 22 bölümdən ibarət mükəmməl film hazırlanır

Hər bölümü 3-5 dəqiqə olmaqla film 1 saat 30 dəqiqə olacaq

Ərkivanın tarixi əslində elə Masallının tarixi, cənb bölgəsinin, ölkə tarixinin dəyərli bir parçasıdır.

Ərkivanın tarixinə bir sıra kitablarda ara-sıra toxunulsa da, ilk sistemli araşdırmaya 1994-ci ilin sonlarından başlanıldı. Nəticədə, 1995-ci ildə Zahir Əmənovun redaktorluğu və Sücəddin Novruzovun sponsorluğu ilə A-3 Formatında 12 səhifəlik (Xatırladaq ki, həmin dövrdə ölkə miqyasında qəzetlərin çoxu çıxmırdı) ensklopedik bir “Ərkivan” buraxılış ərsəyə gətirildi.

Bu sanki bir implus oldu.

Bundan bir necə il sonra Vaqif Yusiflinin “Ərkivan və ərkivanlılar”, 10 il sonra isə daha əhatəli Abdurrəhman Səmədovun 600 səhifəlik “Ərkivan salnaməsi” işıq üzü gördü.

Bundan əlavə 6 il öncə əsasən ensklopedik məlumatlar yer alan “Arkivan.az” saytı fəaliyyətə başladı.

Ərkivan haqqında bir neçə sənədli film də çəkilib. Lakin bu filmlər sistemsiz, əksər hallarda alayarımçıq olub və qınağa səbəb olub.

Buna görə İHB-nin Ərkivan Ərazi Dairəsi nümayəndəsi Sabiq Cahangirovla söhbətləşib bu qərara gəldik 21 ayrı-ayrı bölümdən ibarət olmaqla Ərkivanla bağlı 1 saat 30 dəqiqəlik film çəkək.

İlk hədəflərimiz

Yəqin ki, çoxlarının xəyalına öncə maliyyə gələcək. Əlbəttə bu çox vacibdir. Lakin maliyyəyə qədər görüləsi bir sıra işlər var.

Ən azı 20-30 nəfərlik bir təşəbbüs qrupu yaratmaq;
Daha çox qəsəbə sakinlərinin rəyin öyrənmək, daha çox müzakirələr aparmaq üçün facebookda ayrıca qrup təşkil etmək;
Ən azı 100 nəfərin iştirakı ilə zoom-la, virtual qaydada təsis iclası keçirdib, idarə heyəti və işçi qrupu seçmək;
Bu sənədli filmlə bağlı nəzərdə tutulmuş 22 mövzunun hər biri ilə bağlı, hər məhəllə üzrə məlumatların tolanması üçün ayrıca mobil qruplar yaratmaq;
Ərkivandakı hər məhəllədən bu qruplara nümayəndələrin cəlb olunmasını təmin etmək;
Maliyyə xərcləri ilə bağlı ayrıca hesab açmaq;
İlkin materiallar toplandıqdan sonra filmin çəıkilişinə peşəkar rejissorlar, operatlar cəlb etmək;
Sonradan incikliklər və iradlar olmasın deyə, əvvəlcədən maksimum dərəcədə çox insanın, xüsusən ziyalıların rəy və təkliflərin öyrənilməsini nail olmaq;
Bütün işlərdə tam aşkarlılıq və hesabatlılığı təmin etmək.
Xüsusi qeyd: Bu işə qəsəbədə, rayonda, Bakıda, xaricdə yaşamasından asılı olmayaraq hər bir ərkivanlı qoşulub rəyini, təklifini, köməyini təklif edə bilər.

Siz həm özünüzün, həm də bacarığına bələd olub burada adını görmək istədiyiniz hər hansı şəxsi təşkilati işlərə təqdim edə bilərsiniz.

Hələ ki, bütün təklifləri zəhmət olmasa mənə ünvanlayın.

Zahir Əmənov. 050 (070) 322 75 23. (Azercell nömrəsi Whatsappdır).

Bu filmin çəkilməsi ilə bağlı cənub- xəbər tv, cenub az, akrivan.az saytları ardıcıl təbliğati və təşkilati dəstək göstərəcək.

Başa düşürük ki, çətin dövürdür, pandemiya, kasıbçılıq-filan. Lakin tariximizi yaşatmaq çox vacibdir. Laqeydlikdən, biganəlikdən, qısqanclıdan, xudbinlikdən uzaq olub, bir el sevgisi ilə bacardığımız qədər bu işə dəstək verək.

Zahir Əmənov

Film üçün nəzərdə tutduğumuz 22 mövzunun təxmini siyahısını təqdim edirik.

Ərkivanın qədim tarixi, coğrafiyası və bulaqları;
Ərkivan - Məscidlər, Mərasim Evləri, ocaqlar, qəbristanlıqlar, din xadimləri, seyidlər, hacı və kərbəlayılar;
Şəhidlər, müharibə veteranları;
Ərkivanda tanınmış tayfalar;
Ərkivanda ilkə imza atanlar;
Ərkivanda təhsil və alimlər;
Ərkivanın səhiyyə tarixi;
Ərkivanlı polislər;
Ərkivanda idman;
Ərkivanlı xeyriyyəçilər;
Ərkivanda vətəndaş cəmiyyəti;
Ərkivanın maraqlı adamları; o cümlədən ağsaqqalları və ağbirçəkləri. Tarixi və unudulmaz fotolar;
Ərkivanlı iş adamları;
Ərkivanlı ədəbiyyat və incəsənət təmsilçiləri;
Ərkivanda folklor; dulusçuluq, xalçaçılıq, toxuculuq;
Ərkivanın tanınmışları –rayondan və ölkədən xaricdə;
Ərkivanlılar rəhbər vəzifədə;
Ərkivanlı Jurnalistlər;
Ərkivanlı hərbiçilər;
Ərkivanın yadda qalan qadınları;
Ərkivanın zarafatçıl adamları, lətifələr, rəvayətlər;
Ərkivan – statistika.


Qeyd: Təşəbbüs qrupunun ilkin siyahısı isə gün ərzində sayta yerləşdiriləcək
  • Tarix: 06.07.2020, 21:44
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər