Arkivan.az » Xəbərlər » Ərkivanlı yalrallılar-26 nəfərdən neçəsi hərbi xidmətə qayıdıb?

Ərkivanlı yalrallılar-26 nəfərdən neçəsi hərbi xidmətə qayıdıb?



1-ci Qarabağ savaşında 20-yə yaxın şəhid verən Ərkivan qəsəbəsinin oğulları 2-ci Qarabağ savaşında da fədakarlıqla vuruşub. Yüzlərlə ərkivanlı bu döyüşlərdə könüllü kimi ən qızğın döyüşlərdə olub. Hələ 2020-ci ilin iyul döyüşlərində Ərkivan ilk şəhidini verdi- mayor Anar Novruzov Tovuz döyüşlərində qəhrəmancasına həlak oldu. 44 günlük müharibədə isə Ərkivan 3 şəhid verdi  -- Əlizadə   Famil Habil oğlu, Şirəliyev Sahib Yusif oğlu, Seyfullayev Sənan Mətləb oğlu. 

Bütün bunlardan əlavə 26 ərkivanlı bu müharibədə müxtəlif dərəcəli xəsarət alıb. Qolun itirən də olub, gözün itirən də, nitqin itirən də, sağalıb yenidən hərbi xidmətə qayıdan da.

Biz onların məhəllələr üzrə siyahısını təqdim edirik. Bu şəxslərin hamısının bizdə mobil nömrələri var. Onlara əlaqə saxlamaq istəyənlər bizimlə əlaqə qura bilərlər. Bu şəxslərin ən azından mənəvi dəstəyə ehtiyacları var.

Əsgərlərimizin hər birin film kimi həyatı var. Təkcə bir məqamı xatırlayaq. Ağır döyüşlərdə nitqini itirən, Qələbə xəbərin eçidəndə dili açılan  Xudakərim bəyin ilk zəng etdiyi insan, həmin vaxtlarda onlara maddi və mənəvi dayaq olan “Ümidim sənsən” İB-nin rəhbəri oldu.

Qəhərəman və yaralı qazilərimizi axtaraq. Onlara dayaq olaq.

arkivan.az Zahir Əmənov

  • Tarix: 21.01.2021, 22:06
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər