Arkivan.az » Xəbərlər » Ərkivanlı yalrallılar-26 nəfərdən neçəsi hərbi xidmətə qayıdıb?

Ərkivanlı yalrallılar-26 nəfərdən neçəsi hərbi xidmətə qayıdıb?





1-ci Qarabağ savaşında 20-yə yaxın şəhid verən Ərkivan qəsəbəsinin oğulları 2-ci Qarabağ savaşında da fədakarlıqla vuruşub. Yüzlərlə ərkivanlı bu döyüşlərdə könüllü kimi ən qızğın döyüşlərdə olub. Hələ 2020-ci ilin iyul döyüşlərində Ərkivan ilk şəhidini verdi- mayor Anar Novruzov Tovuz döyüşlərində qəhrəmancasına həlak oldu. 44 günlük müharibədə isə Ərkivan 3 şəhid verdi  -- Əlizadə   Famil Habil oğlu, Şirəliyev Sahib Yusif oğlu, Seyfullayev Sənan Mətləb oğlu. 
Bütün bunlardan əlavə 26 ərkivanlı bu müharibədə müxtəlif dərəcəli xəsarət alıb. Qolun itirən də olub, gözün itirən də, nitqin itirən də, sağalıb yenidən hərbi xidmətə qayıdan da.
Biz onların məhəllələr üzrə siyahısını təqdim edirik. Bu şəxslərin hamısının bizdə mobil nömrələri var. Onlara əlaqə saxlamaq istəyənlər bizimlə əlaqə qura bilərlər. Bu şəxslərin ən azından mənəvi dəstəyə ehtiyacları var.
Əsgərlərimizin hər birin film kimi həyatı var. Təkcə bir məqamı xatırlayaq. Ağır döyüşlərdə nitqini itirən, Qələbə xəbərin eçidəndə dili açılan  Xudakərim bəyin ilk zəng etdiyi insan, həmin vaxtlarda onlara maddi və mənəvi dayaq olan “Ümidim sənsən” İB-nin rəhbəri oldu.
Qəhərəman və yaralı qazilərimizi axtaraq. Onlara dayaq olaq.
1. Əliyev Mirabbas Mirnuh oğluBaglaküçə küçə m.Mərmi zərbəsindən zədələnib. Hal-hazırda ordudadır
2. Atakişiyev Famil Faiq  oğluBaglaküçə küçə m.Mərmi zərbəsindən zədələnib. Hal-hazırda ordudadır
3. Əliyev Elmir   Mirələm     oğluBaglaküçə küçMərmi zərbəsindən zədələnib.  Tərxis olunub
4. Talıblı Fariz Həşim oğluBaglaküçə küçə m.Mərmi zərbəsindən zədələnib.  Tərxis olunub
5. Mazanov Hüseyn Rahib  oğluBaglaküçə küç. M.Mərmi zərbəsindən zədələnib.  Tərxis olunub
6. Orucov  Şamxal Əlövsət  oğluQızlaküçə küç. M.Mərmi zərbəsindən zədələnib.  Tərxis olunub
7. Baxşiyev Ruslan  Telman oğluQızlaküçə küçə m.Mərmi zərbəsindən zədələnib.  Tərxis olunub
8. Əsgərov Nazim Böyükxan oğluQızlaküçə küçə m.Mərmi zərbəsindən zədələnib.  Tərxis olunub. Hazırda hospitaldadır. 
9. Abdinov Xudakərim Niyazi  oğluPələnküştə küçə m.Mərmi zərbəsindən  dili tutulmuşdur.  Qələbə xəbərin eşidəndə  açıldı
10. Bağırov Kamran Ziyadxan oğluPələnküştə küçCiddi yaralanmış, appensitdən əməliyyat edilmiş. Tərxis olunmuşdur. 
11 .Mirzəyev Azər  Rafiq      oğluZeynoba küçə mYaxınlığına mərmi düşüb. Hissiyatını itirmişdi.  Tərxis olunmuşdur.
12. Əliyev Yusif Vəkil  oğluZeynoba küçə m.Ayağından zədələnmiş. Hazırda hərbidədir
13. Haqverdiyev Ramal Eldar  oğluMiyondi küçə mGüllə yarası alıb. Hazırda hərbidədir
14.. Abbasov Rəşid Mail oğlu Həsnəküçə m. Başında qəlpə yarası var.     Hazırda tərxis olunub .
15. Xıdırov Abdurrəhman Baba  oğluBədirli m.Qolundan zədələnib.Tətxis olub. Müalicə alır.
16. Cəbrayılov Cəbrayı  Eldəniz     oğluBədirli m.Bir dəfə əməliiyyat olunub. Bir dəfə də olunmalıdır. 
17. Cəbiyev  Tərlan Valeh oğluCəbili m2 gözü tutulmuşdi; biri ikisi açılıb. Tərxis olunub.
18. Şükürov Zaur Vidadi oğluRamazanlı m.Bir qolu kipsdədir.  Bir ayağında da zədə var. Məzuniyyətdədir.
19. Bağırov  Kəmaləddin Miri  oğluIsoba m.Yaralı əlində aparat var. Tərxis olunub
20. Quluzadə  Adil Əmirzadə  oğluisoba mDili tutulmuşdu. Hazırda dili açılıb və tərxis  edilib.
21. .Əzimli Əliqismət Əlimərdan oğluAbaslı mQolundan zədələnib, ciddi müalicəyə ehtiyacı var. Tərxis olunub
22. İbrahimli  Daməd Arif     oğluTəzə məhəlləSaq qolu kəsilib. Tərxis edilib.
23 .Əliyev Nurlan Əliqismət   oğluTəzə məhəlləTərxis edilib. Möhkəm soyuqlayıb. 
24. Məmmədov Davud Fikrət ogluTəzə məhəlləCiddi beyin zədəsi alıb.
25. Məcidov Polad Zaur oğluTəzə məhəlləNitq və eşitmə qabilliyyətini itirib. Tərxis olunub.
26. İsrafilov Azər Camal oğluAllahyarlı kəndBir qolu işləmir. Məzuniyyətdədir.
Arkivan.az Zahir Əmənov
  • Tarix: 21.01.2021, 22:16
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər